Xınıslı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Karrar qəsəbə inzibati ərazi dairəsində kənd.[1] 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Xınıslı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Xınıslı | |
---|---|
40°19′37″ şm. e. 48°17′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 7 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi XVI əsrdə qızılbaşların tərkibində adı çəkilən xınıslı (xunuslu) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrdə Xınıslı XIX əsrin ortalarında Girdimançay ətrafında yaşamış 19 tüstüdən ibarət köç kimi qeyd olunur. Şamaxı rayonunda Böyük Xınıslı və Dərə Xınıslı kəndləri qeydə alınmışdır. Ərazidə eyniadlı çay da var.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 734 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |