. Love.az

Voxcaberd - Wikipedia - Love.az

Ana Səhifə - Voxcaberd

Oxçu berd, Oxçubert, Voxçaberd - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]

kənd
Voxçaberd
40°09′59″ şm. e. 44°38′54″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Qırxbulaq mahalı]]
Rayon [[Ellər rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.700 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 838 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Digər
kotayk.mtad.am/about-com…
Xəritəni göstər/gizlə
Voxçaberd xəritədə
Voxçaberd
Voxçaberd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Voxçaberd formasında qeyd edilir[3].

Toponim əvvəlinə «v» samiti sonradan artırılmışdır. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan qəzasının İrəvan nahiyyəsində Oxçaberd kəndi olduğu göstərilir[4].

Oxçubert, kəndin ilkin və qədim adıdır[3][5].

Toponim «Kitabi-Dədə Qorqud»da adı çəkilən Ənsə Qoca oğlu Oxçu əsasında yaranan oxçu türk etnoniminə türk dilində «çətin keçilən yer, əl çatmaz yer» mənasında işlənən bert (> berd) sözünün[6][7] qoşulması ilə əmələ gəlmişdir. «Oxçu tayfasına məxsus yaşayış yeri» mənasını bildirir.

Bert sözü urartu dilində «şəhər» mənasında patar formasında işlənmişdir[8]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

redaktə

Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 180 nəfər, 1886-cı ildə 1'43 nəfər, 1897-ci ildə 171 nəfər, 1904 - cü ildə 156 nəfər, 1914 - cü ildə 298 nəfər[9], 1918-ci ilin yanvarında 493 nəfər[10] azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş[10], kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 38 nəfər 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır[9].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə deportasiya olunaraq zorla Azərbaycana köçürülümüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46
  4. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.159
  5. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.53, 197
  6. ↑ Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
  7. ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.83
  8. ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.81
  9. ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127
  10. ↑ 1 2 История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216

Xarici keçidlər

redaktə
  Vikianbarda Voxçaberd ilə əlaqəli mediafayllar var.
  • Voxçaberd GEOnet Names Server-də.
  • Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Voxçaberd&oldid=7204709"
LOVE.AZ