![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Davranış siyasətləri |
---|
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Vandalizm — Vikipediyanın mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək məqsədi ilə məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin edilməsi.
Vandalizm özünü əsasən keyfiyyətli məqalənin məzmununun təhqir, söyüş və qraffiti ilə, ya da onun mövzusuna tamamilə dəxli olmayan mətnlə dəyişdirilməsində göstərir. Təcrübəsizlikdən və ya bilməyərəkdən məqalənin məzmununda yanlış düzəlişlərin edilməsi vandalizm kimi dəyərləndirilmir.
Əslində, vandalizm Vikipediya üçün elə də böyük təhlükə deyil. Belə ki, məqalədə edilmiş bütün dəyişikliklər xüsusi verilənlər bazasında saxlanılır. Bununla da vandal informasiyanı bütünlüklə məhv edə bilmir. Məqalədə vandalizm əlamətləri görən istənilən istifadəçi onun korlanmış versiyasını geri qaytarıb sonuncu normal versiyanı bərpa edə bilər. Statusundan asılı olmayaraq bütün istifadəçilər bu hüquqa malikdirlər. Vandala xəbərdarlıq etmək üçün onun müzakirə səhifəsinə {{Vandalizm}} yerləşdirmək kifayətdir.
Vandalizmlə məşğul olanlarla Vikipediyanın inkişafına təmənnasız xidmət edənlərin sayı təxminən eyni olduğundan istifadəçilərə yaradılmış bu şərait və verilmiş hüquqlar sonda ikincilərin xeyrinə işləyir. Belə ki, məqalələrə zərər vurmaq bu zərəri aradan qaldırmaqdan daha çox vaxt tələb edir.
Hazırda Vikipediyada hətta ən böyük vandalizmin nəticələri belə bir qayda olaraq qısa zaman içində aradan qaldırılır.
Vandalizm məqsəd və metodlarına görə iki növə bölünür:
1.1 Məqsədlərinə görə:
1.2 Metodlarına görə:
Bəzi hərəkətlər vandalizmə oxşasa da, vandalizm sayılmır. Bu hərəkətlər aşağıdakılardır:
Təcrübəsiz istifadəçinin sınaq dəyişiklikləri. Təcrübəsiz istifadəçi "redaktə et" düyməsini görərkən doğrudan da nəyisə redaktə edə biləcəyinə əmin olmaq üçün düyməyə basıb mətnə mənasız əlavələr edir. Bu vandalizm deyil! Belə olan halda daha təcrübəli istifadəçilər onu salamlamalı və ona qaralama dəftərinə istiqamətləndirmə verməlidirlər. Bunun üçün xüsusi şablonlar olan "{{test}}" və {{tövsiyə}} (ikinci şablondan təcrübəsiz istifadəçi digər istifadəçi səhifələrini redaktə edərkən istifadə olunur) şablonlarından istifadə etmək gərəkdir.
Təcrübəsiz istifadəçinin genişləndirilmiş sınaq dəyişiklikləri. Bəzən təcrübəsiz istifadəçi məqaləni mənasız məqaləyə çevirə və ya tamamilə oxunaqsız hala sala biləcəyini yoxlamaq istəyir. Onun üçün sadəcə vikinin imkanlarını öyrənmək maraqlı olur. Əgər onun bu dəyişiklikləri ləğv olunsa və ya ona tövsiyə xarakterli ismarıc göndərilsə bu fəaliyyətinə son qoyar. Amma təcrübəsiz istifadəçi bundan sonra da bu cür "sınaqlarını" davam etdirərsə, onun hərəkətləri artıq vandalizm sayılır.
Vikinin imkanlarının öyrənilməsi. Bəzi istifadəçilər vikinin imkanlarını özləri üçün qısa zamanda müəyyənləşdirə bilmirlər. Bundan ötrü onlara daxili və xarici keçidlər, cədvəllər və s. üzərində sınaqlar aparmağa vaxt lazım olur. Belə istifadəçiləri vandal kimi müzakirəyə çıxarmaqdansa, onlara vikinin tanış olmadıqları imkanlarını izah edin və ya müvafiq məlumat səhifələrinə, xüsusilə də redaktə qaydaları səhifəsinə istiqamətləndirmə verin.
Tərəfsizliyə riayət olunmaması. Tərəfsizlik nöqteyi-nəzərindən məqalələr yazmaq o qədər də asan deyil. Hətta Vikipediyanın çox təcrübəli istifadəçiləri belə bəzən bu mənada qüsurlu məqalələr yaradırlar. Demək olar ki, hər bir insan öz qənaətlərini (bəzən səhv olan) digərlərinin qənaətlərindən üstün turur. İnsan təbiətinin bu xüsusiyyəti müsbət xüsusiyyət kimi qiymətləndirilməsə də, vandalizm hesab olunmur.
Cəsarətli düzəlişlər. Ən əsas Vikipediya prinsiplərindən biri - "cəsur ol!" prinsipidir. Bəzi vikipediyaçılar məqalələrin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onlarda böyük düzəlişlər edirlər. Yazdığınız mətnin böyük hissəsinin silindiyini və ya ciddi surətdə redaktə olunduğunu görmək Sizə xoş olmasa da, bu hərəkət vandalizm deyil. Müdrik vikipediyaçılar cəsarət və sevgini bir arada birləşdirməyi bacarırlar.
Şəxsi tədqiqatların əlavə olunması. Şəxsi tədqiqatların əlavə olunması Vikipediyada bu fəaliyyəti qadağan edən prinsipə zidd olsa da, vandalizm kimi dəyərləndirilmir.
Səhvlər. Səhvlər vandalizm sayılmır. Əgər Siz məqalədə səhv məlumatın yer aldığını düşünürsünüzsə, gümanlarınızın doğru olub-olmadığını araşdırın və ya faktları məqalə müəllifləri ilə müzakirə edin. Əgər müəlliflər Sizin izahlarınıza əhəmiyyət vermədən səhv məlumatları yenə də məqaləyə əlavə edirlərsə, onların bu hərəkətinin səbəblərini araşdırmağa çalışın.
Şəxsi təhdidlər və təhqirlər. Vikipediya prinsipinə görə qadağan olunsa da, vandalizm deyil.
Gözlənilməz dəyişikliklər. Məqalələrə edilən qeyri-adi üslublu düzəlişlər onların müəlliflərini vandal adlandırmağa əsas vermir. Məsələn, istifadəçilərdən hansısa məqalədə dəyərli düzəlişlər edəndən sonra qısa xülasədə "Salam, mən Əliyəm!" yazırsa, o vandal deyil. Sadəcə təcrübəsiz istifadəçidir. Belə istifadəçilərə dostcasına qısa xülasəni nə formada yazmaq lazım olduğunu başa salın. Onu bloklamayın və dəyişikliklərini ləğv etməyin.
İP adreslərinin sahiblərini aşağıdakı keçidlər vasitəsi ilə tapmaq olar:
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||