![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yaradıldıqdan vəya uyğun olmayan məzmunu silindikdən sonra, o tarixdən etibarən bir həftə sonunda məzmununda vikipediyanın ən bəsit məzmun qaydasını (Ən bəsit məzmun qaydası: Bir məqalə ən az o məqalənin başığı və o başlığı ən azından çox bəsit şəkildə də olsa tanımlayan bir cümlədən ibarət olmalıdır.) uyğun olmayan məqalələr.
boş məqalələr ifadəsini yuxarıdaki kim dəyişdirdim. Təbii bu halda silinməsi gərəkən minlərcə məqalə olur bir anda. Ancaq kənd meydanından aparılan müzakirələrdən görünən odur ki, bir konsensus yoxdur silinsin mi silinməsin. Onun üçün bu qaydanın müzakirə edib, gərəkəni eləmək lazımdır məncə. -Aruzmzkrfəalyt21:34, 14 yanvar 2008 (UTC)
Mən burda yeni səhifə silmə kriteriyası hazırlayıram. Fikri olanlar, müzakirəyə qoşulsun, ortaya çıxan nəticəni rəsmi prinsip olaraq qəbul edib tətbiq edək. Aşağıda yazılan kriteriyalar əsasən ingilis dilində vikipediyadan nümunə götürülərək hazırlanmışdır. Hər halda onların bu məsələləri daha geniş qatılımla müzakirə edib hazırladıqlarını nəzərə alsaq bundan yararlanmağın məntiqli olduğunu görərik.--TimBitsتِمبِتس 20:09, 13 İyul 2009 (UTC)
Salam. Lazımlı prinsipdir. Tamamlayandan sonra burda qeyd edərsən, istifadəçilər və idarəçilər fikirlərini yazarlar, sonra səsverməyə çıxararıq və prinsip kimi qəbul edərik (bir neçə başqa prinsipdə də düzəlişlər edib (məsələn, bürokrat statusu və s.) hamısını bir vaxtda səsverməyə çıxarsaq yaxşı olar). Hələlik bir təklif verim - bütün bəndləri nömrələyək və gələcəkdə idarəçi səhifəni siləndə qeyd etsin tutaq ki, "Səhifə silmə kriteriyalarının 3.1 və ya 2.5 (və s.) bəndinə əsasən məqalə silinir və ya məqalədən bu hissə çıxarılır". Hörmətlə:--Sortilegus 12:43, 14 İyul 2009 (UTC)
Beləliklə:
Vikipediyada məzmunu ensiklopedik tələblərə cavab verməyən səhifələr idarəçilər tərəfindən silinir. İstifadəçinin silinən bu səhifələrin məzmununa və tarixçəsinə baxmaq imkanı yoxdur. Bunu yalnız idarəçi edə və müəyyən hallarda bu səhifələri geri qaytara (bərpa edə) bilər. Səhifənin silinməsi barədə istifadəçilər arasında konsensus yoxdursa, idarəçi həmin səhifəni dərhal silmir.
Aşağıdakı səbəblərdən səhifələr silinə bilər.
Əgər səhifədəki problem təşkil edən qismin redaktə edilərək düzəldilməsi mümkündürsə silinmə yerinə redaktə variantına üstünlük verilir. Bu zaman əlaqəli şablon və etiketlərdən istifadə edərək problemli qismi istifadəçilərin nəzərinə çatdırmaq lazımdır. Bu cür alternativ islah variantlarına nümunə olaraq aşağıdakıları göstərmək olar:
Qısa məzmuna malik və inkişaf etdirilməsi mümkün olmayan məqalələr daha geniş məqalələrin tərkibinə əlavə edilə bilər.
Səhifələrin tərkibi ilə bağlı məsələlərdə səhifənin silinməsi arzuolunan deyil. Bütün mübahisəli məsələlər məqalələrin müzakirə səhifəsində və konsensus yolu ilə həll edilir. Səhifənin silinməsi üçün açılmış müzakirə səhifənin məzmunu ilə bağlıdırsa idarəçilər səhifə silmə müzakirəsini bağlayıb, bütün danışıqları əlaqəli müzakirə səhifəsinə köçürə bilərlər.
Səhifələrin arxivlənməsi nəzərdə tutulursa həmin səhifənin silinməsi düzgün deyil. Silinmiş məlumatların gələcəkdə serverlərdən kənarlaşdırılması və həmişəlik itirilməsi mümkündür.
Səhifə silmə əməliyyatı üçün aşağıdakı proseduralardan biri tətbiq olunur.
