. Love.az

Xelfe Ibrahimov - Wikipedia - Love.az

Ana Səhifə - Xelfe Ibrahimov

Xəlfə İmamqulu oğlu İbrahimov (1919, Sündü, AXC – 24 fevral 1980, Bakı) — Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon, Bərdə Rayon, Qasım İsmayılov Rayon və Daşkəsən Rayon komitələrinin birinci, Şamaxı Rayon Komitəsinin ikinci katibi katibi, SSRİ Ali Sovetinin deputatı.

Xəlfə İbrahimov
Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon Komitəsinin birinci katibi
1974 – ?
Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibi
1964 – ?
Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin birinci katibi
1963 – 1964
Azərbaycan Kommunist Partiyası Dəstəfur Rayon Komitəsinin birinci katibi
1961 – 1963
Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Komitəsinin ikinci katibi
1959 – 1960
Şəxsi məlumatlar
Doğum tarixi 1919
Doğum yeri
  • Sündü, Şamaxı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 24 fevral 1980(1980-02-24)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Şüvəlan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 1956 "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mükafatları, təltifləri və fəxri adları
  • 4 Mənbə

Həyatı

redaktə

İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir.

Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir.

Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbiristanlığında dəfn edilmişdir.

Ailəsi

redaktə

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun babasıdır.

Siyasi fəaliyyəti

redaktə

Müharibədən qayıtdıqdan sonra, Xəlfə İbrahimov Mərəzə rayon maşın-traktor stansiyasında hərbi işlər üzrə komissar, sonra isə rayon PK-nin katibi vəzifəsində çalışmışdır.

Xəlfə İbrahimov əvvəl – 1959–1960-cı illərdə Şamaxı rayon PK-nın ikinci katibi, sonralar isə Daşkəsən, Qasım İsmayılov, Bərdə və Ağdaş rayon PK-nın birinci katibi vəzifəsində çalışmışdır.

X. İbrahimov Azərbaycan KP MK üzvlüyünə namizəd və dəfələrlə Ali Sovetin deputatı seçilmişdir.

Mükafatları, təltifləri və fəxri adları

redaktə

O dövlətin bir çox ali mükafatlarına ("Lenin", "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə, onlarla fəxri fərmanlara) layiq görülmüşdür.

  1. "Lenin" ordeni (1956)
  2. "Oktyabr inqilabı" ordeni
  3. "Qırmızı əmək bayrağı" ordeni

Mənbə

redaktə
  • Seyfəddin Qəniyev. Qobustan. Bakı, "Nurlan", 2005.-720 səh.
  • Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 161.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəlfə_İbrahimov&oldid=8051096"
LOVE.AZ