Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Silinsin:VP:İDMANÇI şərtlərini ödəmir. Məqalədə olan məlumatları bir-bir təftiş edirəm. 2023-cü ildə Dubayda Dünya Çempionatının +107 Kg.da gümüş medalçısı olduğu yazılıb. İngilis dilli versiyada çox gözəl məqalə var. Ətraflıdır. +107 Kg. turnirində gümüş medalı İranlı Mahdi Sayadi qazanıb. Yəni bu məqam yalandır. Zeynalpv sadəcə turnirin həvəsləndiri medalına layiq görülüb. Azərbaycan mediası isə bunu yalannan gümüş medal olaraq təqdim edir. Nəticələr var yuxarıda. Hətta En məqalədə də bu məlumat yoxdur. Avropa Çempionatına gəlirəm. Rəsmi saytdır bu. Avropa Pauerliftinq Federasiyasının. 2022-ci ildə AÇ heç Tbilisidə baş tutmayıb. Heç Gürcüstanda beynəlxalq turnir olmayıb. Yeganə doğru məqam World Cup seriyalı turnirdə medal almasıdır. Sübutda var. Amma bu uğur Paralimpiya Oyunları və ya Dünya Çempionatı və ya Avropa Çempionatından nüfuzsuz turnirdir. Bu arada o, həmin turniri "gənc idmançılar" növündə qazanıb. Yəni gənclər arasında DÇ və ya AÇ bir tərəfə aşağı dərəcəli turnirdə qalib olub. Həmçinin qeyd edim World Cup turnirləri seriyalıd yarışdır. Hər ay bir şəhərdə mərhələ yarışları olur. Cüdodan misal gətirim. Mövsüm ərzində onlarla şəhərlərdə mərələ yarışları olur. Digər uğurlara baxaq. V və VI Uşaq Paralimpiya İdman Oyunları Azərbaycan daxili yarışdır. Bu şəxsi ens etmir. Digər uğurlar barədə də yazdım. Bu arada bir məsələni qeyd edim. İstedadlı idmançıdır və növbəti illərdə ola bilsin Paralimpiada da çıxış etsin. Amma hazırda şəxsin onu birbaşa əhəmiyyətli edə bilən heç bir uğuru yoxdur deyə məqaləsi olmalı deyil. Grenzsoldat07:20, 13 aprel 2024 (UTC)[cavabla]
Cavab: @Grenzsoldat qeyd etdiklərizin heç bir əsası yoxdur indidən qeyd edim və zəhmət olmasa bu məqalə fikr bildirinlər zəhmət olmasa ilk öncə yazdığımı nəzərdən keçirsinlər. İlk öncə bu istifadəcinin qeyd etdiklərinin heç birinin əsası yoxdur sadəcə söz yığınıdır. Hansısa məsələ götürüm təqdim edim heç bir əsas gətirmədən yazım və sonra da deyim ki səs ovu olacaq belə olacaq elə olacaq. Bir daha deyirəm səs ovu nə qədər olur olsun əgər arqument yoxdursa bir nəticə də olmayacaq. Bu arada yuxarıda qeyd etdiyiniz linkdə sizin yazdığınız o məlumat ümumiyyətlə yoxdur :) zəhmət olmasa əsas gətirin. Məqaləyə gəldikdə isə qələbə çaldığı və gümüş medal aldığı anın həmin çəkini qaldırma anına qədər video roliki məndə var yani istəsəniz hansısa platforma üzərindən atım şahidi olun. Sadəcə google üzərində axtarış etdikdə nə qədər məlumat olduğunun şahidi ola bilərsiniz. Bir sözlə sadəcə burada Qərəzli formada çıxış görürəm istifadəçidə başqa heç bir anladığım yoxdur son zamanlar bir neçə istifadəçinin məni təftiş etməsini də hiss edirəm buda həmin nümunələrdən biridir. Hörmətlə: Sahil ;) (müzakirə) 08:56, 13 aprel 2024 (UTC)[cavabla]
