. Love.az

Xidirli Qubadli - Wikipedia - Love.az

Ana Səhifə - Xidirli Qubadli
Bu adın digər istifadə formaları üçün bax: Xıdırlı.

Xıdırlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd 2020-ci ildə işğaldan azad olunub.

Xıdırlı
39°25′13″ şm. e. 46°32′12″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Xıdırlı xəritədə
Xıdırlı
Xıdırlı

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 Mənbə
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Tarixi

redaktə

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yerli camaatın dediyinə görə Xıdırlı kəndini Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salıblar. Kənddə Xıdırlı, Məhərrəmli, Həsənli nəsilləri yaşayıblar. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır. Ağdam və Salyan rayonlarında Xıdırlı, Şabran rayonunda Xıdırzində kəndləri, Salyan rayonunda isə Xıdırlı adlı palçıq vulkanları vardır.

Toponimikası

redaktə

Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmli və həsənli nəsilləri yaşayır. Oykonim xıdırlı nəslinin adını daşıyır.[2]

Coğrafiyası və iqlimi

redaktə

Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidə yerləşir.

Əhalisi

redaktə

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Xıdırlı kəndində 37 evdə 170 şiə kürd yaşayırdı.[3]

Mənbə

redaktə
  • Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 454.

Həmçinin bax

redaktə
  • Qubadlı rayonu

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xıdırlı_(Qubadlı)&oldid=7034722"
LOVE.AZ