. Love.az

Vikipediya Silinmeye Namized Sehifeler Siyezen Rayon Icra Hakimiyyeti - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Silinmeye Namized Sehifeler Siyezen Rayon Icra Hakimiyyeti

Siyəzən Rayon İcra Hakimiyyəti

redaktə
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
  • İcra hakimiyyətləri üçün ayrıca səhifə nə qədər lazımlıdır? Nemoralis (müzakirə) 18:16, 15 fevral 2025 (UTC)[cavabla]
  • Məkan ilə bağlı özəl məqam vəya hadisə olmadığına görə.  Sürətli silinsin: Redivy (müzakirə) 11:08, 16 fevral 2025 (UTC)[cavabla]
  •   Silinsin: Ensiklopedik hesab edilməsi üçün heç bir xüsusi nüans yoxdur. Məqalənin məzmun və stili də Vikipediyaya uyğun deyil. --Sura Shukurlu (müzakirə) 18:06, 16 fevral 2025 (UTC)[cavabla]
Hörmətli idarəçilər Vikipediya üzərində hər hansı bir səhifənin necə yaradılması ilə bağlı hər hansı bir təcrübəm olmaya bilər və bunu irad olaraq tuta bilərsiz lakin sizə ümumi bir sual ünvanlamaq istərdim mərkəzi icra hakimiyyəti hesab edilən Nazirliklərin səhifələri enisklopedik hesab edilir vəya Vikipediyaya uyğun gəlir necə olurki yerli icra hakimiyyəti hesab edilən Rayon İcra Hakimiyyətlərinin səhifələri enisklopedik hesab edilmir vəya Vikipediyaya uyğun gəlmir ? Nazirlik tək bir qurumdur Rayon İcra Hakimiyyəti ilə eynidir. Yəni bir sözlə hər bir yerli icra hakimiyyətinin adına səhifənin olması mütləqdir. Deyəkki mənim anlayışım yoxdur ödəniş edib anlayışı olan birinə səhifə yaratması üçün müraciət edirəm və siz yenə həmin səhifəni silinməsinə qərar verəcəksiz mənə elə gəlir bu doğru deyil. Nazirlik bir dənədir və onun yerlərdə xidmət göstərən qurumları var ona görə tək nazirliyin səhifəsinin olması yetərlidir. Rayon İcra Hakimiyyəti hər bir rayon üçün ayrı ayriliqdadir və onunda həmin ərazidə xidmət edən inzibati ərazilərdə xidmət göstərən qurumları var. Mən hər hansı bir şəxs üçün bioqrafiya yazmamışam dövlət qurumu üçün səhifə yazmışam mənim fikrimcə siz səhifənin doğru yaradılmaması ilə əlaqədar irad tutsaz daha gözəl olar. Səhifəni silmək əvəzinə qaralamaya köçürsəz və səhifənin üzərində işləyib təkmilləşdirsəm daha doğru qərar verildiyi ilə razılaşaram. Coşqun Həmzəyev (müzakirə) 20:13, 16 fevral 2025 (UTC)[cavabla]
@Coşqun Həmzəyev Burada qərar ilə razılaşmaq məsələsi deyil ki,sizdə razı olub olmadığınızı bildirəsiniz səhifə SNS edilir və uyğun olmadıqda silinir. Həmçinin digər icra hakimiyyəti orqanları üçündə keçərlidir SNS. Redivy (müzakirə) 09:14, 17 fevral 2025 (UTC)[cavabla]
SNS edilə bilər mən sadəcə öz mövqeyimi bildirirəm və qərar ilə razılaşmaq məsələsi deyil deyib daha sonra SNS edilir deyirsiz :) SNS nəticəsində qərar verilir və öncə müzakirəyə çıxarılıbsa müzakirə bölməsində fikrimi bildirməyim normaldır. Qrup şəkilində siz qərarı zatən silinmə lehinə verəcəksiz. Ümumən icra hakimiyyətləri üçün keçərlidir və ümumən icra hakimiyyətlərinin səhifəsi silinəcəksə mənim səhifəmi deyil təkcə hətda hesabımıda