Xalid Şamil oğlu Əsgərov (d. 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanlı fotoqraf.
Xalid Əsgərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Şamil Əsgərov |
Təhsili | |
Fəaliyyəti | fotoqraf |
Xalid Şamil oğlu Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur[1].
Ali təhsilini əvvəlcə Bakı Slavyan Universitetində, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır[1].
Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda "Reuters" xəbər agentliyinin fotomüxbiri olaraq işləmişdir[1]. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkmişdir[1].
Birinci Qarabağ müharibəsi ilə bağlı fotoları hazırda Azərbaycan Fotoqrafları Birliyinin arxivindədir[1].
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |