Silinsin: İdmançı məqalələrinin təftişinin əsas mərhələsi başa çatsa da, gözümdən qaçan 1-2 məqalə var. Bu məqalə VP:ŞEƏ və VP:İDMANÇI şərtlərini ödəmir. Əslində bu məqaləni standart formada (əsas məqalələrdə olan abzaslardan yığa-yığa) eyni stildə yığmışam. Yəni təcrübəsiz idim onda. Heç də :d Karyerası ərzində idmançının bir uğuru olub - 14 yaşlılar arasında baş tutan olimpiada da (bu sizi çaşdırmasın. Olimpiya Oyunları deyil. 14 yaşlı yeniyetmələrin həvəsləndirilməsi üçün turnirdir) gümüş medal almaqdır. Bu uğurda VP:ŞEƏ və VP:İDMANÇI şərtlərinə əsasən idmançını ens etmir. Bundan sonra adamın heç bir uğuru belə olmadı. 25 yaşına çatıb, yəqin də idmandan gedib. O heç day. Bu arada Şəxsin heç MOK-da profili yoxdur. Şəxs Olimpiya Oyunlarında heç olmayıb. Dünya Çempionatlarında və Avropa Çempionatlarında heç bir medalı yoxdur. Medal bir tərəfə. Heç DÇ və AÇ-da adi qatılımı yoxdur. Yeganə uğuru 14 yaşlı uşaqlar arasında qazanıb. Yəni belə. İdman data məlumatlar bazası deyil bura. VP:ŞEƏ və VP:İDMANÇI şərtləri əsasdır. P. S. Bu arada məqalədə olan məlumatlara görə narahat olmayın dostlar. Hamısı əsas məqalədə var zatən. Grenzsoldat21:58, 1 aprel 2024 (UTC)[cavabla]