. Love.az

Volfqanq Pusniq - Wikipedia - Love.az

Ana Səhifə - Volfqanq Pusniq

 

Volfqanq Puşniq
Wolfgang Pushnig
Doğum tarixi 21 may 1956 (68 yaş)
Doğum yeri Klagenfurt Avstriya
Vətəndaşlığı Avstriya
Fəaliyyəti musiqiçi bəstəkar
Fəaliyyət illəri 1975-ci ildən
puschnig.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volfqanq Puşniq ing. Wolfgang Puschnig (21 may 1956[1], Klaqenfurt) — avstriyalı caz musiqiçisi (Saksofon, Fleyta, klarnet) və bəstəkardır.[2]

Puşniq 2008-ci il,konsertdə.

Mündəricat

  • 1 Tərcümeyi-halı
  • 2 Mükafatları
  • 3 Diskoqrafiya
    • 3.1 Solo albomları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tərcümeyi-halı

redaktə

Vyana Konservatoriyasında saksofon və fleyta üzrə təhsil aldıqdan sonra Puşniq 1970-ci illərin ortalarında Vyana İncəsənət Orkestrinin qurucu üzvlərindən biri olmuşdur. Burada 1989-cu ilə qədər çalışmışdır. Eyni zamanda bu müddət ərzində o, müxtəlif musiqi qruplarında üzv olmuşdur. 1991-ci ildə caz musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. ( JazzFest Berlin 2006, Musikfest Waidhofen / Thaya 2007). Bundan əlavə, o, dəfələrlə Koreyanın SamulNori adlı zərb alətləri ansamblı ilə birgə çıxış edib.

Puşniq həmçinin Vyana Musiqi və İfa Sənəti Universitetinin professorudur.[2]

Mükafatları

redaktə
  • 1998: Hans Koller mükafatı [3] "İlin caz musiqiçisi"
  • 2003: Karintiya Mükafatı
  • 2004: Klagenfurt Universitetinin fəxri doktoru adını alan ilk musiqiçi [2]
  • 2016: Karintiya Zabit Xaç Ordeni [4]
  • 2022: Karintiya mədəniyyət Mükafatı (alm. Kulturpreis des Landes Kärnten‎ )

Diskoqrafiya

redaktə

Solo albomları

redaktə
  • 1988: Pieces Of The Dream (Amadeo)
  • 1991: Alpine Aspects (Amadeo)
  • 1995: Mixed Metaphors (Amadeo)
  • 1997: Dream Weavers (Label Hopi)
  • 1998: Roots & Fruits (EmArcy)
  • 1999: Aspects (Pao Records)
  • 2001: Chants (Quinton Records)
  • 2006: Things Change: The 50th Anniversary Box (EmArcy), 3xCD

İstinadlar

redaktə
  1. ↑ Wolfgang Puschnig // filmportal.de. 2005.
  2. ↑ 1 2 3 "Puschnig, Wolfgang". Biography. Austria-forum.org. 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  3. ↑ "Hans Koller Mükafatı". de.wikipedia.org. 2015-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.03.26.
  4. ↑ "Großes Ehrenzeichen des Landes Kärnten für Jazzmusiker Wolfgang Puschnig". Land Kärnten (ktn.gv.at). 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.

Xarici keçidlər

redaktə
  • puschnig.com — rəsmi saytı
  • Wolfgang Puschnig in SR-Archiv österreichischer Popularmusik
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Volfqanq_Puşniq&oldid=7761808"
LOVE.AZ