. Love.az

Vladimir Nemirovic Dancenko - Wikipedia - Love.az

Ana Səhifə - Vladimir Nemirovic Dancenko

Vladimir İvanoviç Nemiroviç-Dançenko (11 (23) dekabr 1858, Ozurgeti, Kutaisi quberniyası – 25 aprel 1943[1][2][…], Moskva[1]) — rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti, (1936), Stalin mükafatları laureatı (1942, 1943).

Vladimir Nemiroviç-Dançenko
Doğum tarixi 11 (23) dekabr 1858
Doğum yeri
  • Ozurgeti, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 25 aprel 1943(1943-04-25)[1][2][…] (84 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ[1]
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Fəaliyyəti dramaturq, rejissor, teatr tənqidçisi, ssenarist, opera rejissoru[d], teatr pedaqoqu[d], aktyor, dramaturq
Fəaliyyət illəri
  • Moskva Bədaye teatrı
Təhsili
  • Moskva Dövlət Universiteti
Mükafatları "Qırmızı qartal" ordeni (Prussiya) "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı SSRİ xalq artisti RSFSR xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

K. S. Stanislavski ilə birlikdə Moskva Bədaye Teatrını yaratmış, 1919-cu ildə həmin teatrın nəzdində musiqi studiyası təşkil etmişdi (1926-cı ildən K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatr). Vladimir Nemiroviç-Dançenkonun Üzeyir Hacıbəyovla işgüzar əlaqələri olmuşdur. Stalin mükafatları komitəsinin sədri V. Nemiroviç-Dançenko, komitənin üzvü Ü. Hacıbəyovla iclaslarda tez-tez görüşür, Ü. Hacıbəyovu rəhbərlik etdiyi teatrın premyera tamaşalarına dəvət edirdi. Vladimir Nemiroviç-Dançenko İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin nəzdindəki bədii şuranın sədri kimi də Ü. Hacıbəyovun müzakirələrdəki rəy və fikirləri ilə hesablaşırdı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Немирович-Данченко Владимир Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. ↑ 1 2 Vladimir Ivanovich Nemirovitch-Danchenko // Internet Broadway Database (ing.). 2000.
  Rejissor haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vladimir_Nemiroviç-Dançenko&oldid=7153707"
LOVE.AZ