![]() | Həssaslıq və gizlilik ehtiva edən məsələlərlə bağlı təftişçilərlə Təftişçilərlə əlaqə bölməsi vasitəsilə əlaqə saxlaya bilərsiniz. Digər halllarda, ümumi müraciətləriniz üçün Vikipediya:Təftişçilərə müraciət səhifəsinə baş çəkin. |
![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.[a]
Təftişçilər — xüsusi alətlərlə digər istifadəçiləri təftiş edə bilmə haqqına sahib istifadəçilər. Hüquq az sayda istifadəçilərə verilir. Təftişçi alətləri istifadəçilərin Vikipediya serverlərindən istifadəçi hesabının istifadə etdiyi IP ünvanlarını, həmçinin istifadəçi hesabı və ya IP ünvanı haqqında server tərəfindən saxlanılan digər texniki məlumatları müəyyənləşdirməyə imkan verir.
Təftişçilər tərəfindən bu alətlərdən iki və ya daha çox hesabın bir şəxs və ya bir qrup şəxslər tərəfindən idarə olunduğunu müəyyənləşdirmək və Vikipediyanı pozucu fəaliyyətlərdən və sui-istifadə hallarından qorumaq üçün istifadə olunur.
Təftişçilər müəyyən istifadəçi hesabı vasitəsilə Azərbaycanca Vikipediyada redaktə edən bütün IP ünvanlarının siyahısını, müəyyən IP ünvanı və diapazondan edilən bütün redaktələrin siyahısını (buraya IP ünvanı və ya diapazonda hesablar tərəfindən edilmiş redaktələr daxildir), və ya bir IP ünvanı, ya da diapazonunu istifadə etmiş bütün istifadəçi hesablarının siyahısını görə bilər. Həmçinin Xüsusi:TəftişçiJurnalı səhifəsində bu əməliyyatların jurnallarına da baxa bilərlər. Həmin jurnala sadəcə təftişçilər baxa bilərlər. Meta-Vikidəki qlobal siyasətə əsasən layihədə ən azı iki təftişçi olmalıdır.
Təftişçi məlumatlarından Vikimedia Fondunun (WMF) gizlilik siyasəti və bu siyasətin qoyduğu əlavə məhdudiyyətlər istisna olmaqla heç bir vaxt istifadə edilə bilməz. Təftişçi tərəfindən aparılan araşdırma tamamlandıqdan sonra nəticələr əksər hallarda onlar tərəfindən ümumiləşdirilmiş formada açıqlanır (məsələn, "A hesabı B və ya C hesabları ilə eynidir, eyni deyil və ya eyni ola bilər"). Şəxsi dataların qeyd olunması (məsələn, "D hesabı 0.1.2.3 IP ünvanı vasitəsilə qoşulur" şəklində) çox nadir hallarda baş verir.
Təftişçi hüququ öz nöqteyi-nəzərləri ilə təftiş sorğularını yerinə yetirə bilən məhdud sayda etibarlı istifadəçilərə əmanət edilmişdir. İcazə istifadəçiyə vikicəmiyyət tərəfindən səsvermədən sonra verilir. Təftişçilik üçün inzibatçı olmaq şərt olmadığı kimi, cəmiyyətin inzibatçı hüququ daşıyan istifadəçilərə bu hüququ verməsi daha çox üstünlük təşkil edir. Təftişçilər 18 yaşından böyük olmalı və hüquq verilməzdən əvvəl Vikimedia Fondunun ictimai olmayan məlumatlar üçün gizlilik müqaviləsini imzalamalıdırlar. Təftişçinin fəaliyyətinə vikicəmiyyət (və dolayı yolla qlobal ombudsman komissiyası) tərəfindən nəzarət olunur və hüquqların sui-istifadəsi istifadəçidən hüquqların mütləq şəkildə geri alınması ilə nəticələnir.
Bu siyasət qlobal təftişçi siyasətini tamamlayır və yalnız Azərbaycanca Vikipediyada tətbiq olunur. Hal-hazırda Azərbaycanca Vikipediyada lokal təftişçi mövcud deyil.
