![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Səsvermə 06 yanvar 2011 - 20 yanvar 2011 tarixləri arasında keçirilir
Hörmətli Vago. Sizin bu addımınızın demokratik dəyərlərə söykəndiyinə şübhə etməsəm də, bunun indiki zamanda düzgün atılmış addım olduğuna şübhə edirəm. Onsuz da Səsvermə prinsiplərinin ikinci bəndinə əsasən, hansısa idarəçinin etimadsızlıq almayacağı aydındır. Çünki, mən burada 3/2 çoxluqla etimadsızlıq alacaq idarəçi tanımıram. Lütfən bu səsverməni dayandırın. Hörmətlə, --N KOzi 11:53, 6 yanvar 2011 (UTC)
Birinci səsvermənin nəticələri göz görə-görə faktlar ortada ola-ola saxtalaşdırılırsa növbəti teatr kimə lazımdır? Səs verildi verilmədi nə dəyişir? Bəlkə fikirləri belə absurd proseslərə cəlb edənə qədər azvikidə məqalələr yaradılsın və şablon formasında olan məqalələrimiz normal hala gətirilsin.--E-citizen 12:16, 6 yanvar 2011 (UTC)
Birinci səsvermənin nəticələrinin saxtalaşdırılmasından qətiyyən söhbət gedə bilməz! Vagodansa bu səsverməni dayandırmasını tələb edirəm. --Cek Li Taran 12:19, 6 yanvar 2011 (UTC)
Hörmətli Vago, Sizin Azvikiyə faydalarınıza şübhə edən istifadəçi tapılmayacağına əminəm. Həmkarım Ceklinin təklifinə qatılıram. Dərin hörmətlə, --N KOzi 12:22, 6 yanvar 2011 (UTC)
İndidən qanım qaraldı. Səsverməni dayandırmaq üçün burada yazılanları şərh qarışıq silməyimi tövsiyə edirsiniz, yoxsa şərhləri saxlayım?--Vago 12:30, 6 yanvar 2011 (UTC)
Siz necə düzgün bilirsinizsə, elə edin. Amma səsverməni dayandırın. --N KOzi 12:31, 6 yanvar 2011 (UTC)
Xeyr, şərhləri silmə. Bu nümunədən istifadə et. --Cek Li Taran 12:32, 6 yanvar 2011 (UTC)
Yekun nəticə:
Səsvermə 24 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilir
Son 1 ildə bizim vikidəki prosesləri ölçüb-biçib, vurub-çıxandan sonra qəti belə qərara gəlmişəm ki, bizə elə Mehrdad kimi idarəçi lazımdır. Ona görə bu səhifədə düz 1 il qabaq verdiyim səsə xilaf çıxıb "Əleyhinə" ("Qarşı") səs verirəm. Yeni idarəçi seçimimiz (statusun təsdiqi) mübarək olsun:) Hörmətlə: --Sortilegus 22:24, 23 dekabr 2010 (UTC)
"Mehrdadın idarəçi (+bürokrat) statusunun ləğvi ilə bağlı səsvermə". Məsələnin qoyuluşunda nöqsan var. Sizə elə gəlmirmi ki, buradan belə başa düşülür ki "Qarşı olanlar" hissəsində səs verənlər "Mehrdaddın idarəçi (+bürokrat) statusunun ləğvinə qarşıdır?! --Vago 07:57, 24 dekabr 2010 (UTC)
Bəli. "Qarşı" səs verənlər statusun saxlanmasına səs verirlər. "Dəstək" statusun alınması. --Sortilegus 10:10, 24 dekabr 2010 (UTC)
Əziz Sortilegus. Ümumiyyətlə mən bu səsvermənin də dayandırılmasının tərəfdarıyam. Yaxşı olardı ki, səsvermə növbəti və yeni Vikipediya Prinsiplərinin qəbulu ilə bağlı olsun. Məsələn belə:
İdarəçilərin qeyd və təkliflərini nəzərə alıb səsverməni dayandırıram. --Sortilegus 11:51, 24 dekabr 2010 (UTC)
Yekun nəticə:
