Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Silinsin: ŞEƏ qaydalarına əsasən əhəmiyyətli idmançı deyil. Karyerası ərzində islamiada da çıxıb edib və medal alıb. Bir dəfə də gənclər arasında qitə çempionu olub. Gənc yaşlarda ulduzu parladı, indi də 22 yaşında heç bir uğuru yoxdur. Həmçinin məqalədə istinad və mənbə yoxdur. Bu tip məqalələri illər əvvəl səhvən yaratmışdım. Zamanla hamısının bir-bir SNS edirdim. Grenzsoldat11:42, 18 oktyabr 2023 (UTC)[cavabla]
@Grenzsoldat, şəxs həmçinin Azərbaycan Kubokunun da qalibi olub. Dünya Çempionatında da iştirak edib və 8-ci olub. Düzdür laureat olmayıb, amma məncə digər uğurlarını da nəzərə alsaq, Okeaniyada DÇ-də iştirak edib, 10-luğa düşmək də ensiklopeidkliyini artırır. Cənab Grenzsoldat, açıq deyirəm, ya siz bu məsələlərdə qərəzlisiz, ya da özlüyünüzdə ayrı bir VP:ŞEƏ və VP:EƏİ qaydanız var və ona uyğun hərəkət edirsiz. Çünki inanmıram ki, siz bu məqaləni SNS etməmişdən əvvəl ən azından şəxsin ad soyadını Google-a yaızb axtarmamısız. samralmüzakirə15:41, 20 oktyabr 2023 (UTC)[cavabla]
Google'da baxmadım sözün düzü. Səbinə Əzimovanın çıxışlarını aşağı-yuxarı 6 ildir izləyirəm. Dünya və Avropa Çempionatında medalı yoxdur. Olimpiada da çıxışı yoxdur. Yəni bu dəqiqə əlimizdə olan uğuru nədir? Azərbaycan daxili turnirlər heç. O turnirlərdə hər il onlarla idmançı gəlib, çempion olub, gedir. U-15 Avropa Çempionatı olub. Hə, olub. Amma buna görə şəxsin məqaləsi niyə olsun? Gənclər və yeniyetmələr arasında nə qədər idmançı medal alıb, sonra heç 23 yaşına çatmadan idmandan gedib. Karyerada gənclər və yeniyetmələrdə qazanılan uğurlar əsas ola bilməz. Seniorlarda qazanılan uğurlara baxmaq lazımdır. 22 yaşı var. Ola bilsin növbəti illərdə Avropa Çempionatında və ya Dünya Çempionatında medal alsın. Onda daha ətraflı məqaləni mən özüm hazır edəcəm sizə söz. Amma indi bu məqalə q/e gedir zənnimcə :d Grenzsoldat15:48, 20 oktyabr 2023 (UTC)[cavabla]
İnsanın mövqeyi onun haqlı olduğu inandığı məqamdır. Yəni sizə görə şəxsin məqaləsi qalmalıdır, mənə görə şəxsin məqaləsi silinməlidir. Yəni belə. Mövqelər fərqli olur. Bu normaldır :d Grenzsoldat16:32, 20 oktyabr 2023 (UTC)[cavabla]