Bu, Vikipediya:Qaydaların qəbulu üçün səsvermə səhifəsinin müzakirə səhifəsidir. |
|
Məncə 3-cü maddə çıxarılmalıdır. Çünki "1. Səsvermələrdə yalnız Azərbaycan Vikipediyasında qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər." elə o deməkdir ki, "3. İstifadəçi İP ünvanla səs verə bilməz.".→VagoMüzakirə 14:07, 6 fevral 2011 (UTC)Cavabla
Razıyam. Amma silmək yox birləşdirmək daha yaxşı olar. --Irada 14:10, 6 fevral 2011 (UTC)Cavabla
İradə xanım, bəlkə "İstifadəçinin Vikipediya qaydaları ilə əlaqədar məqalələrdə ən azı 10 redaktəsi olmalıdır." cümləsini də bir az yumşaq formada yazaq. Çünki elə istifadəçi ola bilər ki, qaydalara baxıb, orada elə bir qüsur görməsin və düzəliş də etməsin, ancaq kifayət qədər savadı olsun. Məsələn, qaydaları elə hazırlayırsınız, heç bizə düzəltməyə bir şey də saxlamırsınız, belə getsə, qanun-qaydalar haqqında səsvermə hüququ ancaq sizdə olacaq :))) →VagoMüzakirə 14:18, 6 fevral 2011 (UTC)Cavabla
Dediyiniz 10 redaktə heç mənim də ürəyimcə deyil, amma necə bilmək olar ki, istifadəçi qaydaları oxuyur ya yox. Vallah, əlimdə olsaydı Vikipediyanın ümumi prinsiplərini bilməyənləri səsverməyə buraxmazdım :)) Qaydaların hazırlanmasına gəlincə bacardığım qədər redaktə edirəm, gələcəkdə mübahisələr heç olmasa bir az az olar :)--Irada 14:29, 6 fevral 2011 (UTC)Cavabla
Irada xanım həmkarımız Vagonun fikri tamamilə düzgündür. Onun təbirincə desək qaydaları elə hazırlayırsınız, heç bizə düzəltməyə bir şey də saxlamırsınız, belə getsə, qanun-qaydalar haqqında səsvermə hüququ ancaq sizdə olacaq. Məncə heç kəs (bu mənim fikrimdir) oxumadığı hər hansı bir mövzuya (qaydaya) səs verməz. --Sultan11 15:49, 6 fevral 2011 (UTC)Cavabla
Sultan11, Vagonun və Sizin mənim qaydalarda redaktələrimlə bağlı şərhlərinizi tərif kimi qəbul edirəm. Amma inanın ki, Vikipediyadakı təcrübəmə əsaslanaraq çox əminliklə deyə bilərən ki, oxumadan səs verənlər bütün mətni, şərhləri, müzakirələri oxuyaraq səs verənlərdən dəfələrlə çoxdur. lakin buna baxmayaraq şərhinizi qəbul edirəm.--Irada 17:43, 6 fevral 2011 (UTC)Cavabla
Təklif maraqlıdır və məsələ düzgün qoyulmuşdur. Mən də onunla razıyam ki, hə və ya yox səsverənlər arqumentlərini də yazsınlar və nə üçün bu və ya digər mövqedə olduqlarını izah etsinlər. Amma digər tərəfdən qorxuram ki, belə müzakirələr daha çox mübahisələrə səbəb olsun. Bəlkə qaydad belə bir şərh də əlavə edək: "Səsverərkən istifadəçi nə üçün bu və ya digər mövqedə olduğunu şərh bölməsində izah etməlidir, əks halda səsi sayılmaya bilər." Belə yazmaq olarmı? --Irada 21:33, 6 fevral 2011 (UTC)Cavabla
Bəlkə bu qaydanı "İstifadəçinin Vikipediya qaydalarından xəbərsiz olduğu sübut olunarsa, həmin istifadəçinin səsvermədə iştirakına idarəçilər tərəfindən qadağa qoyula bilər" bununla "İstifadəçinin Vikipediya qaydalarından xəbərsiz olduğu sübüt olunarsa, həmin istifadəçinin səsi sayılmaya bilər." əvəz edək? --JameS RamireZ 21:38, 6 fevral 2011 (UTC)Cavabla
Əla!--Irada 21:41, 6 fevral 2011 (UTC)Cavabla
Yaxşı prinsipdir. Mən dəstəkləyirəm. Xırda-para düzəlişlər də etdim. Amma bəzi suallarım da var. Məsələn,
Bunu hansı kriteriyalara uyğun müəyyən edəcəyik ki, istifadəçinin Vikipediya qaydalarından xəbəri var, ya yox? İmtahan, sorğu-sual formasında, ya qayda və prinsiplərə etdiyi düzəlşlər əsasında, ya müzakirə səhifələrindəki şərhlərinə əsaslanaraq? Məncə, bu bənd qanunda boşluğun yaranmasına səbəb olacaq. --Sortilegus 18:24, 7 fevral 2011 (UTC)Cavabla
Düzəlişlərə görə təşəkkür edirəm. Hər necə olsa, mütəxəssisin cümlələrin düzgünlüyünə nəzarəti çox önəmlidir. O ki, qaldı istifadəçinin vikipediya qaydalarını bilməsi haqqında məsələyə. Qaydada bunu göstərməyimin iki məqsədi var:
Burada məqsədin məhz bu olduğunu mən elə qanunu 1-ci dəfə oxuyanda anladım (artıq 3-4 dəfə oxumuşam və bəyənirəm:)). Bir idarəçi kimi əslində, hansısa mənada bu bəndin qanunda olması mənə sərf də edir. Amma səsləri hesablayanda bu problem yaradacaq və mübahisələrə yol açacaq. Səsvermə qurtaran kimi səslər hesablanır və nəticə elan edilir. Bu bənd qəbul olunsa gərək hər səs verən istifadəçinin fəaliyyətini təftiş edib konsensusa gələk (bəlkə bir idarəçilərin və 4-5 fəal istifadəçinin verdiyi səsləri çıxmaq şərtilə).--Sortilegus 19:55, 7 fevral 2011 (UTC)Cavabla
Lazımi dəyişikliklər edilib məncə qayda artıq səsverməyə çıxarılmalıdır --JameS RamireZ 20:00, 7 fevral 2011 (UTC)Cavabla
Məncə bu bəndlə bağlı problem yaranmaz, əksinə səsvermədə iştirak etmək istəyənlər qaydaları oxumağa başlayacaqlar :). Digər tərəfdə TimBits-in verdiyi təklifi də nəzərə alsaq, yekun nəticədə səslərin sayı ilə yanaşı verilən şərhlər də nəzərə alınsa pis olmaz. --Irada 20:14, 7 fevral 2011 (UTC)Cavabla
Bakı vaxtı ilə gecə saat 04 00 Vikipediya vaxtı ilə 00 00 deməkdir:) Səs verən istifadəçilər hamısı Bakı vaxtı ilə işləmir axı.--Sortilegus 20:29, 7 fevral 2011 (UTC)Cavabla
Demək, Bakı vaxtı ilə 00.00 Vikipediya vaxtı ilə 20.00 olacaq. Hər halda Azərbaycanda azviki istifadəçiləri daha çoxdur. P.S. Biz hər məsələdə mübahisə etməyə deyəsən adət etmişik :)--Irada 20:34, 7 fevral 2011 (UTC)Cavabla
Elədir:) Sadəcə oturub baxmaq lazımdır ki, bizim Ana Səhifəmizdəki "Tarixdə bu gün" bölməsi Bakı vaxtı ilə gecə saat neçədə yenilənir. Mən dəqiq vaxtını dedim:)--Sortilegus 20:39, 7 fevral 2011 (UTC)Cavabla
Irada xanım, məncə hərdən bürokrat sözünə qulaq asmaq heçdə pis olmaz. Necə bilirsiniz? :) --Sultan11 20:46, 7 fevral 2011 (UTC)Cavabla
Mən sizi anlamıram. Problem nədədir. Bakı vaxtı ilə səsvermə keçirmək olmaz? Səsvermədə [1] mənim səsimin qarşısında 20.05 yazılıb. Bu Vikipediya vaxtı ilədir. Bakı vaxtı ilə isə 00.05 deməkdir. Bakı vaxtı sizin xoşunuza gəlmirsə dəyişdirə bilərəm. Sonra nə problem var. Sultan11, bürokrat da hərdən istifadəçiləri dinləsə yaxşı olar. --Irada 20:53, 7 fevral 2011 (UTC)Cavabla
Səsvermədə iştirak etmək istəmirsinizsə öz işinizdir, saat bəhanədir...--Irada 20:54, 7 fevral 2011 (UTC)Cavabla
Bürokrat heç bir söz demir və maneə törətmir:) Bu səhifədə → Vikipediya:Səsvermə/Vikipediya qaydaları ilə əlaqədar səsvermə səsvermə keçirilir. Ən azı 10 istifadəçi səs versə və onlardan yarıdan çoxu (50+1) qanunun qəbuluna səs versə bu qanun qəbul olunacaq.--Sortilegus 21:14, 7 fevral 2011 (UTC)Cavabla
Deyirəm bəlkə bu qaydanı təqribən bir 3 günlüyə kənd meydanında müzakirəyə çıxaraq, xəbəri olmayan da bilsin, münasibət bildirsin, "Sonra "Demədi!" deməsin" :) →VagoMüzakirə 06:46, 8 fevral 2011 (UTC)Cavabla
Kənd meydanında artıq elan olubmuş :) →VagoMüzakirə 08:32, 8 fevral 2011 (UTC)Cavabla
Məncə "Vikipediya qaydaları ilə əlaqədar səsvermə" qaydalarına əlavə və dəyişikliklərin hansı halda mümkün olması haqqında maddə də əlavə olunmalıdır. Yoxsa elə başa düşülür ki, bu bir daha dəyişilə bilməz. Məsələn, "AzVikinin fəal istifadəçisilərin sayı 500-ü və yaxud 1000-i keçərsə, səsvermə keçirilməsi haqqında qayda əlavə və dəyişikliklər üçün yenidən müzakirə ola bilər.". və s.→VagoMüzakirə 08:55, 8 fevral 2011 (UTC)Cavabla
Bütün təklifləri diqqətlə oxudum və çoxları ilə razıyam. Həmin təklifləri digər qaydaların redaktələrində istifadə etmək fikrindəyəm. Bütün təklifləri burada bir-bir təhlil etmək istəməzdim. Vagonun təklifinə gəlincə, gələcəkdə qaydalar qəbul olunsa belə onların üzərində dəyişiklik edib yenidən səsverməyə çıxarırlar. RuVikidə bu təcrübə çox tez-tez istifadə olunur. Sadəcə olaraq qəbul olunmuş qaydarda dəyişiklik etmək istəyən istifadəçi AK-ya və ya "İdarəçilərə müraciət" səhifəsinə yazaraq icazə alır və redaktəyə başlayır.--Irada 10:13, 8 fevral 2011 (UTC)Cavabla