. Love.az

Xususi Daimikecid 8148540 - Wikipedia - Love.az

Ana Səhifə - Xususi Daimikecid 8148540
   Vikipediya Xoş gəldiniz, Dazai0!
Tez-tez soruşulan suallar Salam, Dazai0. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--eldarado ✉ 16:40, 28 iyul 2018 (UTC)Cavabla

Blokun açılması

Son rəy: 5 gün öncə25 şərhMüzakirədə 6 nəfər

Məqaləyə mənbələr əlavə etməkdən başqa heç bir qayda pozmadığım halda nəyə görə bloklanmışam? @Wertuose @Gadir Dazai0 (müzakirə) 10:53, 23 may 2025 (UTC)Cavabla

Ali Attestasiya Komissiyasının vikipediya səhifəsinə müvafiq mənbələr və rəsmi təsdiqlənmiş məlumatları işlədiyim üçün heç bir izah verilmən bloklanmışam, hətta müzakirə səhifəsinə belə yaza bilmirəm, budur vikipediyanın azad ensiklopediya olması? Dazai0 (müzakirə) 10:55, 23 may 2025 (UTC)Cavabla
Silinən hissələri cəmi 1 dəfə işləyib geri qaytarmağımı redaktə müharibəsi adlandırırsızsa sizə sözüm yoxdur @Wertuose Dazai0 (müzakirə) 10:58, 23 may 2025 (UTC)Cavabla
@Gadir, rəsmi dövlət orqanlarının məlumatlarına əsaslanan, mənbələri dəqiq göstərilən, bir neçə istinada malik olan məlumatların aidiyyatı üzrə əks etdirilməsinə niyə görə icazə verilmir? Famil Mustafayevin səhifəsində yazanda dediz ki, bu quruma aiddir, şəxsə yox. Mən də sizdən icazə alıb, qurumun səhifəsinə işlədim, buna görə də digər admin tərəfindən bloklandım. Mənə cavab verməyinizi xahiş edirəm Dazai0 (müzakirə) 11:18, 23 may 2025 (UTC)Cavabla
@Wertuose, istifadəçi harada redaktə müharibəsi edib? Nemoralis (müzakirə) 11:34, 23 may 2025 (UTC)Cavabla
@Nemoralis, @Gadir bəy, Ali Attitestasiya Komissiyasının səhifəsində mənbələrin düzgün olmadığını bildirdi, mən də ora yeni mənbələr əlavə edib, səhifəni bərpa etdim, cəmi 1 dəfə, bunu “redaktə müharibəsi” adlandırmaq böyük haqsızlıqdır. Dazai0 (müzakirə) 11:39, 23 may 2025 (UTC)Cavabla
Dazai0, Ali Attestasiya Komissiyasının məqaləsinə əlavə etmək istədiyiniz məlumatlardan görünür ki, hansısa səbəblərdən bu quruma və ya onun vəzifəli şəxslərinə qarşı narazılığınız var. Vikipediyanın azadlığı hər kəsin istədiyini yazmaq azadlığını nəzərdə tutmur. Zəhmət olmasa, Vikipediya nə deyil və Burada ensiklopediyanı genişləndirmək üçün olmaq qaydaları ilə tanış olun və blok müddətiniz bitdikdən sonra edəcəyiniz redaktələrdə xoşniyyətli olduğunuzu göstərin.--Wertuose (müzakirə) 11:40, 23 may 2025 (UTC)Cavabla
@Wertuose, bunu kim müəyyənləşdirir? Heç dəxli var? Əgər yazdıqlarım şər-böhtan xarakteri daşımır, etibarlı məlumatlara əsaslanaraq, öz təsdiqini tapırsa, vikipediya qaydalarını pozmursa bunu hansı motivlə etdiyimi siz mühakimə edə bilmərsiz. Dazai0 (müzakirə) 11:47, 23 may 2025 (UTC)Cavabla
Bu blok səbəbi deyil, olsa belə blok səbəbini düzgün yazmamısınız. Bloku açıram, zəhmət olmasa, məqalənin məzmunu müzakirə edərək dəyişdirin. Nemoralis (müzakirə) 11:49, 23 may 2025 (UTC)Cavabla
@Wertuose, bir daha yanlış blok səbəbi ilə bloklamısınız. Üstəlik istifadəçinin etiraz edə bilmə imkanını (müzakirə səhifəsi və email bağlanıb) əlindən almısınız. İstifadəçi sırf bu redaktələr üçün hesab açmayıb ki, tək məqsədli hesab adlandırıla. Məqalənin məzmunu ilə bağlı etirazınız varsa müzakirə etməlisiniz. Əlinizdəki administrativ imkanlardan istifadə edib istifadəçini susdurmaqla yox. Nemoralis (müzakirə) 11:56, 23 may 2025 (UTC)Cavabla
VP:BLOKOLMAZ əsasən inzibatçılar məzmun mübahisəsi etdiyi istifadəçiləri bloklamamalıdırlar. Siz həmçinin VP:BLOKDANƏVVƏL ediləcək şeylərin heç birini etməyərək birbaşa bloklamısınız. Zəhmət olmasa, bloku açın. Nemoralis (müzakirə) 11:58, 23 may 2025 (UTC)Cavabla
İstifadəçinin axırıncı dəfə 2 il əvvəl, ondan əvvəl isə daha bir neçə il əvvəl aktiv olduğunu görmüsünüz yəqin ki. lərindən bu hesabın başqa təcrübəli istifadəçiyə aid olduğunu hiss etmək çətin deyil. Bu istifadəçi sadəcə öz marağı üçün məqaləyə mənasız əlavələr edir. Geri qaytarılan redaktələrinin bəzilərinə Gadir tərəfindən yazılan şərhləri də görmüş olarsınız. Mənbədə olmayan fikirlər əlavə etməyə çalışıb. Bu cür istifadəçini israrla müdafiə etməyinizi tam anlamıram düzü. İstifadəçinin müzakirə səhifəsində yazdıqları onun blokunun açılmasına töhfə verən fikirlər deyil, get-gedə aqressiv tonunu artırır.--Wertuose (müzakirə) 12:06, 23 may 2025 (UTC)Cavabla
İstifadəçini müdafiə etməyə çalışmıram, mən sadəcə mövzunun müzakirə ilə həll olunmağını dəstəkləyirəm. Gadirin yazdıqlarını görmüşəm, amma Gadir məsələn daha sonra AAK məqaləsinin müzakirəsindəki sualları da cavabsız qoyub. Əlavə olunan mətn mənasızdırsa bunu istifadəçiyə başa salmaq daha doğrudur, nəinki bloklamaq və etiraz imkanını ələ almaq. @White Demon, @Gadir, zəhmət olmasa siz də fikir bildirərsiz. Nemoralis (müzakirə) 12:10, 23 may 2025 (UTC)Cavabla
Mən istifadəçini tanımıram, əsl məqsədindən, nəsə marağının olmasından xəbərim yoxdur. Əlavə etdiyi məzmuna nəzər yetirdim və onu deyim ki, sözügedən bölməni düzgün tərtib etməyib. 100 min manatla bağlı məsələni məqalədə saxlamaq olar, çünki o konkret quruma aid məsələdir və məqalənin "Tənqid" bölməsində öz əksini tapa bilər. Qalan məlumatlar isə ya konkret şəxslərlə bağlı məlumatlardır, ya da ensiklopedik olmayan məlumatlardır. Diplomu tanımamaqla bağlı olan məsələyə bu qədər məzmun ayrılması düzgün deyil. Hər halda bunla bağlı məsələni əvvəlcə istifadəçiyə bildirmək və müzakirə aparmaq lazımdır, əgər istifadəçi şərhlərə məhəl qoymayıb eyni fəaliyyətə davam edirsə, onda bloklamaq lazımdır. Sousou no Frieren 12:29, 23 may 2025 (UTC)Cavabla
Görünür, Vikipediyada yenə qurumların keşikçiliyi edilir və bu məqsədlə istifadəçilər bloklanır. --► Hörmətlə: ChanisCaucasi 12:33, 23 may 2025 (UTC)Cavabla
İstifadəçinin məqalədə yazdıqları birbaşa qurum haqda deyil, onun rəhbərliyinin fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində ortaya çıxan hallarla bağlıdır. Hər hansı qurumun fəaliyyətində hər il onlarla bu cür epizodlar ola bilər. Mətbuatı və sosial şəbəkələri araşdırsaq, konkret həmin qurum haqda bəlkə yüzlərlə bu cür şikayət var. Vikipediya məqaləsi hər hansı qurumu bir institut olaraq təsvir etmək üçündür və onun fəaliyyətindəki sistematik nöqsanlar barədə hansısa mötəbər mənbə tərəfindən aparılmış araşdırmanın nəticəsi təbii ki, məqalədə yazılmalıdır. İstifadəçinin səhvi ondadır ki, çox detallara gedir və əhəmiyyət kəsb etməyən məzmun əlavə edərək məqalənin yönünü dəyişir. Halbuki məqalədə yazdıqlarının hamısı 1 cümlə ilə ifadə oluna biləcək fikirlərdir. Epizodik halları qabartmağa çalışması sadəcə öz məqsədi üçün Vikipediyadan sui-istifadə etməkdən başqa bir şey deyil. Vikipediyada məlumat çirkliliyi yaratmamaq üçün bu cür halları təşviq etmək yox, qarşısını almaq lazımdır.--Wertuose (müzakirə) 13:58, 23 may 2025 (UTC)Cavabla
Bunları bloklamadan da demək olardı. Zəhmət olmasa, bloku açın. Artıq 3 nəfər blokun doğru olmadığını qeyd edib. Nemoralis (müzakirə) 15:37, 23 may 2025 (UTC)Cavabla
  • Salam. İstifadəçinin AAK-nin müzakirə səhifəsində yazdıqlarını cavablamağa vaxtım olmayıb. Bu gün imkan edib cavab yazmağı düşünürdüm, amma artıq gedişata görə istifadəçinin müzakirə səhifəsində yazmalı oluram. Öncəliklə onu deyim ki, istifadəçinin əlavə etdiyi məzmun böyük ehtimalla bötüvlükdə ya copy-pastedir ya da süni intellekt ilə yaradılıb, məncə. Bir qismini aşkarlayıb təmizlədim, hamısına baxmağa vaxtım yoxdur. İndi də məzmunu qurumun məqaləsinə əlavə edərkən etinasızlıqlar edərək başdansovdu davranır, halbuki dəfələrlə qeyd etdim ki, yığcam şəkildə və mənbələri düzgün yerləşdirərək verin. İstifadəçi bu redaktəsi ilə məni ittiham edib, xoşniyyətli davranış deyil bu. Baxmayaraq ki, özü deyəsən qurumun sədri Famil Mustafayevə qərəzlidir. Şəxsin məqaləsindən silinən eyni yazını götürüb qurumun məqaləsinə əhəmiyyətli dəyişiklik etmədən əlavə edir. Bura ensiklopediyadır, yuxarıda da qeyd edildiyi kimi, bunları belə yox, ensiklopedik üslubda yığcam və neytral şəkildə vermək olar. İstifadəçiyə başa salmağa çalışsam da, dəfələrlə redaktələri geri qaytarır, mənim isə redaktə etməyə vaxtım yoxdur. İstifadəçinin davranışları isə "destruktiv fəaliyyət" sayıla bilər. Hər halda, xəbərdarlıq edilmədiyini nəzərə alaraq təklif edirəm ki, istifadəçinin bloku açılsın, çünki bloklanacaq qədər pozuntuya yol vermədiyi qənaətindəyəm. Belə hallarda öncəliklə istifadəçiyə xəbərdarlıq etmək lazımdır, məqaləni mühafizə edib istifadəçini bloklamaq düzgün deyil. Ümid edirəm ki, istifadəçi daha konstruktiv fəaliyyətə fokuslanacaq. Hörmətlə, Qədir (müzakirə) 16:01, 23 may 2025 (UTC)Cavabla
    Mən də düşünürəm ki, istifadəçinin fəaliyyəti xoşniyyətli deyil. Mən kimsəni nə isə ittiham etməyi sevmirəm, amma iki il fəaliyyət göstərməyib birdən birə bu qurum və sözügedən şəxsin məqaləsinə bu formada töhfə vermək burada ensiklopediyanı genişləndirmək üçün olmağa oxşamır. Sousou no Frieren 16:20, 23 may 2025 (UTC)Cavabla
    İstifadəçinin blokunu açdım. Nemoralis (müzakirə) 10:24, 24 may 2025 (UTC)Cavabla
    @Nemoralis, buna görə Sizə minnətdaram. Məlum səhifədə əlavə etdiyim məlumatların ucdantutma silinmək yerinə, vikipediya qaydalarına uyğun olaraq işlənib əlavə edilməsi üçün köməklik göstərilməsini adminlərdən xahiş edirəm. Dazai0 (müzakirə) 10:28, 24 may 2025 (UTC)Cavabla
    @Gadir Zəhmət olmasa məqalənin mühafizəsini götürə bilərsiniz? Dazai0 (müzakirə) 15:53, 24 may 2025 (UTC)Cavabla
    Sadəcə 100 min manatla bağlı məsələ məqaləyə əlavə etməyə uyğundur. Qalan məsələlər qeyd etdiyim kimi ya konkret qurumla bağlı məlumat deyil, ya da ensiklopedik məlumat deyil. Sousou no Frieren 16:02, 24 may 2025 (UTC)Cavabla
    @White Demon, yaxşı problem deyil. Zəhmət olmasa, həmin hissənin müvafiq məqalədə yer almasını təmin edin. Dazai0 (müzakirə) 17:16, 24 may 2025 (UTC)Cavabla
    Sizin blokunuz açılmalıdı ki, sırf bu qərəzli fəaliyyətə fokuslanasınız. Blokunuz açıldı ki, digər istiqamətlərə yönələ və faydalı töhfələr verəsiniz. Onu da deyim ki, əlavə etdiyiniz məzmunun doğru olmadığını bildirirlərsə, onu heç kimin doğru şəkildə əlavə etmək kimi bir məcburiyyəti yoxdur, ya özünüz düzəldəcəksiniz, ya da xətalı halını bərpa etməyəcəksiniz, yəni silinəcək. Hörmətlə, Qədir (müzakirə) 09:02, 25 may 2025 (UTC)Cavabla
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Dazai0&oldid=8148540"
LOVE.AZ