Vikipediyada hüquqi səbəblərdən Müəlliflik Hüququ qanunları ilə qorunan işlərdən istifadə edilə bilməz.
Aşağıdakı dərhal silmə kriteriyalarına uyğun gələn səhifələr müzakirə açılmadan silinə bilər. Bu kriteriyalar bütün səhifələrə (məqalələr, yönləndirmələr, istifadəçi səhifələri, müzakirə səhifələri, şəkillər və s.) aiddir.
İstifadəçilər hər hansı bir səhifənin açıq aşkar ensiklopedik olmadığını və ya hər hansı bir formada vikipediyanın işinə yaramayacağını hesab edirsə bu səhifənin silinməsi barədə təklif verə bilərlər. Haqqında bu cür təklif verilmiş səhifələr heç bir etiraz yoxdursa idarəçilər tərəfindən təklif verildikdən 7 gün sonra silinə bilər. Silinməyə etiraz varsa və ya silinmə müzakirəsi başlanmışsa artıq bu səhifənin silinməsi təklif edilə bilməz. Bu qaydalar yönləndirmə səhifələrinə aid deyil. Yönləndirmələr dərhal silmə kriteriyalarının 14-cü bəndinə uyğun gəldiyi halda birbaşa silinir.
Yuxarıdakı üç üsulla silinməsi mümkün olmayan səhifələr müzakirə nəticəsində silinə bilər. Bu müzakirələrdə istifadəçilər məsələ ilə bağlı rəylərini bəyan edə bilərlər. Müzakirələrin nəticəsi səsvermə və ya çoxluq əsasında deyil, arqument və konsensus əsasında müəyyən edilir. Bu səbəbdən də sadə "lehinə", "bitərəf" və ya "əleyhinə" kimi rəylər nəzərə alınmır. Müzakirələrdə iştirak edən istifadəçilərin mövqelərini qayda və prinsiplərə istinad etməklə, müvafiq sahəyə aid rəsmi prinsip hələlik yoxdursa məntiq və arqumentlərlə çıxış edərək əsaslandırmaları lazımdır. Müzakirələr azı 7 gün ərzində aparılmalıdır. Müzakirənin nəticəsində idarəçilər ümumi konsensusun olub olmadığını müəyyən edir və bu konsensusun əsasında səhifəni silir və ya saxlayır. Ümumi konsensusun müəyyən edilməsində qeyd edildiyi kimi tərəflərin sayı deyil, arqmunetləri əsas götürülür. Əgər müzakirələr nəticəsində ümumi konsensus bəlli deyilsə məqalə silinmir. Səhifənin tərkibi ilə bağlı mübahisəli məsələlərdən ötrü bütün səhifənin silinməsini istəmək düzgün hesab edilmir. Bu cür mübahisələr müzakirə səhifəsində aparılmalıdır.
İstifadəçilər hər hansı bir səhifənin silinməsini səhv hesab edir, səhifə saxlanması qərarına etiraz edir və yaxud silmə ilə bağlı müzakirələrin yekunlaşdırılmasında səhv edildiyini hesab edirsə əvvəl bu qərarı tətbiq etmiş idarəçinin müzakirə səhifəsində iradlarını bildirməlidirlər. Bunun nəticə vermədiyi hallarda alınmış qərarlara yenidən baxılması üçün müzakirə açıla bilər. Bu cür müzakirələr müvafiq layihə səhifəsində aparılır. Həmin səhifədə silinmiş səhifənin işinə yenidən baxılması ilə bağlı xüsusi bölmə açılır və bu bölməyə müvafiq şablon əlavə edilir. Bu şablonun əlavə edildiyi səhifələrin ümumi bir kateqoriya altında yığılması təmin edilir. Müzakirələr səhifə silmə müzakirəsi qaydalarına uyğun olaraq aparılır.
Səhifəni silmiş idarəçi bu barədə edilən etiraza əsasən apardığı müzakirənin nəticəsinə bağlı olaraq sildiyi səhifəni bərpa edə bilər. Əgər silinmiş səhifənin işinə yenidən baxılması üçün müzakirə açılmış və müzakirə nəticəsində səhifənin bərpasına qərar verilmişsə idarəçilərdən biri bu qərarı tətbiq etməlidir.
