Səsvermə 27 may – 11 iyun 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 11 iyun 2024-cü il saat 07:00-da səsvermə dayandırılır)
Müzakirə səhifəmdə də qeyd etdiyim kimi, inzibatçı olmaq barədə düşünməmişdim. Amma əgər icma məni inzibatçı kimi görmək istəyirsə və təbii ki, daha bir inzibatçıya ehtiyac varsa, etiraz etmərəm. İstənilən halda mövqeyimdə dəyişiklik olmayacaq. İnzibatçı kimi aşağıdakı sahələrdə fəaliyyətimi genişləndirməli olacam deyə düşünürəm:
Ola bilər ki, sadaladığım bəzi fəaliyyətləri inzibatçı olmadan da həyata keçirmək mümkündür. Seçilsəm də, seçilməsəm də, bu səsvermə Vikipediyadakı fəaliyyətimə sadəcə müsbət təsir edə bilər; namizədliyimi təqdim etməyiniz belə bunun üçün yetərlidir.
Səsvermədə iştirak edən və fikir bildirən hər kəsə təşəkkür edirəm! Təşəbbüs göstərdiyi üçün @Turkmenə ayrıca minnətdaram! Hörmətlə, — Firuza (müzakirə) 12:22, 28 may 2024 (UTC)[cavabla]
Yekun nəticə: Y Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Firuza (müzakirə • töhfələr • statistikalar)-ya latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusu verilmişdir — Toghrul R (m) 06:37, 11 iyun 2024 (UTC)[cavabla]
Ümumi qruplar |
|
---|---|
İnzibati qruplar |
|
Digər qruplar |
|