Xəlil İnalcık (26 may 1916[1], İstanbul – 25 iyul 2016[2][3][…], Ankara)— Krım Tatar əsilli[5][6] Türk tarixçi.[7] Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.[8].
Xəlil İnalcık | |
---|---|
türk. Halil İnalcık | |
![]() | |
Doğum tarixi | 26 may 1916(1916-05-26)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 2016(2016-07-25)[2][3][…] (100 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
Elm sahələri | Osmanlı imperiyasının tarixi |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
inalcik.com | |
![]() |
Balıkesir Müəllim Məktəbini bitirmişdir. 1935-ci ildə Ankara Universiteti Dil, tarix və coğrafya fakültəsi Yeni çağ tarixi ixtisasında bakalavr təhsilinə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı diplom işi hazırlamışdır. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi haqqında dərslər vermiş və sonra 1972-ci ildə Çikaqo Üniversiteti Tarix fakültəsinə "Osmanlı tarixi profesörü" olaraq dəvət edildi.
1973-cü ildə The Ottoman Empire The Classical Age 1300-1600 kitabı nəşr olundu. Ölkə daxilində və xaricində müxtəlif universitetlərdə fəxri doktor ünvanları almışdır. 1993-cü ildə Bilkent Üniversitetinə dəvet edildi və burada Tarix fakültəsini qurdu.
Həyatı və tarixçiliyi haqqında Tarihçilerin Kutbu Halil İnalcık Kitabı adlı müsahibələrindən ibarət kitabı 2005-ci ildə nəşr olunmuşdur.