silə bilərsiz :) Birdaha deyirəm irad səhifənin doğru kodlarla vəya mətnlərlə yaradılmadığı ilə bağlı tutulsa normal hesab edərəm ama siz Vikipediyaya uyğun deyil deyirsiz. müzakirənin mövzusunuda "icra hakimiyyətləri üçün ayrıca səhifə nə qədər lazımdır ?" yazmısız. Məndə bu suala cavab olaraq bildirdim və təkrar etməyimə məncə ehtiyac yoxdur niye görə ayrı ayrılıqda lazımdır. Bundan öncə yazdığımı birdaha yazaram növbəti şərhdə. Coşqun Həmzəyev (müzakirə) 09:40, 17 fevral 2025 (UTC)[cavabla]
@Coşqun Həmzəyev Qrup halında dediyiniz cümlə birbaşa ittihamdır diqqətli olun və SNS dedikdə hər məqalə SNS oluna bilər SNS olunma silinmə demək deyil müzakirədir,sizin şəxsi hesabınızın silinməsinə gəldikdə isə bu sizin şəxsi işinizdir. Redivy (müzakirə) 09:44, 17 fevral 2025 (UTC)[cavabla]
Mən sizi ittiham etmirəm və edədə bilmərəm :) Mən burada yuxarıda verilmiş qərarlara cavab olaraq müzakirə bölməsində fikirlərimi yazıram. Yanlış anlaya bilərsiz və nəyi yanlış anladığınızı qeyd edin mən aydınlıq gətirim. Coşqun Həmzəyev (müzakirə) 09:47, 17 fevral 2025 (UTC)[cavabla]
Siz "İcra Hakimiyyətləri ilə bağlı ayrı-ayrılıqda səhifə yaradılmasına ehtiyac var?" kimi sual qeyd etmisiniz. Mərkəzi icra hakimiyyəti orqanı olan nazirliklərin hər biri haqqında ayrıca səhifənin olması mümkündür, çünki onların fəaliyyəti və strukturu geniş miqyaslıdır. Nazirliklərin tabeliyində olan rayon və şəhər qurumları isə əsasən həmin nazirliklərə bağlıdır və onlar üçün ayrıca səhifənin yaradılması zəruri hesab edilmir.
Bununla yanaşı, Rayon İcra Hakimiyyətləri yerli icra hakimiyyəti orqanlarıdır və hər bir rayonun özünəməxsus icra hakimiyyəti mövcuddur. Hər bir rayonun icra başçısı və onun rəhbərlik etdiyi işçi heyəti var. Bu qurumlar öz inzibati ərazilərində normativ-hüquqi aktlara əsaslanaraq dövlət proqramlarını həyata keçirir, sərəncamlar verir və mühüm qərarlar qəbul edirlər.
Mən ümumilikdə icra hakimiyyətləri haqqında məlumat təqdim etməmişəm, yalnız Siyəzən Rayon İcra Hakimiyyəti ilə bağlı məlumat paylaşmışam və gələcəkdə bu səhifəni daha da genişləndirməyi planlaşdırıram. Əgər hər bir nazirlik üçün ayrıca səhifənin olması məqsədəuyğun hesab edilirsə, eyni yanaşma rayon icra hakimiyyətlərinə də tətbiq edilməlidir.
Məsələn, bir şəxs Siyəzən rayonu haqqında məlumat axtararkən onun idarəetmə strukturu barədə də öyrənmək istəyə bilər. Siyəzən Rayon İcra Hakimiyyəti ilə bağlı məlumatın Vikipediyada yer almaması informasiyanın natamam təqdim olunmasına səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, hər bir rayon icra hakimiyyətinin ayrıca səhifəsinin olması məqsədəuyğundur. Mövzu ilə bağlı müzakirə və təkliflərə açığam. (Bundan öncə də bu səbəbləri və əsasları qeyd etmişdim. Buyurun səhifəni silə bilərsiz artıq. Verilən qərar doğru deyil və bu mənim şəxsi fikrimdir sizlərin fikrinə hörmətlə yanaşdığım kimi sizdə hörmətlə yanaşmalısız. Vikipediyada idarəçilər barədə məlumat verildikdə onların digər istifadəçilərdən üstünlükləri yoxdur qeyd edilib yalnız səhifələr haqqında qərar barədə üstünlük var ama mən qərarı qoyuram bir kənara verilən cavablar heçdə xoş təsürat yaratmır bir növ aqressiya görünür. Yenədə uğurlar sizə)