Səsvermə 24 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilir
İradə xanımla mən də razıyam. Ümumiyyətlə bütün idarəçilərdən xahiş edirəm ki, mənim etimad səsverməmdən sonra analoji addımları atsınlar. Xahiş edirəm ki, gözləyin. Şəxsən mənim bütün idarəçilərimizə (fəaliyyətsizliyi səbəbindən Mehrdad istisna olmaqla) etimadım böyükdür. Hətta ən çox münaqişədə olduğum İradə xanıma qarşı da deyiləm. İstənilən halda beşinizi də dəstəkləyirəm. Və nəticə olaraq Sizlərə öz təşəbbüsümlə başlatdığım etimad səsverməsinin başa çatmasını tövsiyyə edirəm. Mən əminəm ki, Sizlərə göstərilən etimad mənə göstərilən etimaddan daha yüksək olacaq. Ona görə də nəticəni gözləyin. Əgər yekunda mən idarəçi statusundan məhrum olaramsa, o zaman istəsəniz öz təşəbbüsünüzlə etimad səsverməsi keçirə bilərsiniz. Amma yaxşı düşünün. Heç kim Sizi etimad səsverməsinə getməyə məcbur etmir. Yalnız öz təşəbbüsünüz buna yetər. Əziz Sortilegus səsverməni dayandırın. Hamınıza uğurlar! --Cekli829 12:31, 24 dekabr 2010 (Cek vaxtı ilə)
Fikirlərinizə görə təşəkkür edirəm.--Sortilegus 10:12, 24 dekabr 2010 (UTC)
Etimad səsverməsi keçirib, istifadəçilərin onun haqqında nə düşündüklərini bilmək çox yaxşıdır. Amma səhv etdiyini də etiraf etmək pis olmazdı. "ən çox münaqişədə olduğum" ifadəsində də səhv var. Mən ən çox Wertuose və Sortilegus ilə mübahisədə oluram. Bu isə təbiidir. Vikipediya kimi açıq ensiklopediyanı mübahisəsiz təsəvvür etmək olmur. Şəxsən mən də bütün idarəçiləri dəstəkləməyə hazıram. Lakin elə xətalar var ki, onalra göz yuma bilmərəm. Ola bilsin ki, gələcəkdə mən idarəçi olmayacam. Hətta vikidən getsəm belə istəmirəm ki, başqalarında Azvikinin idarəçiləri haqqında mənfi rəy yaransın. Qalan fikirlərinizlə razıyam. --Irada 10:26, 24 dekabr 2010 (UTC)
İdarəçilərin qeyd və təkliflərini nəzərə alıb səsverməni dayandırıram. --Sortilegus 11:51, 24 dekabr 2010 (UTC)
Yekun nəticə:
Səsvermə 2 iyun 2010 - 9 iyun 2010 tarixləri arasında keçirilir
Çox dəyər verdiyim və mənə çox yardımlar etmiş bu həmkarımın idarəçi olması məni sevindirərdi.--sefer azeri 21:25, 2 İyun 2010 (UTC)
İdarəçilərin sayının artırılmasına çox ehtiyac var. Sözün düzü hər iki istifadəçinin fəaliyyəti ilə indi tanış oldum. Uğur olsun!
--Vüsal Ağayev 05:05, 3 İyun 2010 (UTC)
Cənab Arif Nəcəfovdan 3 xahişim var. Əslində bunlar bütün istifadəçilər üçün əsas şərtlərdir: digər vikilərdəki təcrübəyə əsaslanmaq, ensiklopediya stilinə sadiq qalmaq və Azərbaycan dilinin qaydalarına riayət etmək. Bunlar digər istifadəçilərlə problem yaşanmamasına zəmanət verən şərtlərdir. Wertuose 04:43, 9 İyun 2010 (UTC)
Səsvermə 2-9 iyun 2010 tarixində keçirilmişdir. Səsvermədə 18 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Səsvermənin nəticəsinə görə MrArifnajafov Azərbaycan Vikipediyasının idarəçisi seçilmişdir.
