. Love.az

Xelil Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Xelil Pasa
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Xəlil Paşa, Xəlil Kut (1882[1] və ya 1881, İstanbul[1] – 20 avqust 1957, İstanbul[1]) — Türkiyə hərbi xadimi, general.

Xəlil Kut
türk. Halil Kut
Şəxsi məlumatlar
Doğum tarixi 1882[1] və ya 1881
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası[1]
Vəfat tarixi 20 avqust 1957(1957-08-20)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə[1]
Vəfat səbəbi xəstəlik
Vətəndaşlığı
  •  Türkiyə
  •  Osmanlı imperiyası
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü piyada
Xidmət illəri 1905-ci ildən
Rütbəsi Mirliva, general-mayor
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Qut-ül Amarə mühasirəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir.

Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur.

Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi. İngilislər tarixlərindəki ən ağır və alçaldıcı məğlubiyyətlərinə Kutda uğradılmışdılar.

Türk ordusunun və kəşviyyatının, manevrlərinə tap gətirə bilməyən ordu komandanı General Tavznt türklərlə razılaşmaq üçün onlara əvvəl 1 milyon Sterling , sonradan isə məbləği daha da artıraraq 2 milyon Sterling pul təklif etmişdi. Əvəzində isə türklər İngilislərin Kutu tərk etməsinə və Bəsrəyə keçməsinə izin verəcəkdi, lakin Xəlil Paşa təklifi rədd etmiş, türk ordusunun satılıq olmadığını bildirmişdir. Çarəsiz qalan general təslimiyyət elan edərək ağ bayraq qaldırmışdır. Belə ki, 13 000 ingilis əsgəri, 8 Generalı, 472 zabiti əsir götürülmüşdür.

Kut zəfərini Ənvər Paşaya müjdələmək üçün yazdığı məktubda Xəlil Paşa bu günün Osmanlı və İslam aləmi üçün çox önəmli olduğunu qeyd etmiş, əgər ikinci bir adı olsaydı onun Kut olmasını istədiyini bildirmişdir. Bununla da Xəlil Paşaya Kut ləqəbi verilmişdir.

Həmçinin bax

redaktə
  • Osmanlı-Qacar müharibəsi (1906-1907)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #1047848120 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəlil_Kut&oldid=7889757"
LOVE.AZ