. Love.az

Xalq Tebabeti - Wikipedia - Love.az

Ana Səhifə - Xalq Tebabeti

Xalq təbabəti (lat. medicina gentilitia) — xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət forması.

Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlat nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır. İbtidai insan lar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Xəstələnmənin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq spazmasında və meteorizm də razyana çayı, öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər.[1]

İstinadlar

redaktə
  1. ↑ Халг тәбабәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xalq_təbabəti&oldid=7979358"
LOVE.AZ