Səsvermə 2 iyun 2010 - 9 iyun 2010 tarixləri arasında keçirilir
Vagodan tək bir xahiş budur ki, əgər seçilərsə, dini məsələlərdə mütləq tərəfsiz olmağa çalışsın, Vikipediya səhifələrində sünni-şiə məsələsində heç vaxt bir tərəfə üstünlük verməsin--Melikov Memmed 19:03, 2 İyun 2010 (UTC)
Məndə bu (sünni-şiə məsələsində tərəfsizlik) Tövsiyyə qoşuluram--Axan.bulut 07:13, 5 İyun 2010 (UTC)
Yeni idarəçilərdən, seçildikləri təqdirdə, xahişim o olardı ki, inzibati işlərdən daha çox yeni prinsiplərin və proseduraların işlənib hazırlanması işinə fikir versinlər. Digər işlər də vacibdir amma sağ olsunlar hazırki idarəçilər bu işlərin öhdəsindən yaxşı gəlirlər, əsas ehtiyac mən hal-hazırda bu sahələrə görürəm. Təşəkkürlər. --TimBitsتِمبِتس 04:41, 6 İyun 2010 (UTC)
Yuxarıdakı xahişlərə mən də qoşuluram və əlavə etmək istəyirəm ki, ensiklopediyada din mövzusunda yazan şəxs mənim fikrimcə ən azından deizm mövqeyindən çıxış etməlidir ki, bitərəfliyini qoruya bilsin və emosiyalara qapılmadan işləsin. Vago-nun idarəçi seçildikdən sonra özündə daha çox məsuliyyət hiss edəcəyini düşünürəm və bu sahədə hər hansı bir problem olmayacağı fikrindəyəm. --Wertuose 04:43, 9 İyun 2010 (UTC)
Hər iki istifadəçinin idarəçi seçilməyinə etiraz etmirəm. Lakin bir məsələni qeyd etmək istəyirəm. Yaxşı olar ki, idarəçi olanlar və namizədlər yaratdıqları məqalə adlarında məqalələrin tərkibini də genişləndirsinlər. Qoy az vikidə kəmiyyət deyil keyfiyyət öndə olsun. Hamıya uğurlar. Hörmətlə--E-citizen 08:10, 9 İyun 2010 (UTC)
Səsvermə 2-9 iyun 2010 tarixində keçirilmişdir. Səsvermədə 18 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Səsvermənin nəticəsinə görə Vago Azərbaycan Vikipediyasının idarəçisi seçilmişdir.
AzVikinin idarəçisi Mehrdad (müzakirə • töhfələr • statistikalar) son 1 il 5 ayda fəaliyyət göstərmədiyinə və idarəçi vəzifələrini yerinə yetirmədiyinə görə bu status Vikicəmiyyət tərəfindən ondan alınsın.
Səsvermə 22 dekabr 2009 - 3 yanvar 2010 tarixləri arasında keçirilir
Bu istisna haldır. Düzdür bir dəfə də sənin özünün təşəbbüsün ilə 3 qeyri-aktiv idarəçidən statusun alınması ilə bağlı səsvermə keçirilib.[1] Amma bundan sonra idarəçi statusu ilə bağlı prinsipə belə bir bənd əlavə etmək lazımdır ki, məsələn, idarəçi (həm də bürokrat) 1 il ərzində 1000 redaktə etməyibsə onun statusunun alınması ilə bağlı stürardlara müraciət olunur. Sadəcə prinsipin bu bəndinə istinad edilir vəssalam. Əlavə səsvermə, müzakirəyə ehtiyac olmur. Hələliksə səsvermə keçirməkdən başqa çıxış yolumuz yoxdur. Hörmətlə:--Sortilegus 19:20, 24 dekabr 2009 (UTC)
Hörmətlə, Vago 11:33, 26 dekabr 2009 (UTC)
Şərhlərə görə təşəkkürlər. Burda şərh yazan hər bir istifadəçimiz AzVikinin inkişafı üçün, Azərbaycanın digər vikilərdə təbliği üçün çox işlər görüblər. Amma xahiş edirəm mövzudan kənara çıxmayın. İstifadəçi müzakirəsi səhifəsində və ya Kənd meydanında müzakirə edə biləcəyiniz məsələləri bura yazmayın. Sırf səsvermə və ya statusunun alınması səsverməyə çıxarılan idarəçi barədə şərhlər yaza bilərsiz. Buranı bir-birimizlə söz güləşdirmə meydanına çevirməyək. Əks təqdirdə mən öz səlahiyyətlərimdən istifadə edib disskusiyanı Kənd Meydanına köçürməli olacam. Hörmətlə:--Sortilegus 20:42, 26 dekabr 2009 (UTC)
Səsvermə 22 dekabr 2009 - 3 yanvar 2010 tarixində keçirilmişdir. Səsvermədə 15 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Səsvermənin nəticəsində Mehrdadın idarəçi statusunun saxlanılması qərara alınmışdır.
