Xırmandalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.[3][4]
Xırmandalı | |
---|---|
![]() | |
39°27′04″ şm. e. 48°36′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1317[2] |
Bayat tayfasında bir tirənin adı olub.[5]
Yaşayış məntəqəsinin adı türkdilli Xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır.[6]
Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xırmandalı biz markizlərə deyirik.”[7]
Xırmandalı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
865 | Toraqaytəpə kurqanları[8] | Dəmir dövrü | Xırmandalı kəndinin yanında | Arxeoloji | Ölkə |
Kənd Muğan düzündə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[9] | 7348 | 3540 | 3808 |
2009[10] | ↗8541 | ↗4189 | ↗4352 |
Kənddə Xırmandalı kənd kitabxana filialı,[11] Xırmandalı kənd Mədəniyyət Evi,[12] Xırmandalı Poçt Şöbəsi (AZ1317) və Xırmandalı EATS[13] fəaliyyət göstərir.
Kənddə Xırmandalı kənd 1 saylı və 2 saylı tam orta məktəbləri, eləcə də Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir.[14][15]
Bundan başqa kənddə Xırmandalı kənd körpələr evi-uşaq bağçası və Xırmandalı kənd uşaq bağçası fəaliyyətdədir.[16]
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı[17] ilə Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 854 000 manat vəsait ayrılmışdır.[18]
Kənddə 01 iyul 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-542-3 olan Xırmandalı kəndi "Əli Əkbər" məscidi dini icması[19] və 01 iyul 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-542-8 olan Xırmandalı kəndi "İmam Zaman" məscidi dini icması[20] fəaliyyət göstərir.
Kənddə Xırmandalı kənd sahə xəstəxanası yerləşir.[21]