Hörmətli həmkarlar, burda problem odur ki şəxsin fəaliyyəti barədə məlumat yox dərəcəsindədir. Sadəcə əməkdar artist alıb deyə gözuyumulu davranmaq doğru deyil. Filankəsdən dərs alıb, filan qrupda çalışıb, filankəslərlə əməkdaşlıq edir kimi cümlələr əməkdar artistin fəaliyyəti barədə yazılması üçün bəs edir? Nemoralis (müzakirə) 08:59, 27 noyabr 2023 (UTC)[cavabla]
Əməkdar artist adı Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad hesab olunur. Bu ad şəxsə verilibsə deməli fəaliyyətində böyük uğurları var Memoli13 (müzakirə) 16:39, 27 noyabr 2023 (UTC)[cavabla]
Qalsın: əməkdar artist olmaq, səhv etmirəmsə, şəxsi ensiklopedik edir. Qeyri-ensiklopedik məzmun çıxarıla bilər. Bir-iki cümləlik məqaləyə çevrilməsində bir problem yoxdur. --► Hörmətlə: SolaVirum10:01, 28 noyabr 2023 (UTC)[cavabla]