Təftişçi alətlərindən yalnız Vikipediyada pozucu və dağıdıcı fəaliyyətlərin qarşısını almaq və ya pisniyyətli redaktə və ya kukla hesabları ilə bağlı etibarlı və əsaslı narahatlıqları araşdırmaq məqsədilə istifadə oluna bilər.
Təftişçi alətləri istifadəçiləri aşağıdakı səbəblərlə araşdırmaq və sözügedən fəaliyyətlərinin qarşısını almaq üçün istifadə edilə bilər:
Bu alətlərdən heç vaxt aşağıdakı hallar üçün istifadə edilə bilməz:
Təftişçi hüququnun əsas məqsədi kukla hesablardan istifadənin qarşısının alınmasıdır. Lakin icma siyasəti ilə alternativ hesablardan icazə verilən hallardan başqa digər məqsədlər (məsələn, səsvermədə və ya müzakirədə öz mövqeyini dəstəkləmək məqsədilə əlavə hesablardan istifadə etmək və başqa təəssüratlar yaratmaq məqsədilə istifadə kimi hallar bura daxildir) üçün istifadəyə icazə verilmir.
Bəzi layihələrdə redaktorun IP ünvanları kukla ittihamları ilə üz-üzə qaldıqda günahsız olduğunu sübut etmək məqsədilə onun sorğusu əsasında yoxlanıla bilər. Azərbaycanca Vikipediyada bu növ yoxlanışlara icazə verilmir və həmin sorğular təmin edilməyəcək.
Təftişçilərə hesablarının yoxlanıldığı barədə redaktorlara məlumat verməyinə icazə verilir, lakin mütləq belə bir şey tələb olunmur. Yoxlanışın nəticəsi icmaya açıqlana bilər (Vikipediya:Təftişçilərə müraciət kimi icma prosesi səhifəsində).
Təftişçi funksiyası ictimaiyyətə açıq olmayan məlumatlara çıxışı asanlaşdırır. Vikimedia Fondu istifadəçilərin gizliliyinə xüsusi əhəmiyyət verir və bəzən Vikipediyanı zərərdən və pozulmaqdan qorumaqla istifadəçilərin (hətta pozucu olanların da) gizliliyini qorumaq arasında gərginliklər yaşana bilər. Təftişçilər bu əks narahatlıqları daim ölçməlidirlər. Optimal nəticələr əldə edə bilmək üçün Azərbaycanca Vikipediyanın təftişçilərinin aşağıdakı şərtlərə və praktikalara riayət etmələri tələb olunur:
Bu şərtlər təftişçi alətlərinin yaradılmasından bu yana keçən illər ərzində keçdiyi təcrübələrə əsaslanaraq tətbiq olunan İngiliscə Vikipediyadan alınmışdır.
Təftişçilər faktiki IP ünvan(lar)ı qeyd edilmədiyi və ya yalnız qeyri-spesifik təfərrüatlar (məsələn, IP ünvanı ilə əlaqəli ölkənin, regionun və ya böyük internet xidməti provayderinin adı) qeyd edildiyi müddətcə eyni IP ünvanı və ya diapazondan istifadə olunan müxtəlif hesabların olduğunu qeyd edə bilər. Əgər təftişçinin açıqlaması başqa bir şəxsin sözügedən istifadəçi hesablarının kimliyinin ifşasına yol verməcəyəksə, bu cür açıqlamalara icazə verilə bilər. Bununla yanaşı, müəyyən IP ünvanı çox vaxt birdən çox hesabla əlaqəli ola bildiyi üçün bu məlumatların ictimai açıqlanması tövsiyə olunmur. Lakin daha böyük IP diapazonları hallarında bu məyusluq o qədər də böyük deyil, çünki daha böyük diapazonlar daha az spesifik bir əlaqənin qeyd edilə biləcəyi mənasına gəlir. Təftişçilər təftiş nəticələrini açıqladıqları vaxt müəyyən bir istifadəçini müəyyən bir IP ünvanı ilə əlaqələndirməkdən qaçınmaq üçün fərqli vasitələrə müraciət edirlər, lakin bəzi vaxtlar bundan yayınmaq çətindir. Bu siyasət Azərbaycanca Vikipediyanın təftişçilərini nəticələrdən bu cür əlaqə yaratmağa icazə verməməyə təşviq edir, lakin gizlilik siyasəti ciddi bir pozuntu halında onlara bunu etməyə imkan verir və bu siyasət təftişçiləri ensiklopediyanı sui-istifadə edərək fəaliyyət göstərən bir istifadəçinin şəxsi gizliliyindən daha çox Vikipediya siyasətinə riayət etməyi prioritetləşdirməyə imkan verir.
