![]() |
---|
Hər kəsəs salam. Bu gün idarəçilər arasında video konfrans şəkilində görüşümüz baş tutdu. Təssüf ki, bütün idarəçilər iştirak edə bilmədi. Ümid edirəm ki, növbəti görüşlərdə hər kəs iştirak edəcək. Məlumdur ki, son vaxtlar hamının vikipediyaya ayıracaq vaxtı çox olduğu üçün düşündük ki, azərbaycanca vikipediyada mövcud olan problemlərin aradan qaldırılması üçün çalışaq. Bir sıra mövzular haqqında müzakirələr apardıq. Bunlar arasında laboratoriya, Silinməyə namizəd səhifələr, Səhifə silmə kriteriyaları qaydaları, Logo üzərinə #evdəqal həştəqinin əlavə olunması :), Ensiklopedik əhəmiyyətlilik qaydaları və s. mövzularda geniş müzakirələr apardıq və iki mövzunun həlli üçün əsaslı addımlar atmağı qərara aldıq. Hər iki mövzu haqqında aşağıda fərqli alt başlıqlarda məlumat verəcəyəm.
Məqalələrə statusların verilməsi prosesini köklü olaraq dəyişməyi düşünürük. İlk olaraq qeyd edim ki, iki hissədən ibarət olan səsvermə prosesini ləğv edib bir hissədən ibarət olan minimum 15 günlük müzakirə müzakirə müddəti təyin olunacaq. Məqalələrin müzakirəyə qəbul olunmasını və yekunlaşdırılmasını bu işdə könüllü olan 3 idarəçi (bürokrat da ola bilər) həyata keçirəcək. Bu 3 idarəçi özü könüllü olaraq bu işi öz öhdəsinə götürmək üçün müraciət edə və ya imtina edə bilər. Misal üçün istifadəçi hazırladığı məqalənin seçilmiş məqalə, yaxşı məqalə və ya seçilmiş siyahı olaraq üç statusdan birini seçərək müraciət edəcək. Bu işə baxan 3 idarəçi məqaləni yoxlayıb müzakirə müddətini başladacaq. Daha sonra bu müzakirəyə əsasən yekun qərarı da həmin bu üç idarəçi yerinə yetirəcək. Yekunlaşdırmaya etirazı olanlar isə etirazlarını İdarəçilərə müraciət səhifəsindən bürokratlara ünvanlaya bilərlər. Hər birinizi bu yeniliklər bağlı müzakirəyə dəvət edirəm.
PS: Bu işdə könüllü olmaq istəyən və davamlı olaraq laba nəzarət edə bilrəcək idarəçilər də bununla bağlı burada yaza bilərlər.
Salam. İki hissədən ibarət olan səsvermə prosesinin ləğvini düzgün hesab edirəm. Lakin bəzi məqamlar müəmmalı qaldı. 1) Ümumilikdə laboratoriya prosesini 3 idarəçinin ixtiyarına buraxılması, digər 12 idarəçinin hüquqlarına nə dərəcədə təsir edəcək ? 2) Könüllü olmağa hazır olan idarəçilər bunu konkret 3 idarəçi qaydası qəbul olunmadan da edə bilməzlərmi ? Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 18:53, 28 mart 2020 (UTC)Cavabla
Şərh: Mənim fikrimcə isə bu 3 idarəçidən biri əgər özü də razı olarsa Nicat49 olsun. Hər dəfə laba daxil olan məqalələri diqqətlə yoxladığından hamımız əminik. — eldarado ✉ 20:00, 28 mart 2020 (UTC)Cavabla
Göstərdiyiniz etimada görə minnətdaram. Lakin qəbul olunma və yekunlaşdırma işini görəcək 3 şəxs, bunu 12 digər idarəçidən bu hüquq alınmasa da edə bilər. Niyə mütləq digər idarəçilərdən bu hüquq alınmalıdır ki ? Etmək istəyən etsin. Eyni zamanda düşünürəm ki, bu müzakirənin "laboratoriya" hissəsi idarəçilərə aid olduğundan, bu hissənin səsverməsi İdarəçi müzakirəsi səhifəsinə köçürülsün. :Eldarado mən sadəcə qeyd etmişdim ki, laboratoriyaya məqalə əlavə edərkən daha diqqətli olmalıyıq, həmçinin səsverməni yekunlaşdırarkən tərəfli səslər ləğv olunsun. Bu günə qədər heç bir yekunlaşdırmadan narazılığım olmayıb. Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 23:15, 28 mart 2020 (UTC)Cavabla
