. Love.az

Vikipediya Viki Qafqazi Sevir 2021 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Viki Qafqazi Sevir 2021
Viki Qafqazı Sevir 2021

Viki Qafqazı Sevir 2021 — 2021-ci il 1 oktyabr - 31 oktyabr tarixlərində keçirilən məqalə müsabiqəsi (UTC vaxtı ilə). Müsabiqə Qafqazla bağlı mövzularda məqalələrin yaradılması üçün nəzərdə tutulmuşdur. Müsabiqənin keçirilməsində məqsəd Vikipediyanın müxtəlif dil bölmələrində Qafqazın coğrafi obyektləri, mədəniyyəti, görməli yerləri barədə məqalələr yaratmaqdır. Azərbaycandilli Vikipediyada keçirilən müsabiqənin əsas məqsədi isə Azərbaycan istisna olmaqla, digər Qafqaz xalqları və dövlətləri barədə məqalələrin yaradılmasıdır. Eynilə digər layihələrin iştirakçıları da öz doğma dilləri istisna olmaqla, digər iştirakçı ölkələr və xalqlar barədə məqalələr yaradacaqlar.

Müsabiqə Azərbaycan, gürcü, rus, çeçen, osetin və ləzgi dillərindəki Vikipediya layihələrində paralel keçirilir.

Müsabiqə Azərbaycan vikimediaçıları istifadəçi qrupu, Gürcüstan vikimediaçıları istifadəçi qrupu, Vikimedia Rusiya və Don vikimediaçıları istifadəçi qrupu tərəfindən təşkil olunmuşdur.

Müsabiqənin əsas məqsədlərindən biri Qafqaz dillərindəki Vikimedia layihələri arasında əlaqələrin gücləndirilməsi və onların dayanıqlı inkişafına nail olmaqdır.


Siyahıya keç
Məqalə əlavə et

Qaydalar

  • Vikipediyada qeydiyyatdan keçmiş bütün istifadəçilər müsabiqədə iştirak edə bilərlər.
  • Məqalə Azərbaycan haqqında olmamalıdır.
  • Müsabiqədə aşağıdakı şərtlərə uyğun gələn məqalələr buraxılır:
    • Yeni yaradılan məqalə ən azı 250 sözdən və 3000 baytdan ibarət olmalıdır.
    • Yaradılan məqalə ensiklopedik əhəmiyyətə malik olmalı və istinadlarla təmin olunmalıdır.
  • Botların istifadəsi qadağandır və iştirakçı buna görə müsabiqədən kənarlaşdırıla bilər.
  • Yaradılan məqalələr iştirakçılar tərəfindən yuxarıda göstərilən Məqalə əlavə et düyməsindən istifadə etməklə siyahıya əlavə edilməlidir.

Məqalə siyahısı

Tələb olunan məqalələrin siyahısı

İştirakçılar

İştirakçıların siyahısı

Hədiyyələr

Azərbaycan vikimediaçıları istifadəçi qrupu qalibləri qiymətli hədiyyələrlə mükafatlandıracaqlar.

  • Birinci yer : 300 AZN (hədiyyə kartı) - Qolcomaq
  • İkinci yer : 200 AZN (hədiyyə kartı) - Xayala Mammadli
  • Üçüncü yer : 100 AZN (hədiyyə kartı) - Rövşən İşık

Təşkilatçı

  • Wertuose
  • Eldarado

Jüri üzvləri

  • Wertuose
  • Eldarado

Faydalı keçidlər

  • Müsabiqənin beynəlxalq səhifəsi
  • Suallar üçün e-mail ünvanı: [email protected]
Azerbaijani Wikimedians User Group Wikimedia UG Georgia Don Wikimedians User Group Wikimedia Russia
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Viki_Qafqazı_Sevir_2021&oldid=6493314"
LOVE.AZ