![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Stil kitabçası Vikipediyanın asanlıqla oxunması, estetik baxımdan gözəl görünməsi, habelə hər yerdə eyni stilin tətbiq olunması üçün məqalələrin stili, formatı haqqında bir sıra qaydalar toplusudur.
Vikipediyadakı məqalələrin görünüşündəki stil oxşarlıqlarını saxlamaq üçün xahiş olunur aşağıdakı qaydalara əməl edin:
Məqalənin adı Vikipediya:Məqalə adları tələblərinə cavab verməli, mümkün qədər qısa və aydın olmalıdır. Azərbaycanlı oxucunun ən çox tanış olduğu varianta üstünlük verilməlidir. Məqalənin adında tire (-) və s. bu kimi işarələrdən istifadə olunmamalıdır.
Məqalə içərisində ilk rastlayışda məqalə ilə əlaqəli olan [[Səfəvilər]] şəklində daxili keçidlərdən istifadə olunması tövsiyə olunur. Əsas məqsəd oxucunun oxuduğu məqalə ilə əlaqəli digər məqalələrə asanlıqla keçid edə bilməsini təmin etməkdir. Lakin mühüm keçidləri kifayət qədər uzaq aralıqlarla təkrar istifadə etmək məqsədə uyğundur. Bir qayda olaraq məqalə başlıqlarının keçid olmaması qəbul olunur. Hər bir abzasda heç olmasa 1-3 daxili keçid olmalıdır.
Daxili keçid verilərkən sözə bütövlükdə keçid verilməli, şəkilçi ayrılmamalıdır. Nümunə üçün:
Ay və gün (məsələn, 1 iyun və 12 dekabr) və il (məsələn, 1453, 1918 və 2012) haqqında olan məqalələrə keçid verilməməlidir (tarixlərlə bağlı səhifələr istisna). İstisna hal keçidin verilən məqalə ilə əhəmiyyətli dərəcədə əlaqəli olmasıdır, çünki bu, oxucuya mövzunu başa düşməsində kömək olur. Nümunə olaraq:
[[İkinci Dünya müharibəsinin xronologiyası (1942)|1942]]
məqaləsinə İkinci Dünya müharibəsi haqqında olan başqa bir məqalədən keçid vermək olar.[[1787-ci ildə elm|1787]]
məqaləsinə sözügedən ildə metrik sistemdə baş vermiş müəyyən bir yenilikdən bəhs edən bir abzasdan keçid vermək olar.Bayram (məsələn, Novruz bayramı) və anım günləri (məsələn, 20 Yanvar) istisnadır.
Vikipediya saytından digər saytlara keçid nəzərdə tutulur. Xarici keçidləri saytın tam adını yazmaqla "Mənbə" və "Xarici keçidlər" bölməsində yerləşdirmək lazımdır.
Məqalədəki mətnə müvafiq mənbədən istinad verilərkən istinad etiketi cümlənin sonunda, nöqtə qoyulduqdan sonra yerləşdirilməlidir. Ümumilikdə istənilən ifadədə istinad etiketi durğu işarəsindən (vergül, qoşa nöqtə, nöqtə-vergül) dərhal sonra, boşluq buraxılmadan qoyulmalıdır. Nümunə üçün:
Müəllif hüququ ilə qorunan mətndən qısa sitat gətirmək bir fikri təsvir etmək, kontekst yaratmaq və ya baxış bucağı ya da ideyaya aid etmək üçün istifadə edilə bilər. Sitatlar Vikipediyanın əvəzedilməz hissəsi olsa da, onlardan çox istifadə etməməyə çalışın. Həddindən artıq sitatdan istifadə ensiklopedik yazı üslubu ilə uyğun gəlmir və bu, müəllif hüquqları pozuntusu halı ola bilər. Ümumiyyətlə məzmunun Vikipediya redaktorlarının öz sözləri ilə yazılması tövsiyə olunur. Lazım gələrsə, sitatları parafraza edərək aydın və qısa mətnə çevirməyi nəzərdən keçirin (bir halda ki, yaxından parafrazanın müəllif hüquqlarını poza biləcəyini bilirsiniz).
