Xınalıqlılar[1] — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri (özlərini kətlər adlandırırlar).
Xınalıqlılar xın. kətş | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili | Xınalıq dili və azərbaycan dili |
Dini | İslam (sünni) |
![]() |
Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.[2][3][4]
Qafqaz Albaniyasının qədim tayfalarından biri olmuşlar. Xınalıq dilində danışırlar. Ədəbi dilləri Azərbaycan dilidir. Dindarları müsəlmandır. Əsasən, maldarlıq, qismən əkinçiliklə məşğuldurlar. Yundan müxtəlif məmulatlar da (xalça, palaz, corab, şal və s.) hazırlayırlar.[5] 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır.[6][7]
"Şahdağ xalqları" portalı |
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |