Sistemdə qeyd olmaq olan səhifələrə baxmaq və hətta onları redaktə etmək üçün zəruri deyil. Lakin bu bəzi əlavə imkanlar verir, buna görə sistemdə qeyd olmaq məsləhət görülür.
Yeni istifadəçi qeydiyyatının mahiyyəti odur ki, siz istifadəçi adını və şifrənizi sistemə təqdim edirsiniz. Sistem mövcud istifadəçi adını inkar edəcək. İstifadəçi adı yalnız bir dəfə qeyd olunur. Bundan sonra siz "qeydiyyatdasınız". Daha sonra sistemə daxil olmaq üçün qeydiyyat zamanı təqdim etdiyiniz istifadəçi adınızı və həmin şəxs olmağınızı təsdiq etmək məqsədilə şifrənizi də eyni qaydada daxil edirsiniz.
Sizin səhifələr üzərində etdiyiniz dəyişikliklər öz qeyd olmusunuzsa istifadəçi adınıza, əks halda IP-ünvanınızın hesabına yazılacaq.
Bəzi MediaWiki layəhələri bir ailə təşkil edir və bunlardan ayrıca qeyd olmağa ehtiyac yoxdur, beləki bunlar üçün vahid qeydiyyat sistemi mövcuddur. Ən əsası odur ki, bu 300-dən artıq Wikia layihəsini əhatə edir.
Ensiklopediyanın istənilən səhifəsini oxumaq üçün qeydiyyata ehtiyac yoxdur. Hətta redaktə etmək üçün də qeydiyyat önəmli deyil — hər kəs bunu qeydiyyatsız edə bilər.
Amma bəzi səbəblərə görə qeyd olmağın mənası var:
Ən əvvəla əmin olun ki, brouzeriniz kuki qəbul edir.
Daha sonra yuxarı sol küncdə "Yeni hesab aç" bölməsinə basın
Burada özünüzə aid informasiyanı daxil edin, burada həm də e-poçtunuzu daxil edə bilərsiniz, bu halda digər istifadəçilər sizinlə əlaqə qura biləcək. Əgər daxil olanda "Sistemdə qal" işarələsəniz hər dəfə daxil olmaqa ehtiyac olmayacaq.