Sitatlar yoxlanıla bilən mənbəyə malik olmalı və sitat gətirilən mətn dəqiq şəkildə təkrarlanmalıdır. Buna minimum dəyişiklik prinsipi deyilir. Sözləri dəyişdirmək üçün əsaslı səbəb olduqda, dəyişdirilmiş mətni kvadrat mötərizələrə daxil edin. Məsələn, "Okiroya ona taleyindən danışdı" kimi "Okiroya ona [atasına] taleyindən danışdı" kimi sitat gətirilə bilər. Kiçik orfoqrafik və çap səhvlərinin xəbərdarlıq verilmədən düzəldilməlisi məqbuldur.
Sitat gətirilən mətndə buraxılan boşluqları göstərmək üçün üç nöqtədən istifadə edin. Haqlı olaraq buraxılan boşluqlara mövzudan kənar, mötərizə daxilində verilən hissələr və anlaşılmaz nitq daxildir. Mətndə mühüm konteksti silmək və ya mətnin mənasını dəyişdirmək üçün boşluqlar buraxmayın. Vulqar və nalayiq sözlər sitat gətirilən mənbədə olduğu kimi göstərilməlidir. Vikipediyaçılar heç vaxt sözlərə senzura qoymamalıdırlar. İstinsa ondadır ki, sitat gətirilən mətnin özündə senzura mövcuddur.
Birbaşa verilən sitatlarda dialektik və arxaik yazıları qoruyun.
Sitat Vikipediyanın öz səsi ilə ifadə edilə bilmədiyi emotiv fikirləri ifadə etmək üçün müvafiq atribusiya ilə istifadə edilməlidir.
İfrat dərəcədə emotiv olmayan yığcam fikirlər çox vaxt birbaşa sitat əvəzinə atribusiya ilə çatdırıla bilər. Sadə təsviri ifadələr ətrafında dırnaq işarələrinin istifadəsi istinad edilən materialla bağlı şübhəli bir şey ifadə edə bilər. Sarkazm, ya da "sözdə" və ya "guya" kimi anonim səlahiyyətə malik sözlərdən bu qənaətə gəlmək olar.
Sitat daxilində hiperlink yerləşdirərkən diqqətli olun. Bundan yalnız sitat müəllifinin açıq şəkildə ifadə etdiyi mənaya uyğun gəldiyi halda istifadə edin.
Xarici mənbələrdən sitatlar Azərbaycan dilinə tərcümə ilə verilməlidir. Tərcümə olan sitatlar tərcümə olmayanlardan aydın şəkildə fərqləndirilməlidir. Tərcümənin mənbəyini və orijinal dilini göstərin.
Orijinal mətnin tərcümə edilməmiş variantı varsa, ona istinad edin və ya lazım gələrsə, məzmuna əlavə edin.
Redaktorlar xarici dildə olan mətni özləri Azərbaycan dilinə tərcümə edərkən, orijinal mətnin kursivlə verilməsinə, həmçinin tərcümədə Azərbaycan dilində olan və mümkünsə, ümumi istifadədə olan sözlərin istifadə olunmasına həmişə diqqət yetirilməlidir.
Mövzu ilə əlaqəli Vikipediya məqalələrinin daxili keçidlərinin markerli siyahısı. Siyahı uzundursa, {{Columns-list}} və ya {{Div col}} şablonlarından istifadə etməyi nəzərə alın. Siyahı ya məntiqi (məsələn, sözügedən mövzuya əsasən), ya xronoloji, ya da əlifba sırası ilə düzülməlidir. "Həmçinin bax" keçidlərinin məqsədlərindən biri oxucuların əlaqəli mövzuları araşdırmasına imkan yaratmaqdır. Qeyd etmək lazımdır ki, keçid verilən məqalələr əsas məqalənin mövzusu ilə əlaqəli olmalıdır.