Digər mövzu isə ensiklopedik əhəmiyyətlilik qaydalarıdır ki, uzun zamandır müzakirə edirik və artıq qaydaları qüvvəyə mindirməyi düşünürük. İlk olaraq Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) qaydasından başlamağı qərara aldıq. İlkin olaraq müzakirə müddəti olacaq. Qaydalara hər hansısa əlavələriniz və ya dəyişiklik təklifləriniz varsa burada açılan müzakirəyə fikirlərinizi bildirə bilərsiniz. Daha sonra isə qaydanın qəbulu üçün əsas səsvermə müddəti başladılacaq. Hörmətlə — eldarado ✉ 17:21, 28 mart 2020 (UTC)Cavabla
Bitərəf: Ensiklopedik əhəmiyyətlilik qaydaları bütün başlıqlar üzrə hazırlanmalı və Azərbaycan üçün xüsusi standartlar qəbul olunmalıdır. Hesab edirəm ki, bu qaydaların hazırlanması ilə vikipediyaçılar yox, yazı-pozu işini daha yaxşı bilən elm xadimləri, jurnalistlər və yaxud dövlətin mühüm qaydalarının hazırlanmasında iştirak edən mütəxəssislər iştirak etməlidir. Bir sözlə, onlar qaydaları hazırlayıb bizə təqdim etməli və biz də, öz növbəmizdə onları səs qoyub rəsmi qaydalar kimi qəbul etməliyik. 16 yaşında bir şəxsin hazırlamış olduğu qaydanı rəsmi prinsip kimi istifadə etmək peşəkar davranış olmaz. — Baskervill (müzakirə) 05:36, 30 mart 2020 (UTC)Cavabla
Salamlar. İnzibati vahid şablonunda gerb,bayraq parametri düzgün işləmir. Şəkili əlavə etsək belə görünmür, və ya vikidata da verilsə belə, avtomatik olaraq doldurulmur. Bunun səbəbi nədir? --Ayxan İsmayılov (müzakirə) 06:58, 3 aprel 2020 (UTC)Cavabla
Salam. Mən də elə onu yazacaqdım. Çox sayda məqalənin bu problemi var. — Мурад 97 (müzakirə) 10:48, 5 aprel 2020 (UTC)Cavabla
Salam. Bu məqalə natamamdır. Qətliam hissəsi tam yazılıb, ancaq qiyam hissəsi boş saxlanılıb. Bu neytrallığın pozulması demək deyil?— Abutalub (müzakirə) 19:26, 7 aprel 2020 (UTC)Cavabla
Salam. Həvəsli yoldaşlar varsa, Cənnət Əliyevin məqaləsini yaxşı işləmək olar. Şəxsin acınacaqlı həyatı yəqin ki, hamıya məlumdur. Status da ala bilər. Haqqında əla mənbələr var. Məndə 4 qəzet var, iksi elmi üslubdadı, iksi bədii. Xüsusilə bəstəkarlıq və dini-psixoloji karyerası barədə məlumat çoxdur. Hazırda başqa böyük məqalə üzərində işlədiyim üçün vaxt ayıra bilmirəm. Kömək edən olsa, bir yerdə işləyib yaxşı vəziyyətə gətirə bilərik. Lazımlı mənbələri mən göndərərəm. Status alması üçün laboratoriyaya da verilər. İstəyən olarsa, yazsın plan tutub genişləndirək. Hörmətlə.—Maqamedd (müzakirə) 14:39, 8 aprel 2020 (UTC)Cavabla
Read this in another language • Subscription list for this multilingual newsletter
The Editing team has been working on the talk pages project. The goal of the talk pages project is to help contributors communicate on wiki more easily. This project is the result of the Talk pages consultation 2019.
The team is building a new tool for replying to comments now. This early version can sign and indent comments automatically. Please test the new Reply tool.
To hear more about Editing Team updates, please add your name to the "Get involved" section of the project page. You can also watch these pages: the main project page, Updates, Replying, and User testing.
