Səsvermə 8 avqust 2023-cü il – 23 avqust 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 23 avqust 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
salamlar, illərdir ki, vikipediyaya yeni istifadəçilər qazandırmaq, onları təkmilləşdirmək və istifadəçilər arasında sosiallaşmanı gücləndirmək, həmçinin vikipediyanı düzgün təqdim etmək kimi vikipediyanın problemləri olmuşdur. mən deyərdim ki, Aida xanım vikipediya prinsiplərini təbliğinə görə çox ön sıradadır. o, dəfələrlə yerli və beynəlxalq tədbirlərdə vikipediyamızı təmsil etmiş, bir sıra layihələrin həyata keçirilməsində əsas mövqedə olmuşdur. xanımın vikipediya qarşısında xidmətləri həqiqətən təqdirə layiqdir. istifadəçi təcrübəlidir və öz təcrübəsini demək olar ki, hər fürsətdə digər istifadəçilər ilə bölüşür. bu, vikipediyaya yeni istifadəçilər qazandırır. mən Aida xanımı inzibatçılığa layiq görürəm və ona etimad edirəm. Atakhanli (müzakirə) 15:55, 8 avqust 2023 (UTC)[cavabla]
Şərh: şübhələnmək qadağan deyil. Şübhəm olub ifadə etmişəm, irad tutmamışam. Səsverməyə gəlincə yuxarda deyildiyi kimi, həvəsdən düşməyin, fəaliyyətinizi artırın. Bu halda şübhəsiz lehinizə səs verən çox olar. O cümlədən də mən. İlk seçki həmişə ağır olur. İnşallah inzibatçı da olarsınız, hələ arzu edirəm ki, bürokrat, stüart seçkilərində də iştrak edəsiniz. Bir də əlavə edim. Xaiş edirəm əleyhinə səs verənlərin fikrinə hər dəfə münasibət bildirib, onların üzərinə əlavə təzyiq yaratmayın. Əleyhinə səs verməyimin əsas səbəblərindən biri də bu olub. Xüsusəndə əlavə şəxsi qoşmaqla. Bu xoş hal deyil. Şəxs açıq aşkar burda sizin lobiçiliklə məşğul olur. Demək olar ki, hər kəsə cavab verir. Yənə təkrar edirəm, belə seçki olmur. Uğurlar, bununla da məsələyə nöqtə qoyuram. Hörmətlə - — Tarixi Nadir (müzakirə) 05:50, 23 avqust 2023 (UTC)[cavabla]
Yekun nəticə:
N Səsvermənin nəticələri inzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq A.Aida88 (müzakirə • töhfələr • statistikalar)-ə latın qrafikalı Azərbaycan dilində olan Vikipediyanın inzibatçısı hüququnun verilməsindən imtina edilmişdir. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:01, 23 avqust 2023 (UTC)[cavabla]
Səsvermə 9 avqust 2023-cü il – 24 avqust 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 24 avqust 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
Salam! Əslində burada səsvermə keçirildiyini bilmirdim, xoş təsadüf oldu. NMW03 Azərbaycanca Vikipediyanın təcrübəli istifadəçilərindəndir, həmçinin inzibatçı kimi də uzun müddət töhfələri olub və əməli təcrübəyə malikdir. Sadəcə hərbi xidmətə getdiyi üçün imtina etmişdi. Düşünürəm ki, onun seçilməsi Azərbaycanca Vikipediya və əsas da inzibatçıların yükünün azaldılması cəhətindən müsbət olacaq. İstifadəçi redaktor kimi də hazırda aktivdir. Niyə də yox?— Turkmen müzakirə 20:12, 9 avqust 2023 (UTC)[cavabla]
Baskervill, təşəkkürlər. Əvvəlki səsvermədə inzibatçılıq üçün həvəsim yox idi və digər işlərlə məşğul olmaq istəyirdim. (orda qeyd etmişəm nələrlə). Amma axırıncı düşərgədə az qala hamı "namizədliyini ver" dediyi üçün türklər demiş kırmak istemedim.— NMW03 (müzakirə) 20:57, 9 avqust 2023 (UTC)[cavabla]
Şərh: Mənim yazdıqlarım mizah və yumordur. Başqa motivlər axtarmağa ehtiyac yoxdur. Bu səs vermədə iki istifadəçi qaranlıqdan danışıblar. Unudun bu qaranlıq söhbətləri, gülümsəyin cənablar, GÜLÜMSƏYİN . — Tarixi Nadir (müzakirə) 05:36, 23 avqust 2023 (UTC)[cavabla]
Şərh: Sakitləşin xanım. Mən sizi nəzərdə tutmamışdım. Siz xanımsınız cənab yox. Mən nöqtə qoyub söhbəti burda da bitirirəm. Yənə də deyirəm bu yumordur. Başqa motivlər axtarmayın. Nə sizə, nə də başqa istifadəçilərə qarşı mənim pis niyyətim yoxdur və olmayacaq. Ensiklopediya olan da nə olar ki, gəlin bir az güləriz və mehriban olaq. Hörmətlə — Tarixi Nadir (müzakirə) 07:47, 23 avqust 2023 (UTC)[cavabla]
Yekun nəticə:
Y Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq NMW03 (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusu verilmişdir.— Turkmen müzakirə 20:27, 24 avqust 2023 (UTC)[cavabla]
Ümumi qruplar |
|
---|---|
İnzibati qruplar |
|
Digər qruplar |
|