. Love.az

Xeyyam Mustafazade - Wikipedia - Love.az

Ana Səhifə - Xeyyam Mustafazade
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Xəyyam Mustafazadə Xaqani oğlu (4 fevral 1987, Bakı) – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Baş Solisti, Azərbaycan Respublikasının əməkdar artisti[1] (2013), bas-bariton.

Xəyyam Mustafazadə
Xəyyam Xaqani oğlu Mustafazadə
Ümumi məlumatlar
Doğum tarixi 4 fevral 1987(1987-02-04) (38 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor
Fəaliyyət illəri 2004-cü ildən
Janrlar klassik, caz, rok, pop
Səs tembri Bas-Bariton
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Yaradıcılığı
  • 4 Mükafatlar
  • 5 İstinadlar

Həyatı

redaktə

Xəyyam Mustafazadə Xaqani oğlu — 4 fevral 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Evlidir. 3 oğlu var.

Təhsili

redaktə

1993–2004 ilədək 126 saylı orta məktəbdə oxumuşdur. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərmişdir. 9-cu sinifdə oxuyarkən Bakı şəhərin rayonlarının məktəblərarası vokal konkursunun qalibi olmuşdur. 2002–2003-cü illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyada şəxsi müəllim tərəfindən vokal dərsləri almışdır. 2004-cü ildə yüksək balla da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. 2005-ci ildə (II kurs) ÜNS Yaradıcılıq Mərkəzinin solisti[2] olmuşdur. ÜNS Yaradıcılıq Mərkəzinə dəvət olunmuş professorlar tərəfindən vokal dərsləri, xareoqrafiya və aktyor sənəti öyrənmişdir. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən "Akademiya" realiti-şousunun qalibi olmuşdur. Dövlət tərəfindən təşkil olunmuş çoxsaylı xeyriyyəçi tədbirlərdə iştirak etmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasına "Musiqili teatr və kino aktyoru" fakültəsinə daxil olmuşdur.

Yaradıcılığı

redaktə

2009-cu ildə 42 ölkənin nümayəndələrinin iştirak etdiyi Moskva-Tranzit-Moskva festivalında Ən yaxşı səs nominasiyasının qalibi[3][4]olmuşdur. (Jurinin sədri J. O. Kobron). 2008–2012-ci illərdə Avraviziya milli seçim konkurslarının jurisi və eksperti olmuşdur. 2007–2018-ci illərdə respublika və xarici ölkələrdə keçirilən dövlət tədbirlərinin iştirakçısı olmuşdur. Parisdə, Moskvada, Bankqoqda, İstanbulda, Sankt-Peterburqda və Həştərxanda öz ölkəsini təmsil etmişdir. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikanın Əməkdar artisti[5] adı ilə təltif olunmuşdur. 2018-ci ildə Moskva şəhərində keçirilən 32 ölkə iştirakçısı olan IV Beynəlxalq Hərbi Oyunları mahnı müsabiqəsinin qalibi olmuşdur. 2014–2018-ci illərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və Estrada-Simfonik Orkestrinin solisti olmuşdur. Hal-hazırda ÜNS Yaradıcılıq Mərkəzinin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Orkestrinin solistidir.

Mükafatlar

redaktə

2013-cü il iyunun 25-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist[6]" fəxri adına layiq görülüb.

"Beynəlxalq Ordu Oyunları-2018" yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.[7]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının əməkdar artisti". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  2. ↑ https://1news.az/news/20120201070214004-Khaiyam-Mustafazade-Golos-moe-glavnoe-sokrovishce-FOTO-VIDEO
  3. ↑ Ən yaxşı səs nominasiyasının qalibi
  4. ↑ "Arxivlənmiş surət". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  5. ↑ https://news.milli.az/politics/197775.html
  6. ↑ "Arxivlənmiş surət". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  7. ↑ "Arxivlənmiş surət". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xəyyam_Mustafazadə&oldid=7786114"
LOVE.AZ