Səsvermə 22 dekabr 2009 - 3 yanvar 2010 tarixləri arasında keçirilir
Təklif maraqlı təklifdir. Gələcəkdə idarəçi statusu ilə bağlı prinsip təkmilləşdiriləndə bunları nəzərə almaq lazımdır.Hörmətlə:--Sortilegus 19:20, 24 dekabr 2009 (UTC)
Menim Cekli829'a 3 sualim var:
Hormetle, Gülməmməd | Danış 23:08, 24 dekabr 2009 (UTC)
Hörmətlə, Vago 11:14, 26 dekabr 2009 (UTC)
Mən bu cür sual cavabın aparılmasında elə bir problem görmürəm. Onu da nəzərə alsaq ki, gələcək idarəçi seçkilərimiz çox böyük ehtimalla məhz bu formada keçiriləcək, bunu bir məşq kimi də dəyərləndirmək olar. Digər tərəfdən namizəd bu formada suallara cavab verməklə onun əleyhinə və ya əksinə səs vermiş istifadəçiləri seçkinin sonuna qədər fikrindən daşınmasına da səbəb ola bilər. Cekliyə gəldikdə isə onun fəaliyyəti göz qabağındadır və səsvermənin bu günə olan nəticələri onu göstərir ki, fəal istifadəçilərimizin demək olar ki, hamısı onun idarəçi seçilməsini dəstəkləyir. Səsvermə isə davam edir. Hörmətlə:--Sortilegus 14:10, 26 dekabr 2009 (UTC)
Şərhlərə görə təşəkkürlər. Burda şərh yazan hər bir istifadəçimiz AzVikinin inkişafı üçün, Azərbaycanın digər vikilərdə təbliği üçün çox işlər görüblər. Amma xahiş edirəm mövzudan kənara çıxmayın. İstifadəçi müzakirəsi səhifəsində və ya Kənd meydanında müzakirə edə biləcəyiniz məsələləri bura yazmayın. Sırf idarəçi seçkisi və idarəçiliyə namizəd barədə şərhlər yaza bilərsiz, suallar verə bilərsiz. Buranı bir-birimizlə söz güləşdirmə meydanına çevirməyək. Əks təqdirdə mən öz səlahiyyətlərimdən istifadə edib disskusiyanı Kənd Meydanına köçürməli olacam. Hörmətlə:--Sortilegus 20:42, 26 dekabr 2009 (UTC)
Səsvermə 22 dekabr 2009 - 3 yanvar 2010 tarixində keçirilmişdir. Səsvermədə 14 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Səsvermənin nəticəsinə görə Cekli829 Azərbaycan Vikipediyasının idarəçisi seçilmişdir.
Səsvermə 8-22 sentyabr 2009-cu il tarixləri arasında keçirilir
Səsvermə 8 sentyabr 2009 - 22 sentyabr 2009 tarixində keçirilmişdir. Səsvermədə 16 istifadəçi iştirak etmişdir. Onlardan 2-sinin səsi səsvermə tələblərinə cavab vermədiyinə görə etibarsız sayılmışdır.
Yekun nəticə
Səsvermənin nəticələrinə görə Wertuose Azərbaycan Vikipediyasının idarəçisi seçilmişdir.
AZ Vikipediyada təzəlikcə yeni idarəçilərə ehtiyac görünür. Bunu nəzərə alaraq bu namizədlərin idarəçi statusu ilə bağlı səsvermə başlanılır. Səsvermə 2 həftə muddətində aparılacaq və İyulun 26-cı günü yekunlaşacaq. Səsvermə hüqüqü olan bütün istifadəçilərdən bu haqda rəylərini bildirmələri xahiş olunur.
Bu səsvermə möhləti bu gün başa çatdı. Səsvermənin nəticəsində Sortilegus və İrada Az. Vikipediya İdarəçi vəzifəsinə səs gətirdilər.
Səsvermənin nəticəsinə görə təklif qəbul olunmamışdur, buna baxmayaraq Uannisin yenidən 3 dəfə namizədliyini irəli sürə bilmə imkanı vardır.--A_M_D m-f 16:06, 18 May 2007 (UTC)
Azerbaycan vikipediyasına geldiğimde durumunun çoxta iyi olmadığını gördüm çok eksiği vardı.ben elimden geldiği kadar eksikleri gidermeye çalıştım.fakat idareci yetkim olursa çox daha gözel işler yapabileceğime inanıyorum.örneğin anasahifaya günün resmi koymak, ayda bir değişen ana sayfa resimlerini haftada bir değiştirmekvb. ayrıca madde silme yetkim olursa gerekli kriterleri sağlamayan maddeleri silebileceğim için azerbaycan vikisinin daha kaliteli olacağına inanıyorum.--Uannis 14:00, 5 May 2007 (UTC)
Yeni istifadəçilər səs verə bilməz!