Bəzi hallarda təftişçilər hesabı bir IP ünvanı ilə açıq şəkildə əlaqələndirməkdən qaçmağa çalışa bilərlər, bunu etməmək çətin və ya qeyri-mümkün olacaq. Məsələn, bir istifadəçi çoxsaylı IP-lərdən və ya IP-lərin və hesabların qarışığından istifadə edərək dağıdıcı şəkildə redaktələr etdikdə təftişçinin qısa bir vaxt ərzində edilən kütləvi bloklar nəzərə alındıqda izləyənlər tərəfindən açıq bir nəticə çıxarmadan əvvəl hesabları, sonra da IP ünvanlarını bloklaması çətin olacaq. İstifadəçi bir neçə hesabdan sui-istifadə etdikdə və onun daha çox hesab yaradacağı ağlabatan olarsa, əsas IP diapazonu bloklanmalıdır ki, əlavə hesablar yaradılmasına icazə verilməsin. Buna görə də IP ünvanları və istifadəçi hesabları birlikdə bloklanmalıdır.
İnzibati tədbir və ya bloklama tələbləri qaldırılacaq dərəcədə problemli davranışlarla məşğul olan istifadəçilər təftiş üçün əsaslı hesab edilir və təftişçi belə əlaqələri aşkar etdikdə məsuliyyətli istifadəçilərin layihənin qorunmasına onun siyasətlərini bilərəkdən pozanların müdafiəsindən daha yüksək prioritet verəcəyi gözlənilməlidir.
İstifadəçilər haqqındakı məlumatlar (məsələn, IP ünvanları) Vikimedia Fondunun serverlərində bir müddət (90 gün) saxlanılır. Məlumatın saxlanması bu şəkildə məhduddur, çünki aktual olmayan mövzular və ya fəaliyyətlər nadir hallarda araşdırma tələb edir.
Qlobal təftişçi siyasəti tövsiyə edir ki, istifadəçinin sui-istifadə hallarında belə, mümkün olduqca şəxsi məlumatı açıqlanmamalıdır. Təftişçilərə aşağıdakılar tövsiyə olunur:
Təftişçilərə müraciət ünvanlayanda istifadəçilərin tələbin məqsədəuyğun və zəruri olduğuna dair açıq sübutları olmalıdır. Müraciət zamanı təftişin nə üçün edilməli olduğunu izah etmək müraciəti edən istifadəçinin üzərinə düşür. Təftişçi jurnalı mütəmadi şəkildə digər təftişçilər tərəfindən yoxlanılır. Təftişçi aləti ilə bağlı ictimai və ya vikidənkənar əməliyyatlar ictimai baxışa açıqdır və Vikimedia Fondunun Ombudsman komissiyasına şikayət verilməsi ilə nəticələnə bilər. Əsassız ittihamlara əsaslanaraq yoxlanışlar aparan təftişçilər xəbərdarlıqlarla üzləşə və onlar hüquqlarının ləğvi də daxil olmaqla müəyyən sanksiyalara məruz qala bilərlər.
"Fişinq" kukla hesablardan istifadə ilə bağlı şübhələr üçün heç bir əsaslı sübutun olmadığı bir hesabı yoxlamaqdır. Pisniyyətli kukla hesablardan istifadəyə dair heç bir sübut olmadığı hallarda yoxlanışlar aparılması uyğun deyil. Məsələn, iddia olunan kukla ustasının naməlum hesablardan kuklaçılıqla məşğul olduğuna dair irəli sürülən tələblər fişinq deyil. Bəzən şübhəli kukla operatoru təftişçi araşdırması bitənə qədər məlum olmur. Nəticəsiz nəticələnən təftişlər təftişin ilkin olaraq etibarsız olduğu mənasına gəlmir.
