Bu, Vikipediya:Beş əsas prinsip səhifəsinin müzakirə səhifəsidir. |
|
Əgər burda düşüncələrinizi yazmaq, fikirlər yürütmək, subyektiv mülahizələrinizi bölüşmək istəyirsinizsə - deməli, ünvanı səhv salmısınız. Bu niyyətinizdən daşının və Vikipediyanın mümkün qədər dəqiq və şəffaf informasiya bazasına çevrilməsinə öz töhfələrinizi verin. Əgər bu prinsiplə razı deyilsinizsə, səhifənin yuxarı sağ küncündəki "çıxış" linkini seçin.
Yuxarıda qeyd edilən fikir yalnız bizim vikipediyamızda qeyd olunub. İngilis, rus və türk dilli vikipediyada belə bir məsələ yazılmayıb. Mənim şəxsi fikrimə görə Vikipediyanın ən əsas qaydası olan beş əsas prinsipin ilkində insanları buradan uzaqlaşdırmaq düzgün deyil. Bu səbəbdən bu cümləni kənarlaşdırdım. --Aabdullayev851 (müzakirə) 05:50, 3 mart 2016 (UTC)Cavabla
Neytral mövqe sözü məncə Bitərəf nöqteyi nəzər olaraq dəyişdirilməlidir. Siz nə təklif edirsiniz?--Aabdullayev851 (müzakirə) 08:06, 3 mart 2016 (UTC)Cavabla
Vikipediya:Müəlliflik hüquqları məqaləsinə digər dillər yerləşdirilməmişdi. Həll etdim. --Aabdullayev851 (müzakirə) 09:03, 3 mart 2016 (UTC)Cavabla
Ən ağrılı yerimiz. --Aabdullayev851 (müzakirə) 09:22, 3 mart 2016 (UTC)Cavabla
Bəli, Vikipediyadakı bütün qaydaları dəyişmək olar. Ancaq bunu müzakirə ilə etmək lazımdır. --Aabdullayev851 (müzakirə) 09:52, 3 mart 2016 (UTC)Cavabla