![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yeri gəlmişkən silinməsini istədiyimiz siyahıları hara əlavə edəciyik ? Ad da səhvdir.--samral müzakirə 14:22, 28 oktyabr 2014 (UTC)
Arxivə. Ad səhvdir - düzünü təklif edin. --İrada (talk) 14:57, 28 oktyabr 2014 (UTC)
İradə xanım, hesab edirəm ki, silinməsi nəzərdə tutulan, yaxud silinməsi barədə müzakirə gedən səhifələrdə mütləq "sil" şablonu yerləşdirilməlidir. Müzakirələr zamanı məqalənin silinməsinin vikipediya qaydalarına zidd olması müəyyənləşərsə, o zaman həmin şablon həmin məqalədən götürülməlidir. İcazənizlə, həmin şablonlartı mən özüm qoyum. — Bu imzasız yazı 94.20.193.202 (m) tərəfindən əlavə edilib;
Məqalə Vikipediya qaydalarına tamam zidd olduqda "Sil" şablonu qoyulur. Məqalənin silinib və ya qalması ilə əlaqədar müzakirəyə çıxarılması üçün isə yeni şablon hazırlanmalıdır. --İrada (talk) 09:33, 30 oktyabr 2014 (UTC)
30 gün müzakirəyə sərf etmək real deyil: [1] Problem 3-4 günə həll olunmalıdır. Əgər 7 gün ərzində şəxs vikipediya ilə maraqlanmayıbsa və fikrini deməyibsə bu artıq onun günahıdır.Bizim Viki-cəmiyyət 7 günə düzgün qərar çıxara bilər. Təklif edirəm maksimum 10 gün olsun --İrada (talk) 06:52, 31 oktyabr 2014 (UTC)
Bizdə silinəcək məqalələr çoxdur. Hər məqaləyə 30 gün vaxt versək proses illərlə uzanacaq. Heç olmasa maksimum 15 gün edək. --İrada (talk) 07:11, 31 oktyabr 2014 (UTC)
10-15 günə dəqiqləşə bilməyən iş heç 1 ilə də dəqiqləşən deyil. Siz vaxtı uzadırsız. Ona görə sizinlə razılaşmıram. --İrada (talk) 07:34, 31 oktyabr 2014 (UTC)
Hörmətli Azerifactory, Lütfən məqalələri yekunlaşdırmadan silib arxiv bölməsinə yerləşdirməyin. Hər məqaləyə yekunlaşdırma etmək önəmlidir. Bunu sizə bir müddət öncə də demişdim. Siz əməl etmədiniz və bu kimi sorunlarla qarşılaşdıq. Əgər buna vaxtınız yoxdursa, bu işlə vaxtı bol olan idarəçilər məşğul olsunlar. Ümid edirəm ki, bu dəfə məni anlayacaqsınız. Hörmətlə--eldarado ✉ 07:42, 19 fevral 2019 (UTC)
Hörmətli idarəçilər, müzakirələri yekunlaşdırdıqdan sonra dərhal arxivləşdirməyin. Çalışın ay sonrları bu işi edin. Əgər çox olarsa ayda iki dəfə edin. Məqaləni yekunlaşdırıb və dərhal arxivləşdirmək doğru deyil. Bununla tələm tələsik qərar vermiş və şəffaflığı pozmuş kimi bir görüntü yaradırıq. Cünki bəzi istifadəçilər arxivləşmədən xəbərləri olmur və izlədikləri müzakirənin nəticəsini də tapa bilmirlər. Lütfən bu məsələdə də biraz diqqətli olaq. Bu cür fəaliyyətin son dövrlərlə Azerifactory və Eminndə şahidi olmuşam. Hörmətlə--eldarado ✉ 15:30, 4 avqust 2019 (UTC)
Salam. Silinməyə namizəd səhifələr üçün işlədilən silinməsinin, yaxud qalmasının zəruri olması hesab edilən Sürətli silinsin, Sürətli qalsın ifadələrinin münasib olmadığını düşünürəm. Bu ifadələri "Mütləq silinsin", "Təcili silinsin", "mütləq qalsın", yaxud "Mütləq silinməlidir", "Təcili silinməlidir", "mütləq qalmalıdır" (eləcə də bu kimi başqa variantlar da ola bilər) kimi işlədilsə, dilimizə daha uyğun olduğunu hesab edirəm.→Vago ms 21:17, 14 iyun 2020 (UTC)