Təftişçilər təcrübəli və etibarlı istifadəçilərdir. Onlar həssas və şəxsi məsələlərdə, eləcə də istifadəçilərlə bağlı digər məsələlərin həllində yüksək səy göstərirlər. Müntəzəm kukla araşdırmaları və təftişçi incələməsinə ehtiyac olan fəaliyyətlərə Vikipediya:Təftişçilərə müraciət səhifəsində baxılır. "Vikipediya bürokratiya deyil" prinsipinə uyğun olaraq, təftişçilərlə istifadəçi müzakirəsi səhifələri, e-poçt ünvanı, IRC və ya e-poçt siyahısı və s. vasitəsilə əlaqə saxlanılmasına icazə verilir. Əgər məsələ şəxsi nüanslar və həssaslıq ehtiva edirsə, o zaman müraciətlərinizi heç vaxt ictimai yerlərdə etməməlisiniz. Əgər məsələ təcili xarakter daşıyırsa, onlayn olduğunu bildiyiniz bir təftişçi ilə əlaqə saxlamalısınız, və ya birdən artıq təftişçi ilə əlaqəyə keçməlisiniz. Əgər çox təcilidirsə, birbaşa Vikimedia Fondu ilə əlaqə qurmalısınız.
Təftişçi girişi olan istifadəçilər Xüsusi:XüsusiSəhifələr üzərində əlavə bir "Təftiş" seçiminə malik olurlar, onlar digər oxşar funksiyalarla yanaşı, Xüsusi:Töhfələr üzərində "İstifadəçinin IP ünvanını yoxla" və "istifadəçinin yoxlanılmaları" seçimləri və Xüsusi:Təftiş və Xüsusi:TəftişçiJurnalı kimi xüsusi səhifələrə giriş icazəsi əldə edirlər. Azərbaycanca Vikipediyadakı təftişçilər qlobal təftişçi e-poçt siyahısına abunə ola və IRC söhbət kanallarına giriş əldə edə bilərlər.
Təftişçilər üçün digər bəzi alət və skriptlər də mövcuddur, lakin bunların hər hansının hazırda aktiv olduğuna, inkişaf etdirildiyinə və ya aktiv şəkildə saxlanıldığına zəmanət verilmir.
Meta-Vikinin təftişçilərlə bağlı kömək səhifəsində təftişçilərə aşağıdakı məlumatlar verilir:
#wikimedia-checkuser
) mövcuddur ki, bu da təftişlər və onların şərh olunması ilə bağlı digər təftişçilərlə məsləhətləşmək və xüsusilə də daha çox hallarda mürəkkəb vandalizm halları ilə bağlı danışmaq üçün vasitələr təqdim edir. Hər ikisi də Vikimedia Fondunun bütün layihələrindəki təftişçilər tərəfindən istifadə olunur; onlar yalnız Azərbaycanca Vikipediya üçün deyil. IRC kanalına giriş yalnız dəvət ilə mümkündür və təftişçinin e-poçt siyahısı qeyri-üzvlərin yazışmalarını qəbul etmir – lokal təftişçidən kömək istəyən istifadəçilər yuxarıdakı § Təftişçilərlə əlaqə bölməsi vasitəsilə onlarla əlaqə saxlamalıdırlar. Təftişçilər həmçinin qlobal təftişçi komandasının digər üzvləri ilə məlumatları paylaşa biləcəkləri şəxsi vikiyə giriş imkanına malikdirlər. O, həmçinin uzunmüddətli və qarışıq kuklaçılıq keyslərində keçmiş təftişçi datalarını saxlamaq üçün də istifadə oluna bilər.
#wikimedia-privacy
kanalına giriş hüquqları var.Təftişçilər apardıqları bütün yoxlanış əməliyyatları üçün digər təftişçiyə əsaslı səbəb təqdim edə bilməlidir.
Təftişçilər təftişçi datalarını ehtiva edən detallar əsasında istənilən bloku aydın şəkildə "təftişçi bloku" şəklində qeyd etməlidir. Onlar blok jurnalının xülasəsində açıq şəkildə qeydlər yerləşdirməlidirlər. Həmçinin belə vəziyyətlərdə təftişçilərin qeyri-təftişçilərə sözügedən məsələ ilə bağlı müəyyən bir sübutu açıqlama məcburiyyəti yoxdur (və gizlilik siyasətinə əsasən bunu etmələri qadağandır).