Aşağıdakı səbəblər özlüyündə dərhal silmə üçün kifayət deyil:
Səhifələrin silinməsi üçün mümkün səbəblər
--Sortilegus 21:08, 28 Oktyabr 2009 (UTC)
--Melikov Memmed 13:03, 29 Oktyabr 2009 (UTC) Əvvəl Məmməd yoldaşın qeydinə casvab yazım. Müəlliflik hüququ qanunlarla qorunduğu üçün bunu əlavə etməyə məcburuq. Bunun nə dərəcədə tətbiq olunacağı artıq başqa məsələdir amma rəsmi prinsipdə əks etdirməyə bilmərik. Bundan başqa, burda səhifə sözlərini məqalə ilə əvəz etmişdin. Mən onu geri qaytardım, bağışla amma sənə izahat verməmişdim. Bunun səbəbi odur ki, hazırki prinsip bütün səhifələrə aiddir. Təkcə məqalələrə yox. İndi də Sortilegusun qeydləri barədə. Bunlar prisipi izah etmık məqsədi ilə yazılan, səhifələrin hansı hallarda silinməsinin mümkün olduğunu göstərən nəzəri qismdir. Praktiki olaraq səhifə silmədə bu səbəblər öz-özlüyündə istifadə olunmayacaq. Aşağıdakı proseduralardan biri izlənəcək. Ona görə də bu cür praktiki işlərlə bağlı qeydlər proseduralar bölümünə aiddir. Lakin yenə də yazılan səbəblərin aydın olmadığını, daha əlavə izahata ehtiyac olduğunu fikirləşən varsa bunu da prinsipə əlavə edə bilərik. Elə istəyən özü də edə bilər.
Sözün düzü, el dili ilə desək, idarəçinin hər şeyə bir "mız qoyması" lazımdır və təbiidir:) Çünki bu tip prinsiplərə hamıdan əvvəl idarəçilər əməl etməli olacaqlar. Amma ümumilikdə götürəndə heç elə "mız qoyulası" bir şey yoxdur burda. Mən öz qeydlərimi yuxarıda yazmışam, aldığım cavablar da məni qane edir. "Dərhal silmə üçün kafi deyil" bölməsində də nəsə "kafi" sözü bir az "qulağa yatmır":) Adlandırmanı dəyişmək olar. Məsələn, "Dərhal silinməsi məsləhət bilinməyən" (ilk ağlıma gələn adlandırma) və s. Amma hamı razı olmadığı məqamları burda qeyd edə bilər. Elə müzakirə də onun üçün açılıb. Bəlkə doğrudan da hansısa bəndləri daha da "sərtləşdirməyə" ehtiyac var.--Sortilegus 21:29, 31 Oktyabr 2009 (UTC)
Məqalənin adının "Vikipediya:Səhifə silmə meyarları" olmasını təklif edirəm. →VagoMüzakirə 12:02, 8 fevral 2011 (UTC)
Ümumiyyətlə mən burada bəzi bəndlərlə razı deyiləm. Onları silə bilərəm? --N KOzi 12:05, 8 fevral 2011 (UTC)
Digər dillərdən olduğu kimi köçürülən məqalələr. Məsələn bununla. --N KOzi 12:07, 8 fevral 2011 (UTC)
Nümunə verə bilərsiz? Mənim ağlıma birinci yeni yaradılmış Rusiya şəhərləri gəldi. Bunu nəzərdə tutursuz? "Kriteriya" sözünün "meyar" sözü ilə əvəzlənməsində problem görmürəm--Bakuemil 15:02, 8 fevral 2011 (UTC)
Hazırki səhifədə yazılanlar müvəqqəti qaydadır, ümumi təsəvvür vermək üçün yazılıb, hansısa prosesi və s. izah etmir. Yeni səsverməyə çıxarılacaq qaydalar üçün bu səhifənin yuxarısında yazılanlanlara və müzakirələrə baxın. Son variantı danışıb yaxın vaxtlarda səsverməyə çıxardaq. --TimBits 15:27, 8 fevral 2011 (UTC)
-Xahiş edirəm buraya Qeyri-ensiklopedik məqalə kriteriyasını da əlavə edəsiniz və bu kriteriya haqqında informasiya verəsiniz. Hörmətlə:--iAZİSS 14:13, 26 dekabr 2012 (UTC)
Bu məqalə hələ redaktə olunub bitməyib, üzərində iş gedir, xahiş edirik silməyin, əgər təklif və iradlarınız varsa bizə yazın. [email protected]
Salam Turkmen, qayda necə qüvvədən düşə bilər əgər daxilində qüvvədən düşmə bəndi yoxdursa və ya bununla bağlı müzakirə olunmayıbsa? Zəhmət olmasa bu barədə fikirlərinizi bildirəsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:53, 1 fevral 2022 (UTC)