Xədicə Sultan (1495, Trabzon — 1543-dən sonra, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı.
Xədicə Sultan | |
---|---|
türk. Hatice Sultan | |
![]() | |
Doğum tarixi | 1496 |
Doğum yeri | |
Vəfat tarixi | 1543 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Səlim |
Anası | Hafza Sultan |
Fəaliyyəti | əsilzadə |
Xədicə Sultan 1495-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Xədicə Sultan atasının istəyilə 1509-cu ildə Əyriboz sancaqbəyi İsgəndər Paşayla nikahlandı. Ancaq Amasiyadakı yeniçəri ayaqlanmasında rolu olduğunu düşündüyü İsgəndər Paşanı 18 avqust 1516-cı ildə edam etdirdi. Beləcə, Xədicə Sultan hələ 21 yaşında ikən dul qaldı. İlk evliliyindən Mehmed, Süleyman, Əli, Qara Osmanşah və Nəfisə xanım Sultan adlı 5 övladı dünyaya gəlsə də, bunlardan yalnız osmanşah bəy haqqında məlumat var. Belə ki, dayısı Sultan Süleymanın taxta çıxmasının ardından Moreya, İnəbaxdı və Tesseliya sancaqbəylikləri ona verilmiş və ölümünədək bu bölgələrini idarə etmişdir.
1520-ci ildə atasının vəfatının ardından yeganə qardaşı Şahzadə Süleyman taxta çıxdı. 1 iyun 1524-cü ildə qardaşının yaxın adamlarından sədrəzəm Parqalı İbrahim Paşayla nikahlandı. Yeni cütlüyə At meydanındakı saray təsis edildi və bu saray sonrakı illərdə İbrahim Paşa sarayı olaraq anılmağa başlandı. Cütlüyün bu nikahdan 2 övladı — Sultanzadə Mehmedşah bəy və Xanım Sultan dünyaya gəldi. Ancaq İbrahim Paşa 1536-cı ildə Sultan Süleymanın əmriylə boğularaq edam edildi. Onun bu ikinci evliliyindən isə Mehmedşah və Xanım Sultan adlı 2 övladının olduğu bilinir. Yenidən dul qalan Xədicə Sultan çox yaşamadı və 1538-ci ildə vəfat etdi. Cənazəsi Yavuz Sultan Səlim külliyəsindəki Şahzadələr türbəsinə bacısının yanına dəfn edildi.