Silinsin: q/e idmançı məqalələrinin təftişi davam edir. VP:İDMANÇI şərtlərini ödəməyən növbəti məqalə. İdmançının qazandığı yeganə uğur olaraq islamiada göstərilib. Bu 2017-ci il islamiadasından sonra yaradılan yüzlərlə q/e məqalədən biridir. Açıq mənbələrdə də şəxs barədə məlumatların az olduğu görülür. Həmdə qeyd edim uşu qeyri-rəsmi olimpiya idman növüdür. Rəsmi səviyyədə çox az turnirləri var bu idman növünün. Grenzsoldat14:08, 15 yanvar 2024 (UTC)[cavabla]
Qalsın: @Grenzsoldat, ard-arda 2 İslam oyununda medal qazanması məni müsbət mənada şübhələndirdi ki, bəlkə ensiklopedikdir. Özünüz də qeyd etmisiz ki, məşğul olduğu idman növü qeyri-olimpiya idman növüdür. Belə olduqda biz bəyəm idmançıdan Olimpiya oyunlarında uğur gözləməliyik? Əlbəttə ki, xeyr, çünki belə bir şey, məlum məsələ, mümkünsüzdür. Deməli başqa, qeyri-olimpiya uğurlarına baxmalıyıq. Adını Google-a yazanda məlum olur ki, DÇ-də 3-cü olub. Həmçinin AÇ-də də bürünc qazanıb. Dünya Kubokunda da III olub. Üstünə 2 İslam oyunu medalını da gəldikdə məncə bütün bu məqamlar VP:İDMANÇI və VP:EƏİ qaydasına da əsasən şəxsi ensiklopedik edir. samralmüzakirə06:36, 29 yanvar 2024 (UTC)[cavabla]