. Love.az

Xalq Cebhesi Qezet - Wikipedia - Love.az

Ana Səhifə - Xalq Cebhesi Qezet

"Xalq Cəbhəsi" qəzeti — Gündəlik ictimai-siyasi qəzet.

Xalq Cəbhəsi
Növ Gündəlik ictimai-siyasi qəzet
Format A3
Baş redaktor Elçin Mirzəbəyli
Yaranma tarixi 20 noyabr 2001
Dil Azərbaycan dili
Səhifə 16
Ünvan Bakı
www.xalqcebhesi.az

Tarixi

redaktə

İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunmuşdur. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olmuşdur. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib. 2006-ci ildən etibarən "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir.

"Xalq Cəbhəsi" qəzeti həftənin bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü yayımlanır.

Qəzetin informasiya siyasətində Türk Dünyası və Güney Azərbaycan haqqında olan xəbərlər aparıcı yer tutur.

Qəzet Ədalət, Hüquq, Demokratiya Partiyası ideoloji, siyasi xəttini dəstəkləyir.[1]

İstinadlar

redaktə
  1. ↑ Sadıqov, Pərviz. ""Mətbuatımızda Bütöv Azərbaycan mövzusunun işıqlandırılma miqyası və səviyyəsi qənaətbəxş deyil"". 525.az. 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-20.

Xarici keçidlər

redaktə
  • xalqcebhesi.az — rəsmi saytı
  • Rəsmi facebook səhifəsi
Qəzet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xalq_Cəbhəsi_(qəzet)&oldid=7532686"
LOVE.AZ