Qalsın: @Qraf-ın qeyd etdiyini yuxarıda vurğulamışam bəli video görüntüdə açıq aydın çəkini qaldırmağı görsənir və gümüş medala layiq görülür. @Redivy Rəsmi istinadların olmaması mənim üçündə maraqlı qaldı. İstinad baxımından həddindən cox istinad və video roliklər mövcudur - Sahil ;) (müzakirə) 14:00, 15 aprel 2024 (UTC)[cavabla]
Silinsin: Qrafın atdığı xəbərdə yazılıb ki, "Azərbaycan idmançısı dünya çempionatında rekord qırıb iki medal qazandı". Çempionatın saytına və xarici mediaya baxıram, Talıb Zeynalov adlı bir şəxsin adı ümumiyyətlə yoxdur. Adı sadəcə azərbaycanca saytlarda keçir, onlar da açıq aydındır ki, saxta propaqandadır. Şəxsin TAİB üzvü olduğu təsdiqləndiyi və məqalənin də yenə eyni birliyin üzvü olan istifadəçi tərəfindən yaradıldığını nəzərə alsaq, burda əminliklə deyə bilərəm ki, məqalə sifarişlə hazırlanıb, ya da şəxs özü məqaləsinin yaradılmasını istəyib. Nemoralis (müzakirə) 07:30, 16 aprel 2024 (UTC)[cavabla]
@Nemoralis Son zamanlarda özümün birdə@Grenzsoldat məqalə təftişləri zaman bu qeyd etdiyiniz nüans çox yaşanır. Misal üçün şəxs haqqında yazılıb filan ildə dünya çempionatında 2 qızıl amma o çempionatın rəsmi saytında şəxs haqqında ümumiyətlə bir detal yoxdur amma yerli media vasitələrində 8-10 ədəd xəbər yayılır. Redivy (müzakirə) 10:14, 16 aprel 2024 (UTC)[cavabla]
Mən axtarış edəndə PDF faylı qabağıma çıxmamışdı. Qəribədir, eyni saytda axtarış bölməsində axtarış etdikdə heç nə çıxmır. Təşəkkürlər amma bu fakt məqalənin sifarişlə və ya tanışlıqla yaradıldığını təkzib etmir. Nemoralis (müzakirə) 09:45, 14 may 2024 (UTC)[cavabla]
Ümumiyyətlə, belə hallarda axtarışı sözlə yazıb aparanda dəqiq nəticələr əldə olunma ehtimalı həmişə yüksək olmur. Mən rəsmi sayta girib Results bölməsinə girdim, oradanda Dubai 2023-i tapıb pdf fayla keçid etdim. "Search"-ə nəsə yazmaq saytdakı pdflərin məzmununu üzə çıxarmır. Kosmik Ozanutora!11:23, 14 may 2024 (UTC)[cavabla]
Dostlar. 2023-cü il Dünya Çempionatında 107 Kg. turnirində qalib İran idmançısı olub. Burada da qeyd olunub. Gümüş medalı isə digər iranlı alıb. Talıb Zeynalov hansısa başqa növdə yəqin nəsə qazanıb. Amma dəqiq dünya çempionatının gümüş medalı deyil bu. Kateqoriya başqa ola bilər. İstənilən halda bu insan pauerliftinq üzrə DÇ gümüş medalçısı deyil. Nəticədən asılı olmayaraq. Sənədlər var ortada. Əgər bu gümüş medalçı olsaydı onda çoxdan barəsində onlarla mənbə və s. olmuşdu. DÇ gümüş medalçısı deyil adam. Grenzsoldat14:18, 14 may 2024 (UTC)[cavabla]
Hansı növ olmasının nə fərqi var? Atletika üzrə dünya çempionatlarında məgər bir kateqoriya olur? Atdığım pdf-də konkret yazılıb ki, idmançı 107 kiloqram çəki dərəcəsi və NEXT GEN kateqoriyası üzrə gümüş medal qazanıb. Siz isə deyirsiz, yox, yalan söhbətdir. Kosmik Ozanutora!18:38, 14 may 2024 (UTC)[cavabla]