Xəlil İsmayılov (tam adı: Xəlil İsmayıl oğlu İsmayılov; 1 iyul 1945, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Dövlət Universitetinin "Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi.[1][2][3] Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[4][5]
Xəlil İsmayılov | |
---|---|
Xəlil İsmayıl oğlu İsmayılov | |
Doğum tarixi | 1 iyul 1945(1945-07-01) (79 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İsmayıl Səfər oğlu |
Anası | Rüxsarə Muxtar qızı |
Elm sahəsi | kitabxanaşünaslıq |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() |
Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1952–1959-cu illərdə Düzrəsullu kəndində 7-illik məktəbində 7-ci sinfi, 1959–1963-cü illərdə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi bitirib.
1964–1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərinə gələrək Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi işə başlamış, eyni zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirərək, OADKYC-nin mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbə müdiri əvəzi vəzifələrində çalışmışdır.
1974-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasına dəvət edilmiş, laborant kimi işə başlamışdır. 1976–1979-cu illərdə kafedranın əyani aspiranturasında təhsil almış və 1979-cu ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında müəllim, baş müəllim, dossenti vəzifəsində çalışmışdır.
1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında "namizədlik dissertasiyası müdafiə etmiş, "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsi almışdır.
1990–1993-cü illərdə Bakı Dövlət Universitetində Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində işləmişdir. 1994-cü ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı seçilmiş və 2012-ci ilədək bu vəzifədə çalışmışdır.
2004-cü ildə doktorluq dissertasiyası müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. 2007-ci ildən Kitabxana Resursları və İnformasiya Axtarış Sistemləri kafedrasının müdiri vəzifəsində işləyir. 1997-ci ildən "Kitabxanaşünaslıq və Biblioqrafiya" elmi nəzəri təcrübi jurnalının təsisçisi və baş redaktorudur. 1999-cu ildə Azərbaycanda təşkil olunmuş AKİİA-nın(Azərbaycan Kitabxana İşinin İnkişafı Asosiasiyası) təsisçilərindən biri və prezidentidir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Xəlil İsmayılov dünyanın inkişaf etmiş bir sıra ölkələrində ABŞ, Fransa, Belçika, Norveçdə təhsil, elm-maarif və kitabxana-informasiya problemləri üzrə məruzələr söyləmiş, müzakirələrdə iştirak etmişdir, 100-ə qədər elmi məqalə, monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.