Xızır xoca xan — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1389-1399; Tuğluq Teymur xanın oğlu.
Xızır xoca | |
---|---|
Doğum tarixi | 1363 |
Doğum yeri | |
Vəfat tarixi | 1399 |
Vəfat yeri | |
Atası | Tuğluq Teymur xan |
Fəaliyyəti | Khatun |
Qardaşı İlyas xocanın öldürülməsindən sonra ulusbəyi Əmir Qəmərəddin Duqlat Tuğluq Teymur xanın bütün övladlarının qılıncdan keçirilməsini gərəkli bildi. Əmir Xudadad ulu xanın kiçik oğlu Xızır xocanı qaçırıb, Bədəxşanda gizlətdi. Bəzi qaynaqlara görə Əmir Xudadad onu Moğolustanın xanı elan etdi.Əmir Xudadad əmisi Əmir Qəmərəddin Duqlata qarşı çıxıb, mərkəzi Qaşqara köçürdü.Xanlığı faktiki olaraq Əmir Xudadadın anası Mirək ağa idarə edirdi.
1377-ci ildə Əmir Teymur Qaşqara yürüş etdi. Əmir Xudadad Xızır xoca oğlanı da götürüb qaçdı. Əmir Teymur Mirək ağanı əsir götürüb sarayına döndü. Mirək ağa 1390-cı ilə qədər, yəni vəfatına qədər orda yaşadı.
Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı. Xızır xoca bütün Moğolustanın hakimi oldu.
Xızır xoca hakimiyyəti dövründə Qaraxocanı və Turfanı ələ keçirib, o ətrafın əhalisini İslama dəvət etdi.