. Love.az

Xususi Daimikecid 7884282 - Wikipedia - Love.az

Ana Səhifə - Xususi Daimikecid 7884282
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.

Mətanət A — Azərbaycanda sement və gips əsaslı məhsulların istehsalı üzrə sənaye şirkətidir.

Mətanət A
Ümumi məlumatlar
Sənaye Sement və gips əsaslı məhsullar
Təsis tarixi 2000
Struktur
İşçi sayı ▲ 1000+
matanata.com

"Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuşdur. Şirkət əsas fəaliyyət sahəsi olan inşaat materialları istehsalında müstəqil brendlər və çeşidlərlə fəaliyyət göstərir. Əsas brendləri arasında "Mətanət A", "AĞDAĞ", "FasNatural", "ROKOL", "Qraniyap", "PARAKONTAKT", "İzolatex", "FasMazaik", "Parmaket", "Parmawood", "Azerlime", “INOVEX” və “AZVUL” və s. kimi çoxsaylı innovativ məhsullar yer alır.

“Mətanət A” şirkəti ticarət markası altında istehsal etdiyi məhsulları Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər xarici ölkələrə ixrac edir.

Şirkətin nizamnamə kapitalı 2 188 471 manatdır. 2023-cü ildə şirkətin adı "AS İnşaat” MMC ilə qalmaqalda hallanmışdır [1].

Mündəricat

  • 1 Layihələr
    • 1.1 Ağdağ Gips Zavodu
    • 1.2 Beton Qatqıları Zavodu
  • 2 Keyfiyyət və Texnologiya
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Layihələr

Ağdağ Gips Zavodu

2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu olan AĞDAĞ 2007-ci ilin əvvəllərində məhsul istehsalı ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin yanvarın 30-da Bakının Qaradağ rayonunda "Mətanət-A" şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak etmişdir [2].

Beton Qatqıları Zavodu

Beton Qatqıları Zavodu 2008-ci illərdə inşaat materialları sahəsində fəaliyyət göstərmək məqsədi ilə təsis olunmuşdur. Zavodun əsas fəaliyyət sahəsi beton qatqıları və bu sahədə təchizat təmin etməkdir.

Keyfiyyət və Texnologiya

  • "Mətanət A" inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır [3].
  • 5 fevral 2004-cü ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş keyfiyyət üzrə VI Beynəlxalq Konfransda Azərbaycandan ilk dəfə olaraq «Mətanət A» şirkəti «Century International Quality Era Award» Beynəlxalq Keyfiyyət mükafatı və sertifikatına layiq görülmüşdür.
  • 25 aprel 2005-ci ildə Madriddə keçirilən Tikinti üzrə XVII Beynəlxalq Mükafat tədbirində «Mətanət A» xüsusi fərqlənmə nişanı — «Keyfiyyətin Qlobal İdarəsi» Qızıl Nişan mükafatına layiq görülmüşdür.
  • Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukrayna Keyfiyyət Assosiasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur.
  • 21 may 2013-cü ildə isə şirkət Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiyanın ölkəmizdəki ticarət nümayəndəliyi tərəfindən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası (ARİƏP) ilə birlikdə təsis edilmiş “Proqress” mükafatını “Müasir texnologiyaların Rusiya bazarında irəlilədilməsinə görə” nominasiyası üzrə təltif olunmuşdur.

Xarici keçidlər

  Vikianbarda Mətanət A ilə əlaqəli mediafayllar var.
  • matanatacom — rəsmi saytı
  • Mətanət A — Facebook səhifəsi
  • Mətanət A kanalı — YouTube platformasında

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "İnşaat sektorunun iki aparıcı şirkəti üz-üzə".
  2. ↑ ""Mətanət-A" şirkətinin Yeni Ağdağ gips zavodunun açılışı".
  3. ↑ "Sertifikatlar".
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mətanət_A&oldid=7884282"
LOVE.AZ