Silinsin: aşağıda qeyd elədiyin arqumenti bir daha yazıram. ŞEƏ şərtlərini ödəmir. Kriteriyalara da uyğun deyil. Ümumiyyətlə müğənnilər və bu tip şou adamları barədə olan məqalələrə yenidən baxılmağa ehtuyacı var. Kobud səslənsə də azca məşhur olan, şou-biznesdə tanınan hamının məqaləsi olmalı deyil. Misal üçün adamın fəxri adı ola bilər, dövlət təltifi ola bilər və ya geniş auditoriya tərəfindən tanınan hə, deyərəm məqaləsi olmalıdır. Bu isə adi şou-biznes adamıdır. Azərbaycan balacadır və burada məşhur olmaq üçün YouTube'də mahnı buraxıb, 1-2 dəfə efirə çıxmaq asandır. Ona görə də məqalənin silinməli olduğunu düşünürəm. Grenzsoldat20:30, 9 noyabr 2023 (UTC)[cavabla]
@Toghrul R və @Grenzsoldat, baxmısız məqaləyə? Şəxs Azərbaycanın ən məşhur rəqqasəsidir. Filmlərdə çəkilib. Bütün bu məqamlar da etibarlı və obyektiv mənbələrdə var. Grenzsoldat, siz bütün bunlardan sonra necə deyə bilərsiz axı ŞEƏ şərtlərini ödəmir. Siz o şərtləri oxumusuz ümumiyyətlə? samralmüzakirə01:48, 11 noyabr 2023 (UTC)[cavabla]
@Toghrul R, sizin adını çəkdikləriniz əsasən XX əsrdə fəaliyyət göstəriblər. Söhbət XXI əsrdən, müasir dövrdən gedir. Necə ki Türkiyədə Asena məşhur idi və TrVikidə məqaləsi də var, bizdə də o cür Göyçək ləqəbilə Fatimə, sonradan da Oksana. Bunun nəyini və niyə inkar edirik ki? samralmüzakirə16:05, 12 noyabr 2023 (UTC)[cavabla]
Silinsin: Ölkə daxilində hər hansı sahə üzrə yetərincə tanınmış olması özü böyük iddiadır, bu fakt təkbaşına şəxsi ensiklopedik edə bilər, odur ki, bu iddia mənbələrlə mütləq dəstəklənməlidir, əks halda sadəcə şəxsi fikir olaraq ensiklopediklik üçün əsassız arqumentdir. — surəm15:22, 25 noyabr 2023 (UTC)[cavabla]