✔ Qalsın:— ► Soleluna1982 (müzakirə) 21:38, 24 iyun 2020 (UTC)
Xahiş edirəm, bura silinməyə namizəd kimi qoyulan məqaləyə dair iddiaçı məqalənin ensiklopedik əhəmiyyət daşımaması barədə səbəb göstərməsə, məqalə çıxarılsın. Belə ki, silinməyə namizəd səhifəsinin başlıqda yazılır: "Səhifənin adı və silmə səbəbi iddiaçı tərəfindən daxil edilir. Arqumentlər göstərilir. Müzakirə aparılır." →Vago ms 10:44, 15 iyun 2020 (UTC)
Səsvermə nəticəsində silinməməsinə qərar verilən səhifələrin müzakirə səhifəsində bu barədə şablon yerləşdirilir (məsələn Müzakirə:Orxan Aslanov). Lakin həmin şablonda səsverməyə birbaşa keçid yox, ancaq Arxivə keçid verilir. İstifadəçi özü arxivi ələk-vələk edərək həmin səsverməni tapmaq üçün çox uzun zaman sərf etməli olur. Şablonda arxiv əvəzinə səsverməyə birbaşa keçid qoymaq mümkündür? — Thunder Storm (müzakirə) 12:26, 30 iyun 2020 (UTC)
Salam. SNS müzakirələrində istifadə olunan "qalsın", "silinsin" və digər şablonların istifadə olunmamasını təklif edirəm. Belə olduqda istər-istəməz müzakirələr səsverməyə çevrilir. Yekunlaşdırmalarda da "qalsın", "silinsin" şablonları diqqəti tez cəlb edir və rəy bildirmək istəyən istifadəçilərə, ümumi qərara təsir edir. Hamı öz fikrini sözlərlə yazsa, yekunlaşdıran idarəçi məcbur olub bütün fikirləri oxuyacaq. Dr.Wiki54, Lavici, Toghrul R, Solavirum, Araz Yaquboglu, Santorica, Atakhanli, Xeyal, Wikipediya M, Onyeddi, Azerifactory, Burocan, White Demon, SNS-də daha çox fəal olan istifadəçilər olaraq fikir bildirməyinizi xahiş edirəm.— Eminn (müzakirə) 19:08, 14 may 2022 (UTC)
Salam hörmətli inzibatçılar (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Burocan, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon, Sura Shukurlu, Solavirum). Belə bir şablon yaratdım və düşünürəm ki, SNS/BNS müzakirələrini və digər müzakirələri bu şablonu istifadə edərək yekunlaşdıra bilərsiniz. İstifadə edərkən {{YKN}} və ya {{Ykn}} olaraq qeyd edə bilərsiniz. Hörmətlə, Lavici mesaj? 16:15, 26 may 2022 (UTC)
Salam. Məncə, səhifənin başında qeyd edilən bu cümlə: "Son qərarı müzakirədə iştirak edən inzibatçılardan biri verir." dəyişək edək "İştirak etməyən inzibatçılardan biri verir". Belə daha şəffaf, obyektiv və tərəfsiz olar. Gadir (müzakirə) 09:47, 9 iyul 2023 (UTC)
Nemoralis yeni üslubu gördüm. Bəlkə həmin səhifələrə kateqoriya əlavə edək ki rahat tapılsın səhifələr. Yəni müzakirə gedən. Ya da nəsə başqa bir rahat tapılma forması olsun. — Araz Yaquboglu (müzakirə) 14:17, 25 sentyabr 2023 (UTC)
Bu müzakirə Vikipediya:Silinməyə namizəd səhifələr/Abuzər Nadirov səhifəsindən köçürülmüşdür.