Vlodzimej Antoneviç (pol. Włodzimierz Antoniewicz; 15 iyul 1893[1][2][…] – 20 may 1973[1][2], Varşava) — erməniəsilli Polşa arxeoloqu. O həmçinin, Varşava Universitetinin rektoru və Polşa Elmlər Akademiyasının üzvü olmuşdur.[4][5]
Vlodzimej Antoneviç | |
---|---|
pol. Włodzimierz Antoniewicz | |
![]() | |
Doğum tarixi | 15 iyul 1893(1893-07-15)[1][2][…] |
Vəfat tarixi | 20 may 1973(1973-05-20)[1][2] (79 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | arxeoloq[d] |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
![]() |
![]() |
Vlodzimej Antoneviç elmi işində Polşa torpaqlarının tarixdən əvvəlki arxeologiyasına diqqət yetirmişdir. O, arxeoloji tədqiqatlar əsasında Polşa ərazilərinin ən qədim tarixinin təsvirini təqdim etmişdir. Antoneviç Vislitsada qurduğu arxeoloji stansiyada romanesk binalarının qalıqlarını aşkar etmişdir. Bundan əlavə, o, ilk dəfə qədim slavyanların dinlərinin sintezini təqdim etmişdir.
Vlodzimej Antoneviç 15 iyul 1893-cü ildə Sambirdə poçt nəzarətçisi və Yanvar üsyanının iştirakçısı olmuş Polşa ermənisi Karol ilə rəssam və ictimai fəal olan Vanda Kurovskanın ailəsində anadan olmuşdur.[5]
Orta təhsilini Lvovdakı gimnaziyada başa vurmuşdur. Lvov Universitetində, Yagellon Universitetində, həmçinin Vyana, Paris və Praqa universitetlərində arxeologiya və coğrafiya üzrə təhsil almışdır. Onun müəllimləri arasında Yevgeni Romer və Ludomir Saviçki də var idi.[6]
1920-ci ildən Varşava Universiteti ilə fəaliyyət göstərmişdir. O, Tarixdən əvvəlki və erkən orta əsrlər arxeologiyası kafedrasının müdiri (İkinci Dünya müharibəsindən sonra Polşa arxeologiyası kafedrası adlandırılmışdır), dosent (1924-cü ildən), professor (1928-ci ildən), Humanitar elmlər fakültəsinin dekanı (1934–1936) və nəhayət rektor (1936–1939) vəzifələrində çalışmışdır. 1937-ci ilin oktyabrında universitetdə getto seqreqasiyasını tətbiq edən əmr vermişdir. [7][8]
1924–1939-cu illərdə Yerazm Mayevski adına Varşava Arxeologiya Muzeyinin direktoru vəzifəsində çalışmışdır. 1945–1946-cı illərdə Polşa Milli Arxeologiya Muzeyinin direktor müavini olmuşdur.[9]
Bundan əlavə, o, Polşa Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutu və Dini Konfessiyalar və Xalq Təhsili Nazirliyi ilə əməkdaşlıq etmişdir. 1921–1934-cü illərdə Varşavada Azad Polşa Universitetində mühazirələr oxumuşdur. 1925–1934-cü illərdə Vilnüs Universitetində də mühazirələr oxumuşdur. [6]
Vlodzimej Antoneviç həmçinin, ensiklopediyaçı idi. O, beş cildlik "Ilustrowana encyklopedia Trzaski, Everta i Michalskiego"nun 180 redaktoru arasında yer almışdır. Antoneviç burada arxeoloji mövzularda yazılar yazmışdır. [10]
Vlodzimej Antoneviç 300-dən çox elmi məqalə nəşr etmişdir. Bunlara aiddir:
Vlodzimej Antoneviç 1959–1970-ci illərdə "Pasterstwo Tatr Polskich i Podhala" (Polşa Tatra dağlarında və Podhaledə çobanlıq) seriyasının 10 cildini nəşr etmişdir. O, həmçinin karyerası ərzində "Wiadomości Archeologiczne", "Światowid" və "Postępy Archeologii" jurnallarının redaktoru kimi fəaliyyət göstərmişdir. [11]
Vlodzimej Antoneviç bir sıra mükafatlar, ordenlər və fəxri fərmanlar almışdır, o cümlədən: