Bu, Qondarma Dağlıq Qarabağ Respublikası məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
![]() |
Bu məqalə tez-tez yaşanan hərəkətli mübahisələrin mənbəyidir.
Xahiş edirik, burada münasibət bildirərkən sakit olmağa çalışın. |
Salam hörmətli vikicəmiyyət, Azərbaycan cəmiyyəti üçün həssas bir mövzu olduğu üçün hər birinizdən diqqətli olmağı rica edirəm. Bildiyiniz kimi bir müddət əvvəl erməni istifadəçinin metaya müraciəti əsasında Qondarma Erməni soyqırımı məqaləsinin adı dəyişildi. Lakin Azərbaycan xəritəsinin ermənicə vikidəki yanlış əksi ilə bağlı müraciətimizdə isə bizə erməni vikicəmiyyətinin ümumi razılığı olduğu üçün dəyişə bilmərik dedilər. Biz də öz vikipediyamızdakı qərarları özümüz təyin etməliyik və bu zaman stüardar bizim viki cəmiyyətin qərarı olduğü üçün məqalənin adını dəyişə bilməyəcklər. Təklif edirəm ki, məqalənin adı əvvəlki halına Qondarma Dağlıq Qarabağ Respublikası olaraq qaytarılsın. Bu məsələlərdə səssiz qalmağımız doğru deyil. Biz azviki istifadəçiləri olaraq öz sorunlarımızı özümüz həll eləmək gücünə sahibik. Hər biriniz aşağıdakı səsvermədə iştirak edə bilərsiniz. Hörmətlə --eldarado ✉ 11:02, 20 iyun 2019 (UTC)Cavabla Lehinə
Əleyhinə
Bitərəf
ŞərhlərHörmətli və dəyərli həkmarlar, Xahiş edirəm bu məsələyə Abxaziya və ya digər bu kimi mübahisəli məsələləri qatmayaq və burada da öz neytrallıq prispimizi qoruyaq. Nəzərə alaq ki, Abxaziya Respublikası statusunu bu günə qədər ancaq Rusiya və daha beş ölkə tanıyıb. Dağlıq Qarabağ respublikasını isə Ermənistan xaric, heç bir ölkə tanımır. Patriot Kor (müzakirə) 12:08, 20 iyun 2019 (UTC)Cavabla
Əgər qərar verərkən əsaslan, dayaq nöqtəsi kimi "de-fakto" olmağa söykənib "Dağlıq Qarabağ Respublikası" adı veriləcəksə, hətta xəritəsidir deyə, heç Qarabağdakı erməni rejiminin və Ermənistanın da vahid, yekdil bir planı olmadığı halda, aktiv propaqanda kimi istifadə edilən hal-hazırda məqaləyə ilişdirilmiş "xəritə" təqdim ediləcəksə, o zaman bu rejimin idarəsində olan bütün yaşayış məntəqələrinin adını da elə hal-hazırda orada yaşayan sakinlərinin adlandırdığı versiyaya çevirmək lazım gələcək. Deməyim odur ki, məsələn hal-hazırda, Ermənistanda Respublikasındakı ərazilər necə indiki ermənicə/rəsmi adlarıyla AZ-Vikidə verilib və məqalədə "filan ilə qədər adı filan cür idi" yazılıbsa, eyni bu şəkildə də gərək bu rejimin idarəsi altındakı inzibati vahidləri o rejimin buyurduğu kimi verək. O zaman Xankəndi şəhərinin adı dəyişməli olacaq. Belə ki, dünyada bu şəhərə başqa cür ad qoyublar, həmçinin rejimin özü də həmin məşhur addan istifadə edir. Xankəndi israrı sadəcə olaraq Azərbaycana və azərbaycanlılara aiddir və bizi bağlayır. Bunun kimi minlərlə kənd, qəsəbə, rayon, çay, dağ, təpə adları da gərək dəyişsin. Tutaq ki, elə dəyişdi, emosionallığı heç qatmadan, soyuqqanlı şəkildə fikirləşin qərar verək görək, onda yaxşımı olacaq? HulaguKaan (müzakirə) 18:24, 2 iyul 2019 (UTC)Cavabla YekunlaşdırmaY Qəbul edildi. Məqalənin adı Qondarma Dağlıq Qarabağ Respublikası olaraq dəyişdirildi. Hörmətlə --eldarado ✉ 12:26, 3 iyul 2019 (UTC)Cavabla |
Məqalədə yazılanların 99 faizi şəxsim tərəfindən yazılıb. Bir xeyli əziyyət çəkmişəm. Məlum mələsədir ki, bu məsələni işləmək və bitərəfliyi maksimum digər aspektlərlə birgə saxlamaq xeyli çətindir. Düzü mənə xoş gəlmir ki, məqalənin tarixçəsində mənim heç adım görünmür. Səhv eləmirəmsə, Solavirum məqaləni silmiş, sonra yenidən bərpa etmişdi. Araz Yaquboğlu, Eldarado, Rufet Turkmen Baskervill bu məsələni necə həll etmək olar ?
Digər məsələdə odur ki, məqaləyə şablon atılıb. Bilmirəm kimdi, hansı hissənin mənbəsi lazımdır ona ? O hissəyə istinadını əlavə edim. Hörmətlə, --Qızılbaş (müzakirə) 08:07, 12 dekabr 2019 (UTC)Cavabla
Sizin məqsədiniz nədir, Atakhanli? Zəhmət olmasa, qaydalara uyğun əsaslandırın. Dancewithdevil (müzakirə) 20:20, 1 oktyabr 2022 (UTC)Cavabla