@Nicat49 Bəy, Olimpiya oyununda iştirak önəmli faktdır idmançı üçün qatılıram. Amma elə bir qayda yoxdur ki, bütün iştirakçılar ensiklopedikdir və ya heç biri uğuru olmayan və digər heç bir uğuru olmayan idmançını sırf iştirakçına görə ensiklopedik sayaq. Atakhanli (müzakirə) 19:36, 21 aprel 2024 (UTC)[cavabla]
@Nicat49, hesab edirəm ki, mənbələr olmazsa olmazımız və qırmızı çizgimizdir. O kriteriyalar da onun əsasında nizamlanır. Türk vikidə də bir qayda var ki, ensiklopedik sənətçilərin bütün albomlarına məqalə olar, və nəticədə minlərlə mənbəsiz məqalələr var. Bu, sizcə, doğrudur? İngilis dilində belə şey yoxdur heç. Hörmətlə, Gadirmüzakirə08:11, 22 aprel 2024 (UTC)[cavabla]
@Gadir, sizin fikrinizə şərikəm ki, mənbələr olmazsa olmazımızdır. Lakin təəssüf ki, bəzən istifadəçilər məqalə yaradarkən istinad(lar) yerləşdirmirlər. Yay və ya Qış Olimpiya Oyunlarında mübarizə aparan istənilən idmançı barəsində rahatlıqda mənbə tapmaq mümkündür, bu səbəbdən həmin məqalələri "SNS" etməkdənsə, onlara "Mənbə azlığı" şablonunu yerləşdirməyin daha məqbul olduğunu düşünürəm. Bu məqaləyə isə istinad əlavə edəcəm. Hörmətlə.— Nicat49⋠müzakirə⋡20:07, 22 aprel 2024 (UTC)[cavabla]