Bir keçidin "Həmçinin bax" başlığına aid olub-olmaması, redaksiya qərarı və sağlam düşüncəyə əsaslanır. "Həmçinin bax" başlığı altındakı keçidlər aktual olmalı, mövzunun daha ətraflı bir versiyasında mövcud ola biləcək keçidləri özündə əks etməli və məqbul sayda olmalıdır. "Həmçinin bax" başlığının mövcudluğu məcburi deyil. Bəzi yüksək keyfiyyətli və əhatəli məqalələrdə bu başlıq yoxdur.
"Həmçinin bax" başlığı altına qırmızı keçidlər və ya dəqiqləşdirmə səhifələrinə keçidlər daxil edilməməlidir (bir dəqiqləşdirmə səhifəsindəki məzmunu daha da dəqiqləşdirmək üçün istifadə edilmədikdə). Ümumi qaydaya görə "Həmçinin bax" başlığı altında məqalənin məzmununda olan keçidlər təkrarlanmamalıdır.
Verilən bir keçidin aktuallığı dərhal anlaşılmırsa, terminin mənası çox da məlum deyilsə, və ya termin birmənalı olmadıqda redaktorlar onun haqqında qısa şərh verməlidirlər. Misal üçün:
Digər daxili keçidlər: məsələn, {{Portal}} keçidlərindən adətən bu başlıq altında istifadə edilir.
Başlıq adı: Bu başlıq üçün istifadə edilən standart adı "Həmçinin bax"dır.
Məqalələrdə istifadəçi öz şəxsi mülahizələrini yazmamalıdır. Yazdığı mətnin mənbəsi mütləq göstərilməlidir. Mənbə göstərilməyən mətnin doğruluğu şübhə doğurduğundan, onun silinmə ehtimalı daha böyükdür.
Məqalələrə intervikinin əlavə edilməsi onun digər dillərdə yazılmış eyni adlı məqlələrlə əlaqəsini yaradır. İnterviki məqalənin dolğunluğunu təmin edir.
Vikipediyada kateqoriyalar mövzular üzrə bölünürlər. Məsələn, Tarix kateqoriyası, Elm kateqoriyası və s. Kateqoriyalar alt kateqoriyalara malikdirlər. Kateqoriyaların qoyulması Vikipediyada axtarışı sadələşdirməklə semantikanı təmin edir.
"[[mətn]]"
)Uzun tirelərdən (—) aydınlaşdırma və cümlə üzvlərinə əlavələri ayırmaq məqsədilə istifadə edilir. Məqalələrin prembula (giriş) hissəsindəki qısa təsvirdə tez-tez rast gəlinir. Bu tirelər yalnız eyni hal şəkilçiləri və ya eyni hissəciklər qoşulmuş sözləri aydınlaşdırmaq və ayırmaq üçün işlənə bilər:
Sitatların sonunda müəllifi göstərdikdə uzun tiredən istifadə edilir:
— Şarl Lui Monteskyö
Yanaşı yazılmış istənilən iki eyni mahiyyətli məfhum arasındakı məsafəni, aralığı göstərmək üçün ortaölçülü tiredən (–) istifadə edilir. Bu zaman tirelər sol və sağ hissədən boşluqla ayrılmır:
Digər hallarda — tarixlər tam formatda qeyd olunduqda, ayırıcı digər sözlər olduqda və yuxarıdakı şərtlər ödənilmədikdə ortaölçülü tirelərin sol və sağ tərəfləri boşluqla ayrılır:
Ortaölçülü tiredən mənfi ədədləri göstərmək üçün də istifadə edilir:
Defis mürəkkəb sözlərin və söz birləşmələrinin arasında işlədilir. Defis işarəsi hər bir halda boşluqsuz yazılır:
Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edilərkən şəkilçidən əvvəl defis qoyulur. Bundan əlavə, rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla verilir:
Qeyd: Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||