. Love.az

Vikipediya Muzakiresi Burokratlar - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Muzakiresi Burokratlar
Bu, Vikipediya:Bürokratlar səhifəsinin müzakirə səhifəsidir.
  • Yeni şərhlərinizi köhnələrin altından yazın. Yeni başlıq açın.
  • Dörd tilda (~~~~) vasitəsilə yazınıza imza və tarix əlavə edin.
  • Vikipediyada yenisiniz? Yardım masasında suallarınızı yazın.
  • Səhifənin adının dəyişdirilməsi üçün buradan müraciət edə bilərsiniz.
  • Nəzakətli olun
  • Yeni istifadəçiləri çəkindirməyin
  • Xoşniyyətli olun
  • Aqressiyaya yol verməyin
↓
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
ARXİV
ARXİV
Müzakirələrin arxivi:
  • 2009-2023

Rəsmi prinsip

redaktə
Son rəy: 2 ay öncə1 şərhMüzakirədə 1 nəfər

Bu qaydanın qəbulu ilə bağlı səsvermə var? Müzakirə səhifəsində qəbul olunub, bürokratiya kimi çıxmasın, Vikipediya:Qaydaların qəbulu üçün səsvermə qaydası ondan 2 il sonra qəbul edilib. Məncə, elə müzakirə səhifəsində qəbulu yaxşı seçimdir. Digər tərəfdən, buradakı şərtlər VP:İBSQ ilə tərs düşür (məsələn, elə redaktə sayı tələbi). Qayda üzərində işləmək olar. Həmçinin VP:Səsvermə qaydasını da işləyib sadəcə səsvermə şərtlərini qeyd etmək olar, səsvermələri keçirmək yox (ancaq qeyd edilə bilərlər). Qayda yazılanda onlar Kənd meydanında (maraq olsaydı, bu səhifədə xüsusi olaraq) ətraflı müzakirə olunub rəsmi prinsip kimi qəbul oluna bilər, zamanla təkmilləşdirilməsi də bu formada müzakirə səhifələrində də aparıla bilər (hazırda hər nə qədər maraq az da olsa, elə olmalıdır; bu barədə KM-da başlıq da açmışdım). İki mərhərəli (müzakirə və səsvermə) bürokratiyaya nə gərək var ki? Girişdəki qəbul tarixlərini də yığışdırmaq lazımdır, ehtiyac yoxdur, məncə, onlara. Çünki qaydalar vaxtla təkmilləşir, konkret bir qəbul tarixi yoxdur. Vikipediya bürokratiya deyil axı. Fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 12:37, 23 fevral 2025 (UTC)Cavabla

Ziddiyət

redaktə
Son rəy: 2 ay öncə2 şərhMüzakirədə 1 nəfər

@Turkmen, bu qayda ilə bu bir-birinin ziddidir. Bu barədə səsvermə açacaqsınız? Bunu da VP:İnzibatçılar qaydası kimi sıfırdan yazmaq olar. Siz bunda maraqlısınızsa, mənə bildirin, mən özüm də maraqlıyam. Məsələn, bürokratlara əlavə hansı səlahiyyətlər verilə bilər və s. qeyd olunsa hər şey yerinə oturar. Yuxarıdakı başlığa da fikir bildirə bilərsiniz. Yəqin ki, yaxın vaxtda o barədə KM-da müzakirə açacağam. Hörmətlə, Qədir (müzakirə) 18:02, 25 fevral 2025 (UTC)Cavabla

Onda səsvermə keçidi də düzəldilməlidi? Hörmətlə, Qədir (müzakirə) 19:49, 25 fevral 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya_müzakirəsi:Bürokratlar&oldid=8044496"
LOVE.AZ