Atatürke küfür eden birine hakaret ettim Oligarşi yüzünden kovulan Etrüskü savunduğum içn bunlar suçsa suçluyum sende olkigarşiyi yapanlardan birisin ve ben tr vikiden oligarşi yüzünden ayrıldım .şimdi beni azeri vikisinde buldunm.lütfen çıkın artık hayatımdan.--UanniS 09:49, 7 May 2007 (UTC)
"Koltuğunuz sallandığı için mi" ifadesi hiç hoş değil, lütfen ifadelerinize dikkat edin, burada koltuk mücadelesi vermiyoruz. Size şahsi açıklama yapma zorunluluğum yoktur, lütfen tahrik edici şekilde ifadelerde bulunmayınız. --Alperen 20:16, 13 May 2007 (UTC)
Salam! Hamınıza xoş günlər arzulayıram.
Qəbul etdiyimiz qanuna əsasən burada səsverənlərin əksərinin səsvermə hüquq olmadığı üçün bu səsvermə baş tutmamış sayımalıdır.--A_M_D m-f 06:59, 17 May 2007 (UTC)
Beləliklə səsvermə baş tutmamış sayılmalıdır. Etirazı və ya təklifi olan?--A_M_D m-f 07:16, 17 May 2007 (UTC)
Men daha edaletli hellin bu seckinin olmamis hesab edilerek yeniden kecirilmesinde gorurem. Bele halda bu birinci secki hesab olunar. --TimBitsتِمبِتس 19:45, 17 May 2007 (UTC)
Qeydiyyatdan yalnız səsvermə üçün keçmisiniz. Səbəb bu. Həmdə yeni istifadəçilər səs verə bilməzlər--A_M_D m-f 17:36, 7 May 2007 (UTC)
Bir neçə faktı nəzərə çatdırmaq istəyirəm:
Lütfən bunları təzyiq kimi başa düşməyin. Mən neytralam, sadəcə bu faktları bildirmək istədim.--A_M_D m-f 17:40, 7 May 2007 (UTC)
Yuxarida yazildigi kimi yeni istifadeciler ses vermede istirak ede bilmezler. Eslinde "yeni" dedikde ne nezerde tutuldugu tam aciq deyil. Menim fikrimce 3 ay ve mueyyen seviyyede fealiyyet. Qisa vaxt erzinde yuksek sayida ve keyfiyyetde redakte etmis istifadeciler istisna ola biler. Eslinde bu sertlerin aciq olaraq gosterildiyi bir prinsip isleyib hazirlamaq lazimdir. Elece de idareci namizedi olmaq ucun. --TimBitsتِمبِتس 18:16, 7 May 2007 (UTC)
Resmi elan olunmus prinsip yoxdur amma eger kend meydanindaki muzakire arxivine baxarsaniz bu barede basqa sesverme ucun alinmis ve yerine yetirilmis qerar var. Ona gore de hemin qerar presedent prinsipi ile indiki muzakireye aid edile biler. --TimBitsتِمبِتس 18:35, 8 May 2007 (UTC)
Haqli tenqiddir. Hormetli istifadecilerden komek ve layihe sehifelerinin hazirlanmasi isinde yardim xahis edirem. --TimBitsتِمبِتس 03:58, 10 May 2007 (UTC)
Burada beni destekleyen desteklemeyen herkese teşekkür etmek istiyorum.burada kendime olan güvenimi geri getirdiğiniz içün çox sağ olın Azerbaycanlı ve Türk kardeşlerimiz hepinizi tek tek öpüyor ve saygılarımı sunuyorum.hep birlikte daha iyiye--UanniS 17:54, 7 May 2007 (UTC)
Səsvermənin nəticəsinə görə təklif qəbul olunmuşdur--TimBitsتِمبِتس 05:08, 17 May 2007 (UTC)
Qeyri-aktiv idareciler haqqinda sesverme
Vikipediyada idareci statusuna malik istifadecilerden 2-si, Ugur Basak və Alperen uzun muddetdir vezifelerini yerine yetirmirler. Ugur Basak eskerlikde oldugu ucun qeyri-aktivdir. Eger layiheye qayidarsa ve idareci olmaq isterse yeniden namizedliyini ireli sure biler. Buna elave olaraq bu status Phoebeye vikipediyada elan yerlesdire bilmek ucun verilmisdir ve adi cekilen istifadeci bu layihede istirak etmir. Bunlari nezere alaraq bu istifadecilerin idareci statusunun alinmasi ile bagli sesverme basladilir. Sesverme 1 hefte muddetinde aparilacaq ve 17 may gunu yekunlasacaq. Sesverme huququ olan butun istifadecilerden bu haqda reylerini bildirmeleri xahis olunur.
Teşekkürler --Alperen 10:47, 12 May 2007 (UTC)
Sesveremeye burdan reyinzi bildirin. --TimBitsتِمبِتس 05:12, 10 May 2007 (UTC)