. Love.az

Xace Mehemmed Sefevi - Wikipedia - Love.az

Ana Səhifə - Xace Mehemmed Sefevi

Xacə Məhəmməd Səfəvi — Səfəvi sülaləsinin üzvü və şahzadələrdən biri.

Xacə Məhəmməd Səfəvi
Doğum tarixi XV əsr

Haqqında

redaktə

Xacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur.[1] Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur.[1] Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir.[1] Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.[1][2]

Ədəbiyyat

redaktə
  • Ghereghlou, Kioumars. ḤAYDAR ṢAFAVI // Encyclopaedia Iranica. 2016.
  • Nashat, Guity; Beck, Lois, redaktorlar Women in Iran from the Rise of Islam to 1800. University of Illinois Press. 2003. ISBN 978-0252071218.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ghereghlou, 2016
  2. ↑ Nashat, Beck, 2003. səh. 145
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xacə_Məhəmməd_Səfəvi&oldid=6025396"
LOVE.AZ