Təftişçilər texniki sübutlara əsaslanaraq hesabları blok edə bilər. Blok jurnalının xülasəsində təftişçilər tətbiq etdiyi blok barədə açıq şəkildə izahlar və blokun "təftişçi əməliyyatı" kimi tətbiq olunduğunu qeyd edə bilərlər. Bu bloklar qeyri-təftişçilər tərəfindən götürülə bilməz. İnzibatçılar ilk növbədə təftişçi ilə əlaqə saxlamadan "təftişçi bloku" adlanan hansısa bloku ləğv etməməli və ya blok parametrlərinə dəyişiklik etməməlidir. Bununla belə, bütün təftişçi blokları digər təftişçilər tərəfindən birbaşa və əhəmiyyətli yoxlanışlara malikdir. Blok jurnalının xülasəsində təftişçi əməliyyatı qeyd olunmuş istifadəçilər {{bloku aç}} şablonu vasitəsilə bloka etiraz edə bilərlər.
Təftiş sorğuları təftişçinin "təftiş səbəbi" sahəsini doldurmamış icra oluna bilməz, ki, bu da səhifələrdə düzəliş zamanı istifadə olunan düzəliş izahı funksiyasına oxşayır. Bütün sorğular Xüsusi:TəftişçiJurnalı səhifəsində qeyd olunur, bu qeydlərə Xüsusi:Təftiş vasitəsilə digər təftişçilər tərəfindən baxıla bilər. Jurnallarda hər giriş, təftişi edən, zaman, yoxlanış səbəbi və hansı növ dataların qeyd olunduğu görünəcək (alət IP-ləri, IP-dən redaktələri və ya IP üçün istifadəçiləri əldə etmək üçün istifadə edilə bilər). Jurnal yoxlanışdan gələn dataları göstərmir və bunları saxlamağa icazə vermir.
Təftişçi icazəsinin ləğvi ilə bağlı Vikimedia Fondunun siyasətində qismən bildirilir:
Şəxsi identifikasiya edən məlumatların açıqlanması və ya Vikimedia Fondunun gizlilik siyasətinin potensial digər pozuntuları ilə bağlı şikayətlər Ombudsman komissiyasına göndərilməlidir.
Təftişçi hüquqlarının potensial sui-istifadəsi ilə bağlı digər şikayətlər və sorğular Vikipediya icması tərəfindən müzakirə edilməlidir.
Hal-hazırda Azərbaycanca Vikipediyada bu hüquqa sahib istifadəçi yoxdur.
Qlobal təftişçi siyasətində də qeyd edildiyi kimi, təftişçi seçiləcək istifadəçilər icma tərəfindən minimum 25-30 dəstək səsi və 70-80% dəstək faizi almalıdırlar. Səsvermə müddəti 15 gün olmalıdır və bu müddət ərzində konkret nəticə əldə edilmədiyi halda müddət bürokrat tərəfindən uzadıla bilər. Bu istifadəçilər Vikimedia Fondunun gizlilik siyasəti və digər vacib qaydalara bələd olmalıdır. Eləcə də bu istifadəçilər 18 yaşından böyük olmalıdırlar, onlara təftişçi hüququ verilməzdən qabaq Vikimedia Fondunun ictimai olmayan məlumatlar üçün gizlilik müqaviləsini imzalamalıdırlar. Bir layihədə minimum iki təftişçi olmalıdır ki, bir-birilərinə nəzarət edə bilsinlər.
Səsvermə uğurla başa çatdıqdan sonra namizədə müvafiq hüquqların verilməsi üçün Meta-Vikidəki Request for permissions səhifəsi vasitəsilə stüardlara müraciət olunmalıdır.
İstifadəçi:İSTİFADƏÇİADI@azwiki
yazın. Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||
Vikipediya hesabları və idarəetmə | |
---|---|
Anonim istifadəçi | |
Qeydiyyatlı istifadəçilər | |
Hesab təhlükəsizliyi | |
Blok, qadağa, sanksiya, qlobal hərəkətlər | |
Hesablarla əlaqəli | |
İstifadəçi qrupları və qlobal istifadəçi qrupları | |
Üstün istifadəçi qrupları | |
Komitələr və s. | |
İdarəetmə |