. Love.az

Xaleddin Isgenderov - Wikipedia - Love.az

Ana Səhifə - Xaleddin Isgenderov

Xaləddin Şahmar oğlu İsgəndəov ( 5 noyabr 1962, Goranboy rayonu )— Binəqədi Rayonunun sabiq İcra Hakimiyyətinin başçısı.

Xaləddin İsgəndərov
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
26 aprel 2012 – 17 may 2018
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1962(1962-11-05) (62 yaş)
Doğum yeri
  • Qasım İsmayılov rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti

Təltifləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı — 20102010

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
  • 3 Təltifləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Xaləddin İsgəndərov 5 noyabr 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış,1984–1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində,1987–1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991–1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992–2001-ci illərdə "Azər" təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışmışdır.

2001–2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003–2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2012–2018-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Təltifləri

redaktə
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilmişdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xaləddin_İsgəndərov&oldid=7829455"
LOVE.AZ