Vittoriya Farneze (it. Vittoria Farnese; 1519[1], Valentano[d], Latsio – 13 sentyabr 1602, Pezaro[1]) — Parma hersoqu Piyer Luicinin yeganə qızı, Urbino hersoginası.[2][3]
Vittoriya Farneze | |
---|---|
![]() | |
26 yanvar 1548 – 28 sentyabr 1574 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1519[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 sentyabr 1602(1602-09-13) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Piyer Luici Farneze |
Ailəsi | Farneze ailəsi |
Dini | katolisizm |
![]() |
10 avqust 1519-cu ildə Toskanadakı ailə mülklərində dünyaya gəldi.[4] Atası Papa III Pavelin oğlu Piyer Luici, anası isə məşhur Orsini ailəsindən Girolama Orsinidir. Uşaqlığından etibarən gələcəkdə kiminlə evlənəcəyi müzakirə məsəsləsi idi. Bəy namizədləri arasında Florensiya hersoqu I Kozimo Mediçi, Savoyya hersoqu Emmanuil Filibert, hətta imperator V Karl belə vardı. Ancaq bu müzakiərlə nəticəsiz qaldı.[5]
Nəhayət, qardaşı kardinal Alessandro Farnezenin vasitəçiliyi ilə yenicə dul qalmış Urbino hersoqu II Qvidobaldo della Roverlə evləndirildi.[5] Ceyiz olaraq 60 min duka məbləğ, 20 min dukat dəyərində isə ləl-cəvahirat göndərildi. Cütlüyün nigahı 29 iyun 1547-ci ildə Romada bağlansa da, rəsmi toy mərasimi 30 yanvar 1548-ci ildə baş tutdu. Bu nigahdan 9 övladı dünyaya gəlsə də, bunlardan yalnız üçün yetkinlik yaşına çata bildi.[6]