Coşqun Həmzəyev (müzakirə) 09:44, 17 fevral 2025 (UTC)[cavabla]
@Coşqun Həmzəyev Fikirlərinizi ittiham və s kimi detallara riayət etməklə qeyd edə bilərsiniz. Uğurlar! Redivy (müzakirə) 09:46, 17 fevral 2025 (UTC)[cavabla]
@Coşqun Həmzəyev, nəyin ensiklopedik olub olmadığını qaydalar əsasında müəyyən edirik. Məsələn VP:EƏ qaydası. Heç bir vikidə İH və ona bərabər yerli qurumlar (məsələn valilik, kaymakamlık, bələdiyyə, şəhər şurası, icraiyyə komitəsi və s.) barədə məqalə olmur. Məsələn Türkiyədə və Avropada bələdiyyə institutu nəinki bizim bələdiyyələrdən, hətta bizdəki İH-lardan da çox geniş və böyük səlahiyyətləri var. Amma heç biri barədə heç bir vikidə məqalə yaradılmır və yoxdur. Əgər məsələn “bələdiyyə” inzibati vahiddirsə (məsələn Gürcüstanda belədir) o başqa. Nazirliklərə filan gəldikdə bütün vikilərdə onlara məqalə yaradılır, çünki VP:EƏ qaydasına əsasən ensiklopedik hesab edilirlər. Onların çox böyük işçi heyətləri, regional və yerli nümayəndəlikləri filan olur. Hansısa bir nazirliyin və ya başqa bir MİH-in yerli nümayəndəliyinin elə təkcə işçi sayı az qala elə bir yerli İH-nın işçi sayı qədər olur, məsələn. Necə ki, məsələn, bizim rayonlarda maliyyə, gənclər & idman, mədəniyyət, məşğulluq, DSMF, polis, vergi idarələri var və onlar hansısa bir MİH-in yerli şöbəsidirsə, İH-lar da bir növ PA-nın yerli şöbələridir. Dünənlərə kimi icra başçıları (ib) da Prezidentin yerlərdəki nümayəndələri idilər məsələn. Zatən bu A.R. konstitusiyasında da yazılıb. Ona görə də, hələ ki, ib-lər ensiklopedik hesab edilir. Bəs niyə mən “dünənlər” və “hələ ki” dedim. Çünki məxsusən son 10 ildə həm hüquqi, həm də faktiki olaraq İH və ib-lərin zəiflədilməsi, səlahiyyətlərinin məhdudlaşdırılması prosesi gedir. Məsələn ib-lər artıq heç bir yerli MİH şöbəsinə rəhbər təyin edə bilmir və ya bununla bağlı təqdimat verə bilmir. Ən son gənclər & idman müdirini təyin edə bilirdilər, təzə nazir təyin olunandan sonra prezident o səlahiyyəti də ib-lərdən aldı. Bəs “faktiki” niyə dedim, çünki diqqət edirsizsə, məsələn, Qarabağ azad ediləndən ora, demək olar ki, ib-lər heş biri buraxılmır (hətta Xankəndi və Ağdərəyə ümumiyyətlə ib təyin edilmir) və Prezident nümayəndələri təyin edilir və əsasən regional. Hətta Naxçıvana da nümayəndə təyin edildi ki, faktiki Ali Məclis sədrindən də yüksəkdi az qala. Ümid edirəm ki, fikrimi izah edə bildim inşallah. samral müzakirə 17:50, 21 fevral 2025 (UTC)[cavabla]

Yekunlaşdırma:  Y Silinməsinə qərar verildi. Unkillable Demon King 19:20, 19 mart 2025 (UTC)[cavabla]

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Silinməyə_namizəd_səhifələr/Siyəzən_Rayon_İcra_Hakimiyyəti&oldid=8075104"
LOVE.AZ