. Love.az

Xxiii Ioann - Wikipedia - Love.az

Ana Səhifə - Xxiii Ioann

XXIII İoann (Ancelo Cüzeppe Ronkalli, 25 noyabr 1881, Sotto-il-Monte - 3 iyun 1963) - Roma Papası (1958-1963). İkinci Vatikan məclisini çağırmış, Kilsənin yeniləşməsi ("acornamento") siyasəti aparmışdır. Yeddi ensiklikanın müəllifidir, o cümlədən "Mater et Magistra" ("Ana və Təlimçi", 1961) və "Pacem in Terris" ("Torpaqlarda Sülh", 1963). Pravoslav və protestant xadimlərilə əlaqə saxlamışdır. Bir vaxt Berqamo yepiskopunun katibi olmuş, Birinci Dünya müharibəsində tibb serjantı, sonra keşiş vəzifəsində işləmişdir. 1925-ci ildə Papa nümayəndəsi vəzifəsində Bolqarıstana yollandırmışdır. İkinci dünya müharibəsində Ronkalli yəhudilərin işğal edilmiş Macarıstandan xilas etməsində iştirak etmiş, 1944-cü ildə Fransaya Papa nunsisi təyin edilmişdir. Sonra kardinal və Venesiya arxiyepiskopu olmuş, 1958-ci il oktyabrın 28-də Roma Papası seçilmişdir.

XXIII İoann
XXIII İoann
XXIII İoann
Doğum tarixi 25 noyabr 1881
Vəfat tarixi 3 iyun 1963 (81 yaşında)
Vəfat yeri
  • , Vatikan[1]
Vəfat səbəbi mədə xərçəngi
Təhsili
  • Sapientsa
Mükafatları
Prezident Azadlıq medalı
Prezident Azadlıq medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici keçidlər

redaktə
  Vikianbarda XXIII İoann ilə əlaqəli mediafayllar var.
  1. ↑ Иоанн XXIII // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=XXIII_İoann&oldid=7905456"
LOVE.AZ