– PPelberg (WMF) (talk) & Whatamidoing (WMF) (talk)
19:24, 8 aprel 2020 (UTC)
Məncə, gələcək ayların mövzularının seçimi bu qrafikin əsasında eləməliyik. Boşluqları doldurmalıyıq. Məsələn, gördüyünüz kimi, 2020-ci il üçün son dərəcədə cəlbedici olan səhiyyə mövzusu AzVikidə az inkişaf etmişdir. Bundan sonra isə, qida, cinayət və qanun, din və s. ağ rəngdə olan mövzuları ilə bağlı aylar keçirməliyik. Hazırda isə mövzular tamamilə təsadüfi və mövcud olan boşluqları nəzərə almıyaraq seçilir. Araşdırmanın tan mətnini burda tapa bilərsiniz. — Мурад 97 (müzakirə) 20:16, 9 aprel 2020 (UTC)Cavabla
Salamlar. Yol şablonunun vikianbar hissəsi düzgün işləmir. Nümunə olaraq elə I-57, D1 məqalələrinə baxa bilərsiniz. --Ayxan İsmayılov (müzakirə) 07:24, 12 aprel 2020 (UTC)Cavabla
(I apologize for posting in English ): Dear colleagues, We are organizing a project called WPWP that focus on the use of images collected as part of various contest and photowalks on Wikipedia articles across all languages and our team needs your help with translations into the language of this community. Here is the translation link: https://meta.wikimedia.org/wiki/?q=Special:Translate&group=page-Wikipedia+Pages+Wanting+Photos&language=en&action=page&filter= I am sorry if I post in the won't venue. Thanks in anticipation. T Cells (müzakirə) 17:11, 13 aprel 2020 (UTC)Cavabla
Salam. Yəqin ki, bir çoxunuz bu kitabı görüb. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə 18 mart 2016-cı il tarixində nəşr olunub. İçində Azərbaycan dilinə yeni əlavə olunmuş sözlər və terminlər vardır. Bunu buraya əlavə etməyimdə birinci səbəb odur ki, dəyərli Vikipediya üzvlərimiz bundan yararlı bir şəkildə istifadə etsin. İkinci səbəb də odur ki, bu kitabla bağlı bir sualım var. Kitaba nəzər salsanız, bəzi sözlərin artıq Azərbaycan dilində qarşılığını olduğunu və bizim onları xarici dildəki kimi istifadə etmək məcburiyyətində olmadığımızı görəcəksiniz. Mən sizin üçün bəzi çox işlənən sözləri seçib siyahı halına gətirdim.
|
|
Təbii ki, bunlar kimi minlərlə (təqribən 2.000) söz var. Sualım o idi ki, biz bunları nəzərə alaraq Azərbaycanca Vikipediyada olan məqalələrdə kütləvi dəyişikliklər etməliyik, ya yox? — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 15:09, 25 aprel 2020 (UTC)Cavabla
Hörmətli Həmkarlar,
İxtisasca iqtisadçı olduğum üçün iqtisadi şəxsiyyətlərin məqalələrini zənginləşdirərək milli dildə mənbə qıtlığının aradan qaldırılmasına öz töhfəmi vermək arzusundayam. Bu baxımdan, Riçard Stoun məqaləsini redaktə etməyə başlayanda, sözügedən şəxsin rəsmi titulu olan "Sir" ünvanının Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun şəkildə yazılış forması barədə tərəddüdə qapıldım və hələlik redaktəni təxirə saldım. Qeyd etdiyim mövzuda məlumatlı yoldaşların fikir bildirməklərini təvəqqe edirəm. — Burocan (müzakirə) 11:16, 30 aprel 2020 (UTC)Cavabla
Hello,
@ en:Talk:Aurat (disambiguation)#Requested_move_11_May_2020 is taking place about article relating to women of mainly of Asian origin. In Past 2 days only two opinions are received and more opinions will be preferable. Thanks for your opinion and participation in discussion.
Salam. Şablonlarla işləməyi bacaran təcrübəli həmkarlarımdan biri "Film" şablonuna baxa bilər, zəhmət olmasa? İkinci şəkili (şəkil2
) əlavə etməyə çalışıram, işləmir. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 13:25, 17 may 2020 (UTC)Cavabla