. Love.az

Vikipediya Silinmeye Namized Sehifeler Karabakh Is Azerbaijan Platformasi - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Silinmeye Namized Sehifeler Karabakh Is Azerbaijan Platformasi

Karabakh is Azerbaijan Platforması

redaktə

Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  •   Silinsin: mövzu bir dəfə müzakirə olunub və saxlanılsa da, məncə, heç bir ensiklopedik əhəmiyyəti yoxdur. Əksər hissələr istinadsızdir. İstinad verilmiş hissələrə isə çoxsaylı mənbələr yerləşdirilib ki, bu da məqalə tərtibatını pozub. Bəzi hissələrin isə tanıtma xarakterli olduğu hiss olunur — Toghrul R (m) 09:52, 24 oktyabr 2023 (UTC)[cavabla]
    bu könüllü təşkilatın idarə heyətindən biri olaraq deyə bilərəm ki, platforma vaxtında çox ciddi işlər görüb, dünya miqyasında informasiya müharibəsi aparıb. hətta bu, bir neçə dəfə dünya mediasına da çıxıb. dünya universitetlərində çalışan professorlarla, elm adamları ilə əməkdaşlıq edilib. hazırda da müharibə cinayətlərini araşdırır. mənbələr üzərində elektronlaşdırır. bununla bağlı Azərbaycan universitetləri ilə görüşlər də keçirilib. fəaliyyəti dövlət televiziyalarında da işıqlandırılıb. bir neçə dəfə TV proqramlarına da dəvət alıb və əksəriyyətində iştirak edib. təşkilat 2021-ci ildə dövlət qeydiyyatına alınıb. hazırda təşkilat Finlandiyanın Tampere şəhərində də fəaliyyət göstərir.
    bu gün təşkilatın qurulmasında rol oynamış könüllü bakalavr uşaqları indi dünyanın müxtəlif yerlərində, universitetlərdə dövlətimizin maraqlarını qoruyurlar, öz fəaliyyətlərinə davam edirlər.
    təbii ki, təşkilatın içindən biri olaraq və fəaliyyəti ilə dərindən tanış olan, nələr etdiyimizi bilən biri olaraq, təşkilatın əhəmiyyətindən agaham, amma, ümumi olaraq deyə bilərəm ki, açığı məqalə silinəcəksə, silinsin. və bu rəyimi məqalənin qalması istiqamətində yazılmış rəy kimi qəbul etməməyinizi rica edirəm. Atakhanli (müzakirə) 10:32, 24 oktyabr 2023 (UTC)[cavabla]
  •   Silinsin: İlk müzakirəsində də yazmışdım, indi də yazıram platforma müharibə vaxtı aktiv və lazım idi. Lakin hazırda heç bir əhəmiyyəti və praktiki funksiyası yoxdur. Qarabağ onsuz da heç bir şübhəsiz Azərbaycanındır. Hazırda heç bir ensiklopedik əhəmiyyəti olmadığını düşünürəm. Çünki belə layihələr kifayət qədərdir. — Tarixi Nadir (müzakirə) 11:56, 24 oktyabr 2023 (UTC)[cavabla]
      Qalsın: müharibə vaxtı əhəmiyyətli işlər görüb. Lokal vikilərdə bu istiqamətdə məqalələr olur. --► Hörmətlə: SolaVirum 11:59, 24 oktyabr 2023 (UTC)[cavabla]
  •   Qalsın: Ümumi ensiklopediklik üçün kriteriyalar ilə təftiş etsək təşkilatın fəaliyyətinin müvafiq dövr üçün xüsusi əhəmiyyətli hesab edilərək fərqləndirilməsi və mediaya, həmçinin xarici mediaya yansıması, fəaliyyətinin xarici media tərəfindən əsas mövzu daxilindəki müəyyən saydakı alt-başlıqlardan birinə çevrilməsi təşkilatın nüfuz və əhəmiyyətini göstəir. Mənbələrin əhatə dairəsindən və həcmindən aydın görünür ki, KIAz əlaqəli mövzuda bənzər fəaliyyət göstərən təşkilatlar arasından seçilib.

VP:EƏŞT kriteriyaları ilə təftiş etsək: əhəmiyyətli əhatə dairəsi var, həm onlayn, həm də oflayn sferada fəaliyyəti haqqında etibarlı mənbələrə əsaslanaraq əhəmiyyətli həcmdə məlumat əldə etmək və təqdim etmək mümkündür. Mənbələrlə bağlı ilkin şərt tam ödənilir: çoxsaylı milli və qlobal kiv-lərdə, həmçinin televiziya kanallarında fəaliyyəti işıqlandırılıb. Burada söhbət həm də xarici mediadan gedir (Al-Jazeera, NTR TV) ki, bu da mənbənin auditoriyası ilə bağlı tələbin də ödənilməsi deməkdir. Həmçinin mənbələr birbaşa olaraq təşkilatın öz fəaliyyətini işıqlandırıb ki, bu da mənbələrin əhəmiyyətliliyini göstərir. Ümumiyyətlə hər hansı bənzər milli təşkilatın fəaliyyətinin geniş auditoriyalı müstəqil mənbələrdə işıqlandırılması çox rast gəlinən bir hal deyil.

Həmçinin onu qeyd edim ki, nəyinsə indi əhəmiyyətinin olub-olmaması ensiklopediklik üçün heç nə ifadə etmir. Nə vaxtsa aktual olmuş mövzu ya da mövcud olmuş anlayışın yuxarıda qeyd etdiyim şərtləri ödədiyi bu gün bəlli olsa və Vikipediyada məqaləsi olmasa, 10 il sonra da həmin anlayış haqqında məqalə yaratmaq olar. Faktiki olaraq mənbələrə əsasən bəllidir ki, belə bir təşkilat fəaliyyət göstərib və fəaliyyəti əlaqəli mövzu ilə bağlı xüsusi əhəmiyyətə malik olub. — surə m 19:26, 30 oktyabr 2023 (UTC)[cavabla]

  •   Qalsın: düşünürəm hazırda olan vəziyyətdə məqaləni saxlamaq olar. Grenzsoldat 08:30, 31 oktyabr 2023 (UTC)[cavabla]

Yekunlaşdırma: müzakirə əsasında məqalənin saxlanılmasına qərar verildi.— Baskervill ☼ - De Gəlsin ! 20:31, 2 noyabr 2023 (UTC)[cavabla]

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Silinməyə_namizəd_səhifələr/Karabakh_is_Azerbaijan_Platforması&oldid=7296498"
LOVE.AZ