Qalsın: Azərbaycan tarixinin ilk filmlərindəndir. Mişonun çəkdiyi bu filmlər ilk dəfə 2 avqust 1898-ci ildə nümayiş etdirilib ki, bu tarix Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 1898-ci ildə çəkilmiş bütün Azərbaycan filmlərini ensiklopedik hesab edirəm — Toghrul R (m)05:56, 27 oktyabr 2023 (UTC)[cavabla]
Silinsin: Xronometrajı bir dəqiqə olan filmin məqaləsi olmalı olduğunu düşünmürəm. Toğrul bəyin qeyd elədiyi Azərbaycan Kinosu Günü isə bu filmə görə avqustun 2-də qeyd edilir arqumentini isə nəzərə alaraq düşünürəm filmin məzmunu daha geniş qaydada Azərbaycan Kinosu Günü məqaləsində olsun. Grenzsoldat09:06, 27 oktyabr 2023 (UTC)[cavabla]
Şərh: @Atakhanli, sizin bu məqaləni SNS etməyiniz, @Grenzsoldat, sizin də dəstək olmağınız qaydalara kökündən ziddir. Amma AzVikidə, əlbəttə ki, öyrəşmişik kim ürəyi hansı məqaləni istəyir qaydalara filan istinad etmədən SNS edir, başqaları da gəlib sanki səsvermə imiş kimi dəstək olur. Film Azərbaycan kino tarixinin ilk filmidir. Dünya kinosunun isə ilk kinolarından biridir. Həmin dövrdə bəyəm 1 saatlıq kino var idi? Söhbət 1998-dən və ya 1938-dən getmir. 1898-dən gedir. Xalq Cümhuriyyətindən də 20 il əvvəl. Dəhşətə gəlirəm sadəcə. samralmüzakirə17:51, 27 oktyabr 2023 (UTC)[cavabla]
Şərh:Toghrul R, Samral qeyd edim ki, bu film Azərbaycan kinematoqrafiyasının ilk filmi olmamaqla bərabər, heç deyəsən 2 avqustda nümayiş etdirilən filmlərdən də deyil. (baxdığım bütün mənbələrdə belə yazılıb). Məqalənin aqibətinə isə gəldikdə, ümumi viki-təcrübəyə baxdım, bu filmlər müəlliflərinin bir növ "ixtirası" kimidir, çünki söhbət müəyyən yeni texnologiyanı istifadə etməklə çəkilmiş ilk kadrlardan gedir. Digər vikilərdə belə məqalələr mövcuddur, mənim şəxsi fikrimə görə isə silinməlidirlər əslində, çünki mövzunun əhatə dairəsi geniş deyil, haqlarında müvafiq müəllifin məqaləsində məlumat vermək olar. İndiki halda ortada bunu təyin etmək üçün yetərli kriteriyalar yoxdur. — surəm18:18, 31 oktyabr 2023 (UTC)[cavabla]