. Love.az

Vostocniy Adasi Sedov Arxipelaqi - Wikipedia - Love.az

Ana Səhifə - Vostocniy Adasi Sedov Arxipelaqi

Vostoçnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Vostoçnıy adası
rus. Восточный
Ümumi məlumatlar
Hündür nöqtəsi 43 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
79°24′48″ şm. e. 92°35′01″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Krasnoyarsk diyarı
Arxipelaq
  • Şimal Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Vostoçnıy adası xəritədə
Vostoçnıy adası
Vostoçnıy adası

Yerləşməsi

redaktə

Arxipelaqın şərqində yerləşir. Vostoçnıy adasından qərbdə Fiqurnıy adası yerləşir. Ancaq faktiki olaraq bu adalar bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. Oktyabr İnqilabı adasında yerləşən Paris Komunası yarımadasından 5,1 km şimalda yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru 6,3 km məsafədə uzanır. Eni 5,2 km-dir. Şimal və cənub sahilləri hamardır. Şərq və qərb sahilləri isə sıldırımlıdır. Burada hündürlük 9 metrə çatır. Adanın maksimal hündürlüyü 43 metrdir. Mərkəzi hissədən cənuba doğru üç çay axır. Şərqində elə də böyük olmayan göl vardır. Bitki örtüyü mamır və şibyələrdən ibarətdir.

Xəritə

redaktə
  • Xəritə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vostoçnıy_adası_(Sedov_arxipelaqı)&oldid=